Abşeronda 8 marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib

Abşeronda 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrut xətlərinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, hərəkət sxemi Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işlərinin başa çatması ilə əlaqədar dəyişdirilib.

Daha çox

Azərbaycanda bəzi qadınlar niyə boşanmağa meyillidir?

“Ümumiyyətlə boşanma ilə bağlı müraciətlər son vaxtlar artıb. Xanımlar və bəylər daha çox boşanmaya üstünlük verirlər, nəinki ailə qurmağa və ya qurulan ailəni qurtarmamağa üstünlük vermirlər. Bəzən bu kimi hadisələr, boşanma halları digər insanlara da pis mənada təsir edə bilir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, insanlar düşünürlər ki, bizim də həyatımızda hər an boşanma halları ola bilər və evlənməsək daha yaxşı ola bilər: “Amma təəssüflər olsun ki, təkcə qadınlar yox, kişilər də boşanma faktoruna meyilli olur. Amma əlbəttə ki, qadınlar son vaxtlar kişilərdən şiddət…

Daha çox

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər. SİA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin martın 19-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Nikosiya şəhərinə səfəri nəzərdə tutulub. Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Türk Dünyası Beynəlxalq Novruz Festivalı” adlı silsilə tədbirlərdə iştirak edəcəklər. Silsilə tədbirlərdə iştirak edəcək türk dövlətlərindən olan qonaqlar və ŞKTR-də təhsil alan əcnəbi tələbələr xalqın qədim adət-ənənələri ilə tanış olacaqlar. Səfər martın 23-də başa…

Daha çox

Bəzi yerlərdə güclü külək əsir

Hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Daha çox

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Novruz və Ramazan bayramları münasibətilə təbrik edib

Milli Məclis adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlanıb. SİA-nın məlumatına görə, bu təkliflə parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Sədrin sözlərinə görə, məktubda onlara xalqın və dövlətin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulanır. Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Daha çox

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub. SİA xəbər verir ki, layihə çərçivəsində Birbank-ın baş ofisində 30 ədəd, filiallarında isə 119 ədəd xüsusi qutu yerləşdirilib. Artıq bankın müştəriləri və əməkdaşları istifadəyə yararsız elektrik batareyalarını bu qutulara atmaqla təhvil verə bilərlər. Hazırda müxtəlif dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri və hotellər də daxil olmaqla 500-dən çox məntəqədə batareya toplama konteynerləri quraşdırılıb. Layihə çərçivəsində 2024-cü ildə 1645 kiloqram işlənmiş batareya toplanıb. Layihənin məqsədi istifadəyə yararsız batareyaların çeşidlənərək xüsusi…

Daha çox

Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”

Daha çox

“Bizdə də ekoloji etika formalaşacaq”

“Son iki əsrdə planetimizi həddindən artıq çox istismar edən insanlar artıq özləri də bilmədən dünyanın axrını tezləşdirməyə başlayıblar”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, meşələr qırılır, çaylar, göllər quruyur, dənizlərin suyu çəkilir, buzlaqlar əriyir və okeana dəhşətli eralar boyunca yığılmış bakteriyaları və o cümlədən xəstəlikləri yayır: “Pandemiyalar baş verir, yeraltı-yerüstü sərvətlər sanki dəlicəsinə istismar edilir. Sanki axırıncı günlərimizdir, onları o dəqiqə çıxarıb istifadə etmək istəyirik.…

Daha çox

Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunub

Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-mayor Kənan Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər. Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül…

Daha çox

“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib

Daim mediaya yönəlik layihələri ilə seçilən “Azərsun Holdinq” bu dəfə jurnalistləri iftar süfrəsində bir araya gətirib. Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək ,şirkətin Milli Mətbuatın 150 illiyi münasibətilə silsilə layihələrə davam edəcəyini bildirib. Günümüzdə ictimai rəyin formalaşmasında medianın rolunun danılmaz olduğunu qeyd edən şöbə müdiri özəl sektorda da media ilə əlaqələrin tənzimlənməsinin önəmli və vacib olduğunu bildirib. Xatırladaq ki, bir müddət öncə şirkət “Milli Mətbuat – 150 il” təqvim dəsti çərçivəsində millimetbuat150.azersun.com saytını ictimaiyyətə təqdim edib.

Daha çox