Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir. SİA xəbər verir ki, bununla bağlı “Baytarlıq haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edilib ki, “Baytarlıq haqqında” qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir. Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilmiş və qeydiyyatın Azərbaycan Respublikasının Qida…
Daha çox6 rəqəmi ona uğur gətirdi – Lotereyada 50.000 manat qazandı – VİDEO
6 rəqəmi ona uğur gətirdi – Lotereyada 50.000 manat qazandı – VİDEO
Daha çoxAzərbaycanda 9 ay müddətinə yeni gömrük yığımları müəyyənləşdirilib
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə idxal gömrük yığımları alınır: – dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün – 150 manat; – şüşə məmulatlarının 1 tonu üçün – 100 manat; – armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün – 100 manat. Qərar bu il aprelin 1-dən qüvvəyə minir və…
Daha çoxAzərbaycan Ordusuna aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib
Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ötən gün sosial şəbəkələrin xarici seqmentində Azərbaycanın dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb. Faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılan ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib. Məlumata əsasən, Azərbaycan vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlunun 27 fevral…
Daha çoxMM vergi-rüsumdan azadetmə sənədinin icazələr siyahısına salınmasını təsdiqləyib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalının 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilməsi ilə bağlı təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir. SİA xəbər verir ki, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qanun layihəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qanunlara…
Daha çoxAnar Əliyev Ağdaşda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdaş rayonunda Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Daha çox“Qadınların belə obyektlərə cəlb olunması narkotik asılılığı yaradır”
“Restoranlarda xanımlara qəlyanın pulsuz verilməsinin əsas məqsədi, onların bunu sosial mediada paylaşaraq daha çox müştəri cəlb etməsinə yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında marketoloq Bəylər Əlizadə deyib. Onun sözlərinə görə, ölkəmizdə qadınların sosial mediada daha aktiv olduğunu müşahidə edirik: “Onlar daha çox post paylaşır, rəylər yazır və getdikləri məkanları izləyiciləri ilə bölüşürlər. Buna görə də qadın müştərilərin sayı artdıqca, həmin biznesin uğuru da artır. Məsələn, əvvəllər konsertlərdə xanımlar çox iştirak etmirdi, xüsusən də uzaq məsafələrdə, dənizkənarlarında və gecə saatlarına qədər olan tədbirlərdə. Lakin, qadınlar iştirak etməyə başladıqdan sonra, konsert sahəsi böyüdü.…
Daha çox“Azərbaycan dünyada sülhün və istiqrarın bərpa olunması üçün səylə çalışır”
“Bir neçə gün bundan öncə Azərbaycan növbəti dəfə mötəbər tədbirə ev sahibliyi etdi”. Bunu SİA-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, bütün dünyanın nəbzi yenidən Azərbaycanda döyüldü, dünyanın aparıcı media qurumlarının, dünya liderlərinin diqqəti yenidən Azərbaycana yönəldi: “Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə fəaliyyətə başlayan XII Qlobal Bakı Forumu həm də Azərbaycanın dünyada həllini gözləyən qlobal məsələlərin həllinə mühüm töhfəsidir. Bu bir daha onu göstərdi ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan dünyada baş verən qlobal hadisələrə laqeyd və biganə deyil, Azərbaycan dünyada sülhün və…
Daha çoxFHN attraksionlarda nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi bayram günləri ilə əlaqədar attraksionlara nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib. SİA-nın məlumatına görə, nəzarət tədbirləri Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi ölkənin şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionlarda keçirilir. Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə…
Daha çoxAMB bu il cari əməliyyatlar balansının profisitinə dair proqnozunu açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il cari əməliyyatlar balansının profisitinin 5,5 milyard ABŞ dolları olacağını proqnozlaşdırır. SİA xəbər verir ki, bunu AMB-də keçirilmiş mətbuat konfrasında qurumun baş direktoru Vüqar Əhmədov bildirib. “Ümumilikdə biz əlverişli fon görürük. Bu fon makroiqtisadi sabitlik üçün dəstəkləyici amildir. Ortamüddətli dövrdə CƏB üzrə profisitə dair proqnozumuz 5 milyard ABŞ dolları ətrafında, hətta ondan çox çoxdur”, – deyə o qeyd edib.
Daha çox