Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Sənəd qəbulu cari ilin 30 aprel tarixinədək baş tutacaq. “Sənəd qəbulu 18 mart – 30 aprel tarixlərində (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, həmçinin 1 aprel – 30 aprel tarixlərində regional sənəd qəbulu mərkəzlərində olmaqla iki formada həyata keçiriləcək. Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi…
Daha çoxSabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər…
Daha çoxParlament bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyətinin ləğvini qəbul edib
Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir. SİA xəbər verir ki, bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir…
Daha çox“Təbii qaz “dəyişdirici yanacaq” rolunu oynayacaq”
“Qlobal qaz tələbatı 1970-ci illərin əvvəlindən bəri dörd dəfədən çox artıb və mavi yanacağa dair perspektivlər həmişəkindən daha maraqlı görünür. Bir çox bazarlarda təbii qaz enerjiyə çıxışın yaxşılaşdırılmasında və orta müddətli iqtisadi artımın dəstəklənməsində “inkişaf üçün yanacaq” kimi əsas rol oynayacaq. Digər bazarlarda təbii qaz “dəyişdirici yanacaq” rolunu oynayacaq. Bu, regionun ümumi enerji tələbatının demək olar ki, yarısını təşkil edən kömürdən ciddi şəkildə asılı qalan iri Asiya iqtisadiyyatlarına aiddir”. Bu sözləri SİA-ya açıqlamasında enerji sektoru üzrə ekspert Zəfər Vəliyev deyib. Onun sözlərinə görə, Asiyadan kənarda ABŞ, Mərkəzi və Şərqi Avropa…
Daha çoxAzərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.
Daha çox“Kiçik davranışların arxasında dərin psixoloji amillər gizlənə bilər”
“Bəzən dodaqlarımızı və yanaqlarımızın içini dişləməyə meyilli oluruq və bu davranışın arxasında sadəcə vərdiş deyil, həm də dərin psixoloji səbəblər dayanır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, bu hal, tibbdə Morsicatio buccarum adlanır: “Adətən şüursuz şəkildə baş verir. Stress və Anksiyetenin Rolu Dodaq və yanaq dişləmə əksər hallarda stress və anksiyete ilə əlaqəlidir. İnsanlar narahat olduqda, bədən avtomatik olaraq bəzi özünütənzimləmə mexanizmlərinə əl atır. Bu mexanizmlərdən biri də dişləmə kimi təkrarlanan hərəkətlərdir. Belə davranışlar beynin kortizol səviyyəsini nisbətən tənzimləməyə kömək edir və qısamüddətli rahatlama…
Daha çox“Dünya təcrübəsində yaşıl kreditlər geniş tətbiq olunur”
“Yaşıl kreditlər, ətraf mühitə müsbət təsir göstərən və ekoloji cəhətdən davamlı layihələrin maliyyələşdirilməsi üçün verilən kredit növüdür. Bu kreditlər, əsasən, karbon emissiyasının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı kimi məqsədləri dəstəkləyir. Azərbaycanda yaşıl maliyyələşdirmə sahəsində bir sıra təşəbbüslər həyata keçirilmişdir. Məsələn, Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması məqsədilə “Yaşıl Taksonomiya” hazırlamış və təsdiqləmişdir. Bu sənəd, iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsini əhatə edir. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib. Onun…
Daha çoxMM daha bir sazişi təsdiqləyib
Milli Məclis “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiqi haqqında qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Daha çoxQızılın qiyməti tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,64% artaraq 3 025,22 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,73% artaraq 34,56 ABŞ dollarına bərabər olub.
Daha çoxAzercell-dən Novruz Bayramına xüsusi təklif
Lider mobil operatordan Honor cihazlarını əldə edən müştərilərə internet və danışıq yarı qiymətə Azercell Novruz Bayramı münasibətilə xüsusi kampaniyaya start verir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından Honor smartfonu və ya planşeti əldə edən bütün istifadəçilər üç ay ərzində “SuperSən 6GB” və “SuperSən 10GB” tariflərindən 50% endirimlə yararlanmaq imkanı əldə edəcəklər. 31.03.2025 tarixinədək qüvvədə olacaq kampaniya qiyməti 179 AZN-dən başlayan Honorcihazlarına şamil olunacaq. Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/daxil ola bilərsiniz. Azercell Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edir!
Daha çox