3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

Niger və Burkina-Faso Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib. SİA xəbər verir ki, bu barədə Nigerin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurum artıq Fransanın Avropa və Xarici İşlər Nazirliyini məlumatlandırıb. Baş qərargahı Parisdə yerləşən Beynəlxalq Frankofoniya Təşkilatı da faktı təsdiqləyib. Bu açıqlamadan bir neçə saat sonra Mali diplomatiyası da ölkənin Beynəlxalq Frankofoniya Təşkilatından çıxdığını bəyan edib. Hər 3 ölkə missiyası fransız dilinin təşviqi olan təşkilatı öz nizamnaməsindən kənara çıxaraq siyasi proseslərə müdaxilədə ittiham edir.

Daha çox

FED faiz dərəcəsini açıqladı

ABŞ-nin Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb. SİA xəbər verir ki, FED uçot dərəcəsini 4,25 – 4,5 faiz səviyyəsində saxlayıb. Qeyd edək ki, bu səviyyə dekabrdan bəri dəyişməz qalır. Bazarlar da bu həftə keçirilən iki günlük iclasda hər hansı bir dəyişikliyin baş vermə ehtimalını demək olar ki, sıfır olaraq qiymətləndirirdi.

Daha çox

Şuşada Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlər davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə davam edən “Şuşa baharı” adlı bayram tədbirləri çərçivəsində “Güllü bağ” ərazisində Novruzu tərənnüm edən yarmarka təşkil edilib. Yarmarkada ziyarətçilərə Şuşa sakinlərinin əl işləri, səmənilər, milli mətbəximizə aid olan bayram xonçaları, müxtəlif şirniyyatlar, supermarketlərin xidmətləri təqdim olunur. Martın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdim etdiyi ədəbi-bədii kompozisiya, Şuşanın tarixi şəxsiyyətlərinin – Pənahəli xanın, Gövhər ağanın, Xan qızı Natəvanın, Molla…

Daha çox

“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq

“Santander” bankı Böyük Britaniyada 95 filialını bağlayacağını elan edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu, 750 iş yerinin risk altında olması deməkdir. Bildirilib ki, müştərilər getdikcə daha çox onlayn bank xidmətlərindən istifadə edir və bu səbəbdən filialların bağlanmasına iyun ayından etibarən başlanacaq. Bundan əlavə, 36 filialın iş saatları azaldılacaq, 18 filialda kassalar ləğv ediləcək. “Santander” filial bağlanacağını elan edən sonuncu bankdır. Yanvar ayında “Lloyds” bankı 136 filialı bağlayacağını açıqlamışdı. Bağlanmalardan sonra “Santander”in Britaniyadakı filiallarının sayı 444-dən 349-a düşəcək. Banka görə, filialları bağlanacaq bölgələrdə müştərilərə həftəlik olaraq kitabxana kimi…

Daha çox

İstanbulda Novruz bayramı qeyd olunub

İstanbulda Novruz bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Bayram şənliyi İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. SIA xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müavini Pərviz Məmmədzadə, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərləri çıxış edərək Novruz bayramının tarixindən, adət-ənənələrindən bəhs ediblər. Bildirilib ki, təxminən dörd min illik tarixə malik, dünya mədəni irsinin ən parlaq nümynələrindən olan…

Daha çox

“Putin atəşkəsi rədd edib..?”

Rusiya danışıqlar prosesinə simulyasiya edir… …Deməli, Rusiya lideri Vladimir Putin çərşənbə axşamı ilk dəfə olaraq Ukraynanın enerji infrastrukturuna zərbələri məhdudlaşdıracaq atəşkəsə razılaşıb. Bununla belə, o, cəbhədə tam hüquqlu barışıqdan imtina edib. SİA-nın məlumatına görə, bunu The New York Times yazıb..? Prezident Donald Trampla iki saatlıq telefon danışığı zamanı Rusiya lideri ABŞ və Ukraynanın təklif etdiyi daha geniş 30 günlük atəşkəs razılaşmasını rədd edib. Bu o deməkdir ki, mülki şəxslərə, şəhərlərə və limanlara hücumlar davam edəcək. Bununla belə, hər iki tərəf enerji infrastrukturuna zərbə vurmağı dayandırarsa,…

Daha çox

Moskva birjasında “qızdırma” başlayıb…

Tramp-Putin danışıqları zamanı sirli investor “Qazprom”un milyard rubl dəyərində səhmlərini satır..? …Quik mübadilə terminalındakı məlumatlara görə, Moskva birjasında naməlum investor Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlar zamanı təxminən 1,2 milyard rubl dəyərində olan “Qazprom”un böyük səhm paketindən qurtulub. SİA-nın məlumatına görə, bu barədə The Moscow Times yazıb. …Deməli, əsrarəngiz treyder satmağa Putinlə Trampın telefon danışığından təxminən bir saat sonra başlanıb. Birja məlumatlarına görə, bir dəqiqədən az müddətdə təxminən 700 milyon rubl dəyərində bir paket atılıb. Satış “bazarda” həyata keçirilib, nəticədə “Qazprom”un kotirovkaları qısa…

Daha çox

Rus həkim Ukrayna əhalisinin gələcəyindən danışıb..?

…Ukrayna əhalisinin demək olar ki, yarısında münaqişə səbəbindən psixi sağlamlıq problemləri var. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Belə ki, rusiyalı həkim Pavel Berejanski belə bir vəziyyətin insanların həyatına necə təsir etdiyi, hansı təhlükə yaratdığı və demoqrafiyaya necə təsir edəcəyi barədə danışıb. …Deməli rus mütəxəssis qeyd edir ki, bu mövzu aktual və mühümdür. Hazırda Ukraynada psixoloq, psixoterapevt və ya psixiatrın köməyinə ehtiyacı olan xəstələr çoxdur. …Biz bunu xüsusi əməliyyatın ilk günlərindən müvəqqəti yerləşdirmə mərkəzinə gələn uşaqlarla bağlı qeyd etmişik. Əsas problem posttravmatik…

Daha çox