İDEA İctimai Birliyinin təşəbbüsü ilə Novruz şənliyi keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə martın 21-də Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib. SİA xəbər verir ki, şənlikdə Novruz bayramının əsas personajları, Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər. Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhval-ruhiyyəsi yaradılıb. Rəqqaslar milli musiqi sədaları altında oynaq rəqslər ifa edib, məktəb şagirdləri bayrama həsr olunan şeirlər söyləyib, müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və…

Daha çox

Azərbaycan qlobal xammal sammitində iştirak edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə qurumu olan “SOCAR Trading”in nümayəndə heyəti 24-26 mart tarixlərində İsveçrənin Lozanna şəhərində keçiriləcək “FT Commodities Global Summit 2025” qlobal xammal sammitində iştirak edəcək. SİA şirkətə istinadən xəbər verir ki, “SOCAR Trading”in ticarət üzrə baş direktorunun vəzifəsini icra edən Tağı Tağı-zadə tədbir çərçivəsində “Neft: qiymətlər yeni səviyyədə sabitləşəcəkmi?” adlı panel müzakirəsində çıxış edəcək. Bundan əlavə, şirkətin karbon kvotaları üzrə treyderi Juli Noller “Karbon kvotaları ticarəti: qlobal tənzimləmə şəraitində karbon bazarlarının gələcəyi” panelində, ticarət və struktur maliyyələşdirmə şöbəsinin rəhbəri Antuan Sevrey isə “Risklər, faizlər, likvidlik və…

Daha çox

Bu gün üçüncü Qədr gecəsidir

Bu gecə Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. SİA xatırladır ki, Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək gecələrindən birində (Ramazan ayının 21, 23, 25, 27 və ya 29-cu günü) qeyd edirlər. Bu gecədə dua etmək, edilən günahlar üçün Uca Yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir. Qeyd edək ki, sonuncu Qədr gecəsi martın 26-da olacaq. Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,…

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,03 % artaraq 74,04 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,55 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % artaraq 72,61 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Pakistanın səfiri Azərbaycana başsağlığı verib

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib. SİA-nın məlumatına görə, “X” sosial şəbəkəsində səfir yazıb: “Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir”. Xatırladaq ki, martın 19-da Gədəbəy istiqamətində qar uçqunu nəticəsində Azərbaycan ordusunun iki əsgəri Əli İmanov və Ruslan Həmidov həlak olublar. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində hər iki əsgərin meyiti tapılıb və ailəsinə…

Daha çox

Azərbaycandan Yunanıstana pul köçürmələri iki dəfə artıb

Ötən il Azərbaycandan Yunanıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,558 milyon ABŞ dolları təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,01dəfə və ya 1,288 milyon ABŞ dolları artıb. Ölkənin ümumi köçürmələrində Yunanıstanın payı 0,5 % təşkil edib. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib. 2023-cü ildə fiziki şəxslərin Azərbaycandan Yunanıstana pul köçürmələrinin həcmi 1,27 milyon ABŞ dolları təşkil edib, ümumilikdə isə xarici ölkələrə 550,126…

Daha çox

Bakı və Sofiyada Bolqarıstan və Azərbaycanın turizm imkanlarının təqdimatı keçirilə bilər

Bolqarıstanın turizm naziri Miroslav Borşoş Azərbaycanın bu ölkədə səfiri Hüseyn Hüseynovla turizm sahəsində ikitərəfli münasibətlərin inkişafının imkanlarını müzakirə edib. SİA-nın Bolqarıstanın Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, tərəflər turizm sahəsində mübadilə prosesinin inkişafı üçün tədbirləri nəzərdən keçiriblər. Görüşdə Bakı və Sofiyada 2025-ci ildə Bolqarıstanın və Azərbaycanın turizm imkanlarının təqdimatının keçirilməsi təklif olunub. Nazirliyin xəbərində qeyd olunub ki, Bolqarıstan Azərbaycanla əməkdaşlığın dərinləşməsi üçün səylərini davam etdirəcək. Səfir H.Hüseynov turizm sahəsində əlaqələrin dərinləşməsinin üstünlüklərini vurğulayaraq, bildirib ki, Azərbaycan və Bolqarıstanın bu sferada böyük potensialları var.

Daha çox

IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib

Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Şurası martın 21-də fondun Nizamnaməsinin IV maddəsi çərçivəsində Azərbaycanda keçirilmiş illik məsləhətləşmələrin nəticələrini müzakirə edib. Bu barədə SİA-ya IMF-ə istinadən xəbər verir. Fondun Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon 2025-ci il yanvarın 22-dən fevralın 5-dək Bakıda səfərdə olub. Bu müddətdə o, hökumət və Mərkəzi Bank nümayəndələri ilə görüşlər keçirib. IV maddəyə əsasən, IMF beynəlxalq valyuta sisteminin sabitliyini təmin etmək üçün üzv ölkələrin iqtisadi, maliyyə və valyuta siyasətinə nəzarət edir. Bu məsləhətləşmələr çərçivəsində fondun ekspertləri makroiqtisadi vəziyyəti təhlil edir, məlumat toplayır…

Daha çox

Azərbaycanda unlu qənnadı məhsul ehtiyatı 3 dəfəyə yaxın artırılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11 min 453,8 ton unlu qənnadı məmulatları istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu,2024-cü ilin eyni dövrünə nisbətən 4,7 % azdır. Martıın 1-nə ölkədə 936,2 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da illik müqayisədə 2,9dəfə çoxdur. Xatırladaq ki, iki ayda Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 10,7 % çoxdur.

Daha çox

Tramp Bayden ailəsinin məxfi sənədlərə girişini ləğv edib

ABŞ prezidenti Donald Tramp ABŞ-ın sabiq prezidenti Co Bayden və onun ailə üzvlərinin məxfi sənədlərə girişini ləğv edib. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib. “Aşağıdakı şəxslərin məxfi məlumatlara çıxışı daha milli maraqlara uyğun deyil: Entoni Blinken, Hillari Klinton, Kamala Harris, Cozef R. Bayden və kiçik Cozef R. Baydenin ailəsinin hər hansı digər üzvü”, – sərəncamda deyilir: Siyahıda sabiq milli təhlükəsizlik müşaviri Ceykob Sallivan, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin qızı Elizabet və bir çox başqalarının da adları daxil edilib. Həmin şəxslərə ABŞ-ın bir sıra mühafizə…

Daha çox