Daim mediaya yönəlik layihələri ilə seçilən “Azərsun Holdinq” bu dəfə jurnalistləri iftar süfrəsində bir araya gətirib. Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək ,şirkətin Milli Mətbuatın 150 illiyi münasibətilə silsilə layihələrə davam edəcəyini bildirib. Günümüzdə ictimai rəyin formalaşmasında medianın rolunun danılmaz olduğunu qeyd edən şöbə müdiri özəl sektorda da media ilə əlaqələrin tənzimlənməsinin önəmli və vacib olduğunu bildirib. Xatırladaq ki, bir müddət öncə şirkət “Milli Mətbuat – 150 il” təqvim dəsti çərçivəsində millimetbuat150.azersun.com saytını ictimaiyyətə təqdim edib.
Daha çoxRövşən Rzayev vətəndaş qəbulu keçirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 18-də vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Eyni zamanda Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə…
Daha çoxCeyhun Bayramov paylaşım edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayrampv Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, “X” sosial şəbəkə hesabında paylaşımında deyilir: “Bu gün, Çanaqqala Zəfərinin 110-cu ildönümündə, azadlıq və müstəqillik yolunda öz canlarını qurban vermiş qəhrəman şəhidləri və qazilərimizi dərin ehtiramla yad edirik. Çanaqqala keçilməz, vətən bölünməz!”
Daha çoxBakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bu küçədə mikromobillik zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb. Digər yaxın küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır. Həmin dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də yaradılacaq. Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları qorunaraq…
Daha çoxBaş nazir qəzalı binalarla bağlı problemlərin həllinə dair müşavirə keçirib
Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. İclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib. İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.
Daha çox“PAŞA Holdinq”in banklarının rəhbərliyində dəyişiklik olub
“PAŞA Holdinq” MMC-yə məxsus “PAŞA Bank” və “Kapital Bank” ASC-lərin rəhbərliyində dəyişiklik olub. SİA-ya daxil olan məlumata görə, “PAŞA Bank”ın Müşahidə Şurasının (MŞ) Mir Camal Paşayev vəzifəsini tərk edib, onun yerinə Rövşən Allahverdiyev təyin edilib. O, indiyə qədər “Kapital Bank”ın MŞ-nın sədri olub. Bu vəzifə isə Fərid Məmmədova həvalə olunub. Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu “PAŞA Holdinq”ə, 28,2 %-i “Bless” MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə məxsusdur. Xatırladaq ki, “Kapital Bank” 2006-cı…
Daha çoxMilli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib
Milli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, rəqəmsal mühitin inkişafı bu sektorda reklam fəaliyyətinin genişlənməsinə və bazar payının artımına səbəb olub, yeni reklam daşıyıcıları meydana gəlib və belə daşıyıcılar yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər, “influyenser”, “bloqqer” kimi yeni reklam subyektlərin ortaya çıxması və s.) təchiz edilib. “Reklam haqqında” qanununda…
Daha çoxADY qatarların yeni qrafikini təqdim edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafikini müəyyənləşdirib. SİA ADY-yə istinadən xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya,…
Daha çoxHərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib
Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlər keçirilir. Nazirlikdən SİA-ya bildirilib ki, tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə səhra şəraitində (çöl şəraitində) növbəti məşğələlər keçirilib. Təlim mərkəzində baş tutmuş məşğələ zamanı əvvəlcə iştirakçılar bölmələrin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə praktiki vərdişlərini sınayıblar. Sonra isə ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların…
Daha çox“İnsanları ticari əlaqələr düşündürür”
“Azərbaycanda kinoteatrların işləməməsi, həmin yerlərin ya olmaması, ya da biznes məqsədi ilə digər qurumlara çatması ilə əlaqədardır. Bu da istər-istəməz təəssüf hissi doğurur. İstirahət mərkəzləri müəyyən yerlərdə mövcuddur, amma onların qiyməti heç də əlçatan deyil. Yerli vətəndaşlar üçün qiymət bahalı olduğundan, insanların orada istirahət etməsinin qarşısını kəsir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib. Onun sözlərinə görə, kinoteatrlarla olan məsələ Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməlidir. Respublikanın mərkəzində olan tamaşaların müxtəlif yerlərdə, truppa tərəfindən qastrol səfərlərində nümayiş etdirilməsi SSRİ dövründə mövcud idi: “İnsanlar asudə vaxtını yaxşı keçirməsi üçün müxtəlif yerlərdə…
Daha çox