Ukrayna “F-16”-lardan istifadə etməyə başlaya bilər…

…Martın 18-də günorta saatlarında Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi “F-16” qırıcıları Sumı vilayətində görüntülənib. SİA xəbər verir ki, bu barədə “Z əməliyyatı: Rus baharının müharibə müxbirləri” Telegram kanalı məlumat yayıb. …Düşmən Sumi üzərində aşağı hündürlükdə uçan “F-16”-nın görüntülərini dərc edir. Bunu rus nəşri yazır. Uçan Qərb qırıcılarının görüntülərinin şəhərin hansı hissəsində lentə alındığı məlum deyil. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında “F-16”-lardan istifadə etməyə başlaya bilər. Martın 17-də “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, general-leytenant Apti Alaudinov Rusiya qoşunlarının…

Daha çox

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb

Laçın, baharı öz doğma sakinləri ilə qarşılayıb. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi Laçında təntənə ilə qeyd edilib. Həmçinin bayram tədbirində Laçında ərsəyə gələn məhsullar və sakinlərin əl işləri sərgilənib, milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Laçınımıza bahar gəlir” adlı bayram şənliyi keçirilib. Tədbirdə Laçın sakinləri, rəsmi şəxslər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın…

Daha çox

Milli Məclisdə 14 məsələ müzakirə olunub -YENİLƏNİB

Martın 18-də parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, S.Qafarova gündəliyə 14 məsələnin daxil edildiyini və birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edib. Beynəlxalq münasibətlər və parlamentlərarası…

Daha çox

Fransa Almaniya yaxınlığında nüvə qırıcıları yerləşdirəcək

…2035-ci ilə qədər 116 Luxeuil-les-Bains aviabazasında hipersəs nüvə raketi ilə təkmilləşdirilmiş Rafale qırıcıları yerləşəcək. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna BFMTV-yə istinadən Fransa prezidenti Emmanuel Makrona istinadən məlumat yayıb. BFMTV-nin məlumatına görə, Fransa prezidenti 116 aviabazasını gələcək yeni Rafale modelləri üçün “ev” etmək istəyir ki, bu da Fransanın nüvə qarşısının alınmasının “əsas komponentləri”dir. Xüsusilə, aviabaza modernləşdirilməsi üçün 1,5 milyard avro investisiya alacaq. Gələcəkdə burada iki yeni Rafale eskadronu (təxminən 40 təyyarə) yerləşəcək. Makron həmçinin təsdiqləyib ki, Fransa Rafale üçün sifarişini artıracaq, onun dediyinə görə, geosiyasi “döyüş…

Daha çox

Lvov sakini oğluna uşaq alıb…hərbi xidmətə aparmasınlar deyə…

Lvov sakini hərbi xidmətdən möhlət almaq məqsədilə Xarkovda oğlu üçün üçüncü uşaq alıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Strana.ua” Ukrayna prokurorluğuna istinadən özünün Telegram kanalında məlumat yayıb. Qadın kömək üçün Xarkovda doğum həkimi işləyən dostuna müraciət edib. O, doğuşdan sonra Lvov sakininin oğlunu körpənin atası kimi qeydiyyata almaq üçün pul təklif edən hamilə qadın tapıb. Bunun üçün hamilə qadına 400 dollar verilib. Onlar da söz veriblər ki, uşaq üç yaşına çatana qədər hər ay ona pul göndərəcəklər. Əli Babayev

Daha çox

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Xalqımızın qədim el bayramı Novruzun gəlişi Ağstafada geniş bayram tədbiri ilə qeyd edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir iştirakçıları Novruz atributları, milli ornamentlərlə bəzədilmiş əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Novruzun personajlarından olan Bahar qızın təbrikləri, Kosa və Keçəlin məzəli zarafatları tədbirə əlavə rəng qatıb. Xalqımızın milli adət-ənənələrini, mənəvi dəyərlərini ehtiva edən ədəbi-bədii kompozisiyalar, eləcə də idmanın müxtəlif növləri üzrə gənclərin nümunəvi çıxışları da nümayiş olunub. Rayon sakinləri milli geyimli xanımların təqdim etdikləri bayram xonçalarındakı təamlardan dadıb, sacda bişirilən qutaba, fəsəliyə qonaq olublar. Mədəniyyət və incəsənət…

Daha çox

“XII Qlobal Bakı Forumu bir çox özəllikəri özündə ehtiva edib”

“2013-ci ildən başlayaraq sayca XII olan Qlobal Bakı Forumu ölkəmizdə möhtəbər tədbirlərdən biridir və ölkəmizdə hər il keçirilir. Bu Forumun özəlliyi ondan ibarətdir ki, Azərbaycanın həm yerləşdiyi region, həm də bugünkü siyasi baxış bucağı, həm də bu Qlobal Forumun təşkili mahiyyət etibarı ilə yeni bir reallıq yaradır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, biz bugünə qədər öyrəşmişik və görmüşük ki, belə qlobal forumlar yalnız Avropa ölkələrində keçirilsin. Buna misal olaraq qeyd etmək olar ki, Münhen Təhlükəsizlik Konfransı var, Davos və başqa konfransları qeyd etmək olar:…

Daha çox

Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş ifadə verib

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 18-də davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə vəsatət verərək iclas protokolları…

Daha çox

“Hal-hazırda birbaşa görüşün keçirilməsi planlaşdırılmır”

“Məlum olduğu kimi bu gün Trampla Putin arasında telefon danışığı gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, hal-hazırda birbaşa görüşün keçirilməsi planlaşdırılmır: “Bu da təbiidir. Çünki ölkə liderlərinin birbaşa görüşü əsasən hansısa nəticələr əldə olunandan sonra gerçəkləşir. ABŞ və Rusiya hal-hazırda aktiv dialoq halındadır. Trampın xüsusi nümayəndəsi bir neçə gün əvvəl Putinlə 3 saat sürən danışıqlar aparıb və təbii ki, bu danışıqlarda da həm ABŞ-ın gözləntiləri Putinin diqqətinə çatdırılıb, həm də Rusiya tərəfinin mövqeyi öyrənilib. İndi isə telefon danışığında atəşkəslə bağlı məsələ və Rusiyanın bundan…

Daha çox

Terrorçular Somali prezidentinin kortejini partladıblar…

Somali prezidenti Həsən Şeyx Mahmudun korteji ölkənin paytaxtı Moqadişoda, prezident sarayının yaxınlığında partladılıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Prezidentin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Hücuma görə məsuliyyəti sələfi terror qruplaşması olan Əl-Şəbab üzərinə götürüb. …69 yaşlı Mahmud 2022-ci ildə yenidən prezident seçilib. Bundan əvvəl o, 2012-2017-ci illərdə prezident olub. Onun hökuməti tez-tez korrupsiyaya görə tənqid olunsa da, Mahmud radikal terror qrupları ilə mübarizəyə çox vaxt və resurslar ayırmaqla tanınır. Əli Babayev

Daha çox