Bu kənddə spirtli içkilərin qəbulu qadağan edilir…

…Rusiyada spirtli içkilərin qəbulunun qadağan olunduğu daha bir məntəqə yaranıb. SİA-nın məlumatına görə, Buryatiyanın Djidinski rayonunun Malı Narın kəndinin sakinləri yığıncaq keçirərək yekdilliklə onların yaşayış məntəqəsinə ayıqlıq zonası statusu verilməsi barədə qərar qəbul ediblər. Hakimiyyət, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yerli sakinlər bu ərazidə spirtli içkilərin satışını tamamilə qadağan etmək qərarına gəliblər. Deylənlərə görə, bu, bölgədə ilk dəfə deyil ki, yerli sakinlər spirtli içkilərdən istifadəyə qarşı çıxış edirlər. … “Buryatia-Online” xəbər verir ki, Malı Narın artıq Buryatiyada sayca 30-cu belə yaşayış məntəqəsi olub. Digər bölgələrdə də həddindən artıq spirt…

Daha çox

Tayland ruslar üçün vizasız girişi azaldacaq

Tailand hökuməti Rusiya və Çin də daxil olmaqla 93 ölkədən turistlərin ölkədə mümkün qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə ölkənin Turizm və İdman Nazirliyinə istinadən “Bangkok Post” qəzeti məlumat yayıb. …Əcnəbi vətəndaşların ölkəyə vizasız girişi 60 gündən 30 günə endiriləcək, – məlumatda deyilir. Nəşrin məlumatına görə, bu qərar xarici vətəndaşların Tailandda kölgə biznesi ilə məşğul olmaq imkanından məhrum edilməsi zərurəti ilə əlaqədar qəbul edilib. Məqalədə Tailand Xarici İşlər Nazirliyinin də təşəbbüsü dəstəklədiyi vurğulanıb. Bununla belə, yekun qərar yalnız mövcud reqlamentin tənzimlənməsinin bütün…

Daha çox

Rusiya və ABŞ münasibətləri canlandırmaq yolundadır

Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları münasibətləri canlandırmaq yolundadır. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanalın efirində deyib. O qeyd edib ki, Rusiya lideri Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp arasında gözlənilən söhbət mühüm addımdır. Kreml rəsmi olaraq Putinlə Tramp arasında telefon danışığının martın 18-də baş tutacağını təsdiqləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onun gündəliyini açıqlamasa da, Amerika lideri daha əvvəl Putinlə ərazi məsələsini və AES üzərində nəzarəti müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Almaniyanın xarici işlər naziri Annalena Baerbok Trampı Ukraynanın zərərinə…

Daha çox

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

İraqda 7 milyon ədəd amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə İraqın müvafiq qurumu arasında əməkdaşlıq nəticəsində baş tutub. Qeyd olunur ki, narkotik tərkibli həblər uşaq oyuncaqları və ütü masaları yüklü bir ticarət göndərişində gizlədilibmiş.

Daha çox

Müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri…

Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində çıxış edib. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzulayıb. İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh şəraitində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs…

Daha çox

Ruanda Belçika ilə diplomatik əlaqələri kəsib

Ruanda hökuməti martın 17-də Belçika ilə diplomatik əlaqələri kəsib və bütün belçikalı diplomatların 48 saat ərzində ölkəni tərk etməsini tələb edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Qeyd olunur ki, bu qərar Belçikanın yeni müstəmləkəçilik xülyalarını qorumaq cəhdləri və Ruandanı zəiflətmək siyasətini davam etdirməsi ilə bağlı aparılmış dərin təhlildən sonra qəbul edilib. İki ölkə arasındakı münasibətlər həm Konqo Demokratik Respublikası ilə davam edən münaqişədən əvvəl, həm də münaqişə zamanı gərginləşib. Belçika hökuməti Ruandanın diplomatik əlaqələri kəsmək qərarını “proporsional olmayan addım” adlandıraraq təəssüf…

Daha çox

Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və…

Daha çox

Toqquşma nəticəsində 14 nəfər xəsarət alıb

Dağıstanda mikroavtobusla 3 minik avtomobilinin toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə 5-tv.ru-ya mənbə bildirib. Hadisə Qızılyurt rayonunun Novo-Çirkey kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, 14 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir. …Nəzarət tədbirləri zamanı yol hərəkəti təhlükəsizliyi, avtomobil yolları və sərnişindaşımaların təşkili haqqında qanunvericiliyin tələblərinə riayət olunması qiymətləndiriləcək”, – deyə Respublika Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Əli Babayev

Daha çox

Gürcüstanla din sahəsində əlaqələr müzakirə olunub

Gürcüstanda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 17-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. SİA-nın məlumatına görə, Komitədən bildiriblər ki, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi dərin ehtiramla anılıb. Sonra nümayəndə heyətinin Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşü olub. Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlıların milli-mənəvi, dini dəyərlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dini etiqad azadlığının təminatı istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Ölkəmizdə dövlət-din münasibətləri, mövcud tolerant…

Daha çox

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Daha çox