“Bütün dünya cəmiyyətində, bütün ölkələrdə etnik qruplar var. Çox nadir hallarda elə ölkə tapmaq olar ki, orada yaşayan xalqlar yalnız bir millətə aid olsun orada etnik qruplar olmasın. Belə ölkələr çox minimum həddədir ya azdır, ya da yoxdur. Ətrafımızda olan bütün ölkələrdə etnik qruplar var, yaşıyıb və yaşıyacaq. Bunlar həm dillərinə görə, həm adət-ənənələrinə görə, həm də dinlərinə görə fərqlənirlər”. Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Fazil Əhməd deyib. Onun sözlərinə görə, amma bizim coğrafiyamızda olan etnik qrupların böyük əksəriyyəti İslam dinindədir: “Məsələn, Azərbaycan, Türkiyə, İran ətrafımızda olan böyük ölkələrdə yaşayan…
Daha çoxDövlət və icmal büdcələrinin tərtibi ilə bağlı məlumat mübadiləsi yaradılıb
Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) vasitəsilə dövlət və icmal büdcələrinin tərtibi prosesi ilə əlaqədar qarşılıqlı məlumat mübadiləsi yaradıb, büdcə göstəriciləri ilə bərabər əlavələrin təqdim edilməsini təmin edib. SİA xəbər verir ki, məlumata görə, ötən il Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi üzrə hesabatların elektron qəbulu, avtomatik icmallaşdırılması, qurumlar arası məlumatların real vaxt rejimində mübadiləsi, büdcə planlaşdırılmasına aid prosesin tam idarə olunması üçün BMİS təkmilləşdirilib, əhatə dairəsi genişləndirilib. Hazırda dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə aidiyyəti dövlət qurumları ilə rəsmiləşdirilən protokolların elektron imza ilə imzalanaraq hər iki tərəfdən təsdiqlənməsi…
Daha çox“Amerikanın səsi” və “Azadlıq” radioları təxribatlarının qurbanı oldular
Hər zaman belə olub yalan, böhtan səsləndirənlər, qeyri-qanuni əməllər törədənlər nəhayət, ifşa olunublar. Azərbaycanın el məsəlində deyildiyi kimi, “oğurluqla, əliəyriliyin ömrü 40 gün çəkər” və ya “yalan ayaq tutar amma yeriməz”. Araşdırmalara əsasən demək olar ki, fəaliyyətlərini yalan, böhtan üzərində quran ictimai-siyasi təşkilatlar az sonra ya təbii proseslər nəticəsində sıradan çıxırlar ya da qapadılırlar. Uzun müddət “Amerikanın səsi” və “Azadlıq” radioları dezinformasiyaları, şər və böhtanları ilə meydan suladılar, cəmiyyətlərdə yalanları ilə ikili fikir formalaşdırmağa çalışdılar. Təbii ki, belə bir qərəzli fəaliyyətin sonu olmalı idi, oldu da. ABŞ-nin yeni prezidenti Donald…
Daha çoxŞahdağda qar yağır
Saat 14:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib. Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır. Şahdağda isə arabir qarın yağması müşahidə olunur.
Daha çoxİmişlidə Novruz bayramı qeyd olunub
İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi və həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz şənliyində şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər. SİA xəbər verir ki, əvvəlcə bayram tonqalı qalanıb. Qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib. Corab toxuyan, yun darayan, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha canlandırıblar. Yeniyetmə və gənc idmançılar tərəfindən…
Daha çoxİlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib. SİA xəbər verir ki, Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev dedi: – Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi…
Daha çoxVətən müharibəsi şəhidi Əli Məmmədzadənin ailəsi ziyarət olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri şəhid Əli Məmmədzadənin ailəsini ziyarət edib. SİA xəbər verir ki, görüş zamanı şəhidin vətənpərvərliyindən və göstərdiyi igidliklərdən bəhs olunub. Nazirlik tərəfindən onun ailəsi mənzillə təmin edilib, həmçinin ailəyə sosial ödənişlər təyin edilib. Görüşdə bütün şəhidlərimiz kimi, Əli Məmmədzadənin də xatirəsinin daim əziz tutulacağı vurğulanıb. Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb. Könüllü olaraq Vətən müharibəsində iştirak edən Əli Məmmədzadə 2020-ci il noyabrın 7-də Şuşa uğrunda…
Daha çoxAzərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq
Azərbaycandakı texnologiya parklarında və sənaye zonalarında süni intellekt texnologiyaları istehsal olunacaq. SİA xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb. Bu məqsədlə texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarını istehsal edən rezidentlərin cəlb edilməsi nəzərdə tutulub. Strategiyaya əsasən, Azərbaycanda süni intellekt sahəsində əlverişli biznes mühitinin yaradılması uçun yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması, müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi…
Daha çox“Clarivate Analytics” şirkətinin nümayəndəsi Azərbaycan Universitetində olub
“Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov Azərbaycan Universitetinə gedərək elmi işlər üzrə prorektor Yusif Qasımovla görüşüb. SİA xəbər verir ki, İltifat İbrahimov görüşdə təmsil etdiyi şirkət, onun Azərbaycanda həyata keçirdiyi layihələr və tədbirlər haqqında danışıb. Yusif Qasımov isə Azərbaycan Universitetinin “Clarivate Analytics” şirkətinin məhsulu olan “Web of Science” bazası üzrə elmmetrik göstəriciləri, bu göstəricilərin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Görüşdə, həmçinin “Clarivate Analytics” şirkəti ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq imkanları da müzakirə edilib, birgə təlimlərin təşkil edilməsi haqqında razılığa gəlinib.
Daha çoxCeyhun Bayramov həmkarı ilə sülh prosesinin son durumunu müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı durumu müzakirə olunub. Britaniya naziri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Nazir Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, sazişin…
Daha çox