“Biz istəyirik ki, mübarizəmiz gələcək nəsillərə ötürülsün”

“Biz istəyirik ki, mübarizəmiz gələcək nəsillərə ötürülsün”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Tavini Huiraatira Partiyasının baş katibi Viktor Maamaatuaiahutaru deyib. “Müstəmləkəçilik bütün dünyada yerli xalqların qanı bahasına həyata keçirilir. Fransa hökuməti bizə öz taleyimizi özümüzün həll etməyimizə imkan verməlidir. Biz öz müqəddəratımızı özümüz həll etmək istəyirik”, – deyə o qeyd edib.

Daha çox

Gürcüstanda 2008-ci il müharibəsi ilə bağlı araşdırmanın nəticəsi ölkədə qalmaqal yaradıb

Gürcüstanda 2008-ci il 7-12 avqust aralığında Rusiya ilə baş verən müharibəyə dair aparılmış araşdırmanın nəticəsi ölkədə ciddi qalmaqala səbəb olub. SİA xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze 2008-ci il avqust müharibəsini araşdıran komissiyasının yekun rəyini açıqlayıb. Onun sözlərinə görə, bu araşdırma keçmiş hökumətin qərarları ilə bağlı ciddi suallar doğurub və cəmiyyətdə müzakirələrə yol açıb. Mdinaradze bildirib ki, araşdırma komissiyası Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin 2008-ci il avqustun 7-si saat 23:45-də hərbi əməliyyatlara başlamaq haqqında əmr verdiyini müəyyən edib. Bu faktı həmin dövrdə Silahlı…

Daha çox

BTQ ilə müstəqillik hərəkatlarından biri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) və “Qvadelupa Azadlığı uğrunda Xalq İttifaqı” (L’Union populaire pour la libération de la Guadeloupe, UPLG) partiyası Anlaşma Memorandumu imzalayıblar. SİA xəbər verir ki, imzalanma BTQ-nin təşkil etdiyi “Kolonializm: dini-milli kimliyin kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub. Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Qvadelupanın Azadlığı uğrunda Xalq İttifaqının (UPLG) baş katibi Jan Jakop Bisep imzalayıb.

Daha çox

“Fransa hökuməti xalqımızın mövcudluğunu silmək üçün hər cür cəhd edir”

“Korsika Fransa hökumətinin apardığı siyasət ucbatından öz keçmişindən və bu günündən məhrum olur”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Korsika Libera partiyasının nümayəndəsi Fransua Benedetti deyib. O bildirib ki, Fransanın uzun müddətdir davam edən müstəmləkəçilik siyasəti orada yaşayan xalqların milli adət-ənənələrinin yox olmasına, əhalinin məhvinə yönəlib. “Fransa hökuməti xalqımızın mövcudluğunu silmək üçün hər cür cəhd edir. Korsika adasının inkişafını ləngitmək üçün müxtəlif yollardan istifadə edir”. O, çıxışı zamanı Bakı Təşəbbüs Qrupuna onların müstəmləkəçiliyə qarşı mübarizəsində göstərdiyi dəstəyə görə…

Daha çox

BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb

Birləşmiş Millətlər Təşkilatı bu il humanitar yardım fəaliyyətini davam etdirmək üçün tələb olunan 21,1 milyard dollar əvəzinə cəmi 1,57 milyard dollar alıb, ABŞ kimi əsas donorların kənara çəkilməsi ianələri 40 faiz azaldıb. SİA BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın Ümumdünya Ərzaq Proqramı (WFP) indi ən çox ehtiyacı olan ölkələrə üstünlük verir və cəbhə bölgələrində qida rasionunu genişləndirir. “Biz əməliyyat xərclərini azaltmaq üçün əlimizdən gələni etsək də, həyati təhlükə yaradan nəticələri olan maliyyə uçurumu ilə üzləşirik”, deyə bu strukturun bəyanatında bildirilib. Qeyd olunub ki, təcili qidalanma proqramları təkcə insanların həyatını…

Daha çox

Dünya musiqi ictimaiyyəti Fortepiano Gününü qeyd edir

Hər yeni ilin 88-ci günündə dünya musiqi ictimaiyyəti Fortepiano Gününü qeyd edir. 2015-ci ildə bir qrup məşhur musiqiçi tərəfindən təsis edilən bu əlamətdar günün məhz bu qaydada qeyd olunması pianonun dillərinin sayı (88 dil) ilə əlaqədardır. SİA xəbər verir ki, Fortepiano Günündə hər il dünyanın müxtəlif ölkələrindəki böyük konsert məkanlarında tanınmış pianoçular klassiklərin əsərlərini ifa edir, televiziya və radio şouları təşkil olunur. Bu il artıq 10-cu dəfə qeyd edilən pianoçuların bayramı münasibətilə “Piano Day Vol” adlı ilk sinql albom buraxılıb. “Ad Harmonium” duetinin “Words” mahnısı 2025-ci il üçün xüsusi olaraq…

Daha çox

Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik

Burada çıxış edən hər kəs alçaldılmalardan, pis rəftardan danışır. Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik. Bakıda nümunəvi davranmalıyıq ki, istəyimizə nail olaq. SİA xəbər verir ki, bunu “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının katibi Yevgeniy Tetuanui “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. “Biz Fransa diktaturasına “yox” deməli, axmaq, narsist davranışlarla mübarizə aparmalıyıq. Hər birimiz təhdidlə üz-üzəyik. Makronun siyasi mövqeyinə qarşı çıxmalıyıq. Bakı bizə imkan verir ki, səsimiz eşidilsin. Dənizaşırı ölkələr eyni gündə müstəqilliklərini elan edərək müstəmləkədən qurtula bilərlər. Biz hazırda ölümlə üz-üzəyik”,…

Daha çox

Bu ilin ilk Günəş tutulması başlayıb

Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır. SİA xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur. Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.

Daha çox

“Müstəmləkə sistemi xalqları fundamental hüquqlardan məhrum edir”

“Müstəmləkə sistemi xalqları öz müqəddəratını təyin etmək kimi fundamental hüquqdan məhrum edir”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Boneyrin hüquq müdafiəçisi Kaslin de Huk deyib. Onun sözlərinə görə, müstəmləkəçilik xalqların öz müqəddəratlarını həll etmə hüququnu əlindən alır və bu qərarların kənar qüvvələr tərəfindən verilməsinə səbəb olur: “Xalqlar müstəmləkəçilik nəticəsində özünüidarəetmə hüququnu itirdikdən sonra öz torpaqlarını müstəqil şəkildə idarə etmək və gələcəklərini müəyyən edən əsas qərarları qəbul etmək imkanından məhrum edilirlər. Müstəmləkəçilik sistemi yerli xalqları qaranlığa sürükləyir”. Kaslin de…

Daha çox

Saratovda sərnişin təyyarəsi qəzalı eniş edib

Rusiyanın Saratov şəhərində sərnişin təyyarəsi nasazlıq səbəbindən qəzalı eniş edib. SİA yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsi məlumat yayıb. Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb. “Təyyarə Saratov şəhərinin Qaqarin hava limanında qəzalı eniş edib. Heç bir zədə aşkar edilməyib, xəsarət alanlar yoxdur”, – qurumun məlumatında bildirilib.

Daha çox