İsrail İrana hücumda “Hörümçək toru” taktikasından istifadə edib..?

Pilotsuz təyyarələr gecə saatlarında işə salınıb və raket buraxılış qurğularını vurub… …Bəzi iddialara görə, İsrail illərdir İranın nüvə və raket proqramlarına qarşı əməliyyata hazırlaşırmış. Başqa iddialara görə, İsrail İrana hücum etmək üçün Ukraynanın “Hörümçək toru” əməliyyatının taktikasından istifadə edib. Hazırlıqlara İran daxilində pilotsuz təyyarə bazasının yaradılması və ölkəyə dəqiq silahların və xüsusi təyinatlıların yerləşdirilməsi daxil edilib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. İsrailin təhlükəsizlik rəsmisi nəşrə bildirib ki, əməliyyat İsrail Müdafiə Qüvvələri (IDF) və Mossad arasında…

Daha çox

Kursk vilayətində alışqan şəklində hazırlanmış minalar tapılır…

…Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün 3D printerlərdə çap edilmiş minalar aşkar edilib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə istehkamçı bölmələrindən birinin komandiri məlumat verib. O qeyd edib ki, onlar çətin əldə edilən yerlərə səpələniblər və buna görə də onları tapmaq çox çətin ola bilər. “Topor” çağırış nişanlı istehkamçı bölməsinin komandiri bildirib ki, Kursk vilayətinin sərhədyanı ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 3D printerdə çap edilmiş piyada əleyhinə minaları aşkar edilib. Onlardan birində skuter minalanmışdı. Bu evdə hazırlanmış partlayıcı qurğularda iki sancaq var. TASS müxbiri ilə söhbətində hərbçi onların…

Daha çox

Daha 1200 həlak olmuş ukraynalının cənazəsi vətənə qaytarılıb

Ukraynaya daha 1200 nəfər həlak olmuş ukraynalının cənazələri qaytarılıb. Onların bir hissəsi hərbçilərdir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya tərəfinin iddiasına görə, qaytarılan cəsədlər Ukrayna vətəndaşlarına, xüsusilə də hərbi qulluqçulara məxsusdur. Qeyd edək ki, bu repatriasiya İstanbul razılaşmaları çərçivəsində həyata keçirilib. Cəsədlərin qaytarılması Ukrayna Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Birgə Mərkəzin, Silahlı Qüvvələrin, Daxili İşlər Nazirliyinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkilinin Ofisinin, Xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkil katibliyinin, Fövqəladə Hallar Dövlət Xidmətinin və təhlükəsizlik və müdafiə sektorunun digər qurumlarının birgə işi nəticəsində mümkün olub. Yaxın…

Daha çox

Rusiya Çindən ikinci milli kredit reytinqini alıb…

Çinin CSCI Pengyuan reytinq agentliyi Rusiyaya uzunmüddətli beynəlxalq suveren reytinqlər verib. Reytinq həm yerli, həm də xarici valyutada “A-i” səviyyəsində müəyyən edilib. Kredit reytinqinin bu səviyyəsi emitent ölkənin öz borc öhdəliklərinə xidmət göstərmək qabiliyyətinin yüksək olduğunu və defolt riskinin aşağı olduğunu göstərir. Təyin edilmiş reytinqlər üzrə proqnoz “stabil” olaraq müəyyən edilib, baxmayaraq ki, mənfi iqtisadi dəyişikliklərə qarşı müəyyən həssaslıq qalmaqdadır. Agentliyin özünün “Vedomosti”yə verdiyi məlumata görə, Rusiya tərəfi bu reytinqi tələb etməyib, lakin onun təyin edilməsi prosesində əməkdaşlıq edib. SİA-nın məlumatına görə, bu, son bir ayda ikinci dəfədir ki, Çin…

Daha çox

Yaponiyada turizm artdıqca giriş qaydaları sərtləşir…

Yaponiyaya səyahət daha çox tənzimlənəcək. Ölkə hökuməti müalicə xərclərini ödəmək və yerli xəstəxanaların yükünü azaltmaq üçün turistlərdən tibbi sığorta almağı tələb etmək niyyətindədir. SİA-nın məlumatına görə, Yaponiya hökuməti bütün xarici turistlər üçün yeni məcburi qayda tətbiq etməyə hazırlaşır: özəl tibbi sığorta. 2026-cı ildən etibarən qüvvəyə minə biləcək tədbir ödənilməmiş tibbi ödənişlərlə bağlı artan problemi həll etmək və ölkənin səhiyyə sistemindəki maliyyə yükünü azaltmaq məqsədi daşıyır. Hökumət, xarici ziyarətçilərin tibbi yardım aldıqları, lakin ödənişlərini ödəmədən getdikləri hallarla məşğul olmaqdan yorulduğunu söyləyir. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, cəmi bir ay ərzində 90-a…

Daha çox

Naxçıvan Hərbi Kollecində Milli Qurtuluş Günü qeyd edilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti” adlı tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinin və Milli Müdafiə Universitetinin rektorunun Milli Qurtuluş Günü ilə əlaqədar təbriklərini iştirakçılara çatdırıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta ixtisas polis məktəbinin…

Daha çox

İranın vəliəhdi Molla rejiminin devrilməsinə çağırır…

İranın sonuncu şahının oğlu, İran Milli Şurasının qurucusu və rəhbəri Rza Pəhləvi ölkəsinin xalqına və hərbçilərinə müraciət edib. O, Ayətullah Əli Xamenei rejimini İranı İran xalqının iradə və maraqları ilə heç bir əlaqəsi olmayan dağıdıcı müharibəyə sürükləməkdə ittiham edib. Bu, İsrailin iyunun 13-nə keçən gecə başlayan “Xalq şir kimi” hərbi əməliyyatının başlaması fonunda baş verib. Əməliyyat nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri və İran rejiminin digər yüksək rütbəli rəhbərləri məhv edilib. SİA-nın məlumatına görə, bunu segodnya.co.il yazır. Pəhləvi cümə günü sosial şəbəkədə farsca yazıb: “Bu, İran və ya İran müharibəsi…

Daha çox

Ukraynada xüsusi hərbi əməliyyat 2025-ci ildə başa çatacaq..?

Bunu rusiyalı riyaziyyatçı iddia edir… …Rusiyalı riyaziyyatçı və tarixi dövrlər tədqiqatçısı Qriqori Kvaşa hesablayıb ki, Ukraynada xüsusi hərbi əməliyyat 2025-ci ildə başa çatacaq. SİA-nın məlumatına görə, bu barədə o, aif.ru saytına müsahibəsində danışıb. Alimin sözlərinə görə, bu, təkcə Rusiya və Ukraynanın qarşıdurmasına deyil, bütün qlobal münaqişələrə aiddir. O, bunu müharibələrin səbəblərinin aradan qalxması və tarixi dövrənin dəyişməsi ilə əlaqələndirib. …Əlbəttə, heç bir tüfəngin və ya topun heç vaxt atəş açmayacağına zəmanət verə bilmərəm, lakin müharibələrin əsas səbəbi – 2025-ci ildən sonra heç vaxt mövcud olmayacaq…

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 13-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan…

Daha çox

Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 160A, 193 və 503 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib. SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, 160A nömrəli şəhərətrafı (Binə “Atçılıq” yaşayış massivi – Binə qəsəbəsinin mərkəzi), 193 nömrəli şəhərətrafı (Mirzə Məhəmməd Xan küçəsi – “Lökbatan” NMM) marşrutları üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 503 nömrəli şəhərətrafı (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Sumqayıt şəhəri (Ü.Hacıbəyli küçəsi)) marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan…

Daha çox