Vladimir Putin İlham Əliyevə zəng edib

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər. Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar. Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib. Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

Daha çox

108 yaşlı bərbərin hələ ki, təqaüdə çıxmaq fikri yoxdur

Yaponiyadan olan 108 yaşlı qadın yaşına baxmayaraq öz bərbərxanasında işləməyə davam etdiyini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə South China Morning Post yazır. …Şitsui Hakoişi bu yaxınlarda dünyanın ən yaşlı qadın bərbəri kimi tanınıb. Martın 5-də rekord rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən qeydə alınıb. Hakoişi 94 ildir ki, bərbər işləyir. O, karyerasına 1931-ci ildə Tokioya köçəndə başlayıb. 1939-cu ildə o, əri ilə birlikdə öz salonunu açıb. Ancaq müharibə zamanı ərini və hava hücumu zamanı yanan salonunu itirib. Çətinliklərə baxmayaraq, Hakoyşi təslim olmayıb. …Nakaqavaya köçərək orada başqa bir bərbərxana yaradıb…

Daha çox

Kursk yaxınlığında yüzlərlə itkin düşmüş insan tapılıb

Kursk vilayətinin azad edilmiş ərazilərində əvvəllər itkin düşmüş hesab edilən yüzlərlə insan tapılıb. SİA-nın məlumatına görə, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Xinşteyn öz Telegram kanalında bildirib. …378 nəfər Kursk sərhəd vilayətinin itkin düşmüş sakinlərinin reyestrindən çıxarılıb, onlar tapılıb. Bunu deyən Xinşteyn əlavə edib ki, axtarışda olan şəxslərin siyahısı getdikcə azalmağa başlayır. …Axtarışda olan şəxsin çıxarılması üçün polis əməkdaşları axtarış işini dayandırmalı – qohumları ilə dindirilməli, lazımi sənədləri əldə etməli, şəxsin tapılmasını tam şəkildə yoxlamalıdırlar”, – deyə rayon rəhbəri vurğulayıb. Bundan əvvəl Xinşteyn məlumat vermişdi ki, Kursk vilayətinin azad edilmiş…

Daha çox

Sülh danışıqları üçün Ukrayna nümayəndə heyəti təsdiqlənib

Prezident Vladimir Zelenskinin əmrinə əsasən, Ukraynanın sülh danışıqları üzrə danışıqlar qrupuna prezident aparatının rəhbəri Andriy Yermak və onun müavini Pavlo Palisa, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxildir. SİA-nın məlumatına görə, sərəncam “Ədalətli sülhə nail olmaq üçün danışıqlar prosesini təmin etmək məqsədilə beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət üçün Ukraynanın nümayəndə heyəti haqqında” adlanır. Nümayəndə heyətinə Yermak başçılıq edəcək. Ona “Ukrayna Xarici İşlər Naziri ilə razılaşdırmaqla Ukrayna nümayəndə heyətinin tərkibində dəyişikliklər etmək və Ukrayna nümayəndə heyətinin rəhbərləri, elmi məsləhətçiləri və ekspertləri ilə razılaşdırmaqla, Ukrayna nümayəndə heyətinin işini təmin…

Daha çox

XII Qlobal Bakı Forumu başa çatıb

XII Qlobal Bakı Forumu öz işini başa çatdırıb. SİA xəbər verir ki, forumun üçüncü günündə “Yeni Dünya üçün Yeni Texnologiyalar”, “Gender- Təhlükəsizlik – İqlim Bağlantısı” və “Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr” adlı panellər təşkil olunub. Panellərdə müzakirə mövzularına uyğun fikir mübadiləsi aparılıb. Həmçinin yekunda “Gənclər danışsın, biz dinləyək” adlı xüsusi panel də təşkil olunub. Xüsusi panelin ardınca XII Qlobal Bakı Forumu öz işini başa vurub.

Daha çox

Türkiyə qəbiristanlıqda kart oynayan qızlara qarşı iş açıb

Antalyada məzarların üstündə kart oynayan iki ziyarətçi qızla bağlı istintaqa başlayıb. SİA xəbər verir ki, RİA Novosti bu barədə ölkənin təhlükəsizlik departamentinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, daha əvvəl türk qəbiristanlığında rusdilli qızların şəkil çəkdirdiyi videoları müxtəlif KİV-lər yayıb. SHOT Telegram kanalı onların Moskva və Odessa sakinləri olduğunu iddia etsə də, onların kimliyi barədə məlumat verilməyib. Türkiyə Təhlükəsizlik Müdirliyi də onların tam adlarını açıqlamayaraq, yalnız baş hərfləri E.S və K.Y. olan əcnəbi olduqlarını bildirib. Onlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nifrət və ya düşmənçiliyə çağırış maddəsi ilə…

Daha çox

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

SİA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə martın 15-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərində ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirilib. Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və…

Daha çox

Lənkəranda “Novruz – milli birlik bayramı” adlı tədbir təşkil olunub

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Novruz – milli birlik bayramı” adlı tədbir təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, mədəniyyət işçiləri, idman ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər. Tədbir çərçivəsində qonaqlar bədii yaradıcılıq, xalq sənətkarlığı və milli üslubda hazırlanmış əl işləri nümunələrinin sərgiləndiyi stendlərlə tanış olublar. Eyni zamanda, Lənkəran Gənclər Evinin Novruz mövzusunda hazırladığı təqdimat və “Ənzəli” milli idman oyunu ilə yanaşı, digər idman növlərindəki nümunəvi çıxışlar da izlənilib. Bayram tədbiri…

Daha çox

Prezidentimizin fikirləri yeni bir mesaj, dünya nizamının qaydaya salınması üçün yol xəritəsidir

“Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər bilavasitə ölkəmizin dünyada qazandığı nüfuzdan irəli gəlir və həm də bu tədbirlərin yüksək səviyyədə keçirilməsini əsaslandırır. XII Qlobal Bakı Forumu da məhz belə tədbirlərdəndir və artıq o on ikinci dəfədir ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunur. Əlbəttə ki, bu forumda dünyanın bir çox ölkələrinin tanınmış ictimai-siyasi xadimləri sabiq dövlət və höküumət başçıları iştirak edirlər. Əllidən artıq ölkədən gələn bu nümayəndələr bu gün dünyada sülhün, demokratiyanın inkişafına, insan azadlıqlarına, eləcə də münaqişələrin qarşısının alınmasına, cəmiyyəti maraqlandıran, bəşəriyyəti narahat edən bir çox problemlərin aradan qaldırılmasına öz…

Daha çox

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

Çexiya Müdafiə Nazirliyinin rəhbəri Yana Çernoxova ölkəsinin Ukraynaya sarsılmaz dəstəyini bəyan edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir bu sözləri martın 15-də Praqada ukraynalı həmkarı Rustem Umerov ilə görüşdən sonra deyib. Yana Çernoxova atəşkəsin əldə edilməsinə yönəlmiş səylərin müsbət qiymətləndirilməsindən danışıb və vurğulayıb ki, əgər Rusiya Federasiyası ilə razılaşma əldə edilərsə, onun qiyməti Ukraynanın öz ərazilərindən imtina etməsi ola bilməz. Xatırladaq ki, Çexiya Ukraynanı dəstəkləyən ölkələr sırasında yer alır. İki postsovet ölkəsi arasında münaqişə başlayandan bəri Çexiya Ukraynaya 292 milyon avro məbləğində hərbi dəstək verib. Martın əvvəlində isə…

Daha çox