Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Daha çox

ABŞ Milli Arxivi Kennedinin qətli ilə bağlı sənədləri açıqlayıb

ABŞ Milli Arxivi 1963-cü ildə prezident Con Kennedinin qətli ilə bağlı məxfiliyi ləğv edilmiş minlərlə səhifəlik sənədləri açıqlayıb. SİA-nın məlumatına görə, Prezident Donald Tramp yanvarın 23-də qalan qeydlərin açıqlanmasına dair sərəncam imzalayıb və bunun ictimai maraqlara cavab verdiyini bildirib. Mindən çox sənəd ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyasının saytında yerləşdirilib. Sui-qəsdi ilə bağlı 13 minə yaxın sənəd Bayden administrasiyası dövründə açıqlanıb.

Daha çox

“Biz öz cavabımızı verəcəyik”

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır”. SİA “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini veriblər”, – deyə Zelenski bildirib. Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ…

Daha çox

Əfqanıstanda qadınların səsinə də qadağa gəldi

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb. “Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır”, – məlumatda bildirilib. O da deyilir ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var. Qeyd edək ki, Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.

Daha çox

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

NASA-nın aylardır kosmosda qalan 2 astronavtı yerə enib. SİA-nın məlumatına görə, astronavtlar Sunita Uilyams və Barri Uilmorun olduğu “SpaceX Crew-10” missiyası Beynəlxalq Kosmik Stansiyadan ayrıldıqdan və yerə yollandıqdan təxminən 17 saat sonra yerli vaxtla saat 17:58-də (Bakı vaxtı ilə saat 01:58) Florida sahillərinə uğurla eniş edib. NASA astronavtı Nik Heyq və kosmonavt Aleksandr Qorbunov da gəminin göyərtəsində olublar. Uilyams və Uilmor 2024-cü ilin iyun ayında “Boeing”ə məxsus “Starliner” kapsulunun ilk astronavt ekipaj uçuşunu həyata keçiriblər. Səfərin bir həftəlik olması planlaşdırılırdı. Təxminən 10 gündən sonra onları geri qaytaracaq “Boeing Starliner”də problem…

Daha çox

İsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib

İsveçin iqlim naziri Romina Purmohtari hökumətin iqlim siyasətini qiymətləndirən İqlim Siyasəti Şurasının illik hesabatının təqdimatında iştirak etməkdən imtina edib. SİA xəbər verir ki, bu, nazirin tədbirə məhəl qoymadığı ilk haldır. Bu il başqa hökumət nümayəndələri də olmayacaq. “Dagens Nyheter” nəşrinin məlumatına görə, əvvəl nazirin adı iştirakçılar arasında qeyd edilsə də, sonradan gündəlikdən çıxarılıb. Hökumət imtinanın səbəblərini izah etməyib, İqlim Siyasəti Şurasının özü isə şərh verməkdən imtina edib. Linçöping Universitetindən olan iqlimşünaslar bu qərardan təəccübləndiklərini ifadə edərək, bunu həyəcanverici siqnal kimi qiymətləndiriblər. Onların fikrincə, imtina maraqsızlıqdan irəli gəlirsə, bu, ciddi problem…

Daha çox

Ramazanın 19-cu gününün duası

Sabah Ramazan ayının 19-cu günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:20-də, iftar isə 19:06-dadır. İmsak duası: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”. Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar…

Daha çox

Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir

“Müasir Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Biz hər zaman – həm kədərli, həm də sevincli anlarımızda birlikdəyik”. SİA xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tbilisidə Azərbaycan səfirliyi və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə təşkil olunan iftar mərasimində söyləyib. Onun sözlərinə görə, mədəniyyət və təhsil də daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələr yüksək səviyyədədir və elə bir sahə yoxdur ki, sıx əməkdaşlıq edilməsin. Bu isə illər ərzində formalaşan dostluq və…

Daha çox