21,3 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 21,3 min reabilitasiya vasitəsi verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 1,5 mini təkərli oturacaq (o cümlədən 35-i mühərrikli təkərli oturacaq), 497-si aşağı və yuxarı ətraf protezi, habelə 237-si eşitmə aparatı, 713-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 642 cüt protez və 901 cüt ortopedik ayaqqabı, 25 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Bu ilin iki ayı ərzində ümumilikdə 3,4 min…

Daha çox

Azərbaycan neft ixracını 4 % artırıb

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 778 min 403,96 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 672 milyon 800,77 min ABŞ dolları təşkil edib. İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4 % çox, dəyəri isə 5,4 % azdır. Ötən iki ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 56,08 % olub. Qeyd edək…

Daha çox

İnsanlarla münasibətimizə bədən dilinin təsiri

“Hər gün bədən dilindən ünsiyyət növü kimi istifadə olunur. Qorxu, sevinc, həyəcan, təəccüb, hətta laqeydliyi məhz həmin ünsiyyət vasitəsi ilə ifadə edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Onun sözlərinə görə, bədən dili də ünsiyyət növüdür: “Ünsiyyət verbal və qeyri-verbal olur. Verbal ünsiyyətə nitq, danışıq, qeyri-verbal ünsiyyətə isə jestlər, pozlar, mimikalar daxildir. Bu elmdə göz bəbəyinin böyüməsi, kiçilməsi, bədən temparaturu, səsin titrəməsi, udqunmaq və s. çox önəmlidir. Bədən dili və mimikanı ən yaxşı uşaqlarda müşahidə etmək olar, çünki onlar öz…

Daha çox

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 000 ABŞ dollarından aşağı enib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,28% azalaraq 2 992,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,47% azalaraq 34,27 ABŞ dollarına bərabər olub.

Daha çox

Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 19-dan 31-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl…

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 17-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi azalıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:15-də “CoinMarketCap” platformasında 1.07% ucuzlaşaraq 83 438 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.39% azalaraq 1 901 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.68% azalıb, BNB isə 2.70% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

“Brent” neftinin qiyməti 71 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,75% artaraq 1 barelə görə 71,11 ABŞ dolları təşkil edib. SİA– nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,75% artaraq 1 barelə görə 67,41 ABŞ dollarına bərabər olub.

Daha çox

“Multikulturalizm bu gün dünyada fərqli səviyyələrdə inkişaf edir”

“Multikulturalizm bu gün dünyada fərqli səviyyələrdə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib. O bildirib ki, multikulturalizm regiondan asılı olaraq müxtəlif çətinliklərlə üzləşir: “Ümumilikdə, aşağıdakı tendensiyalar müşahidə olunur: 1. Qlobal Perspektivdə Multikulturalizm Qərb ölkələri – Avropa və Şimali Amerikada multikulturalizm siyasətləri fərqli nəticələr verib. Məsələn, Kanada və Avstraliya bu konsepsiyanı uğurla tətbiq edir, lakin bəzi Avropa ölkələrində (Fransa, Almaniya, Böyük Britaniya) miqrasiya problemləri və sosial inteqrasiya məsələləri çətinliklər yaradır. Asiya və Yaxın Şərq – Bəzi Asiya…

Daha çox