Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu öz sahəsində yetişdiriyi bitkilər və ağacları müxtəlif ərazilərə əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə ağacəkmə aksiyalarına davam edir. SİA xəbər verir ki, budəfəki yaşıllaşdırma aksiyası Azərbaycan Tibb Universitetində baş tutub. Aksiyada Dendrologiya İnstitutunun, Tibb Universitetinin rəhbər şəxsləri və tələbələr iştirak ediblər. Aksiya zamanı əraziyə Dendrologiya İnstitutundan gətirilmiş 100 ədəd dekorativ ağac tingi əkilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, həmçinin təmizlik-abadlıq işləri aparılıb.

Daha çox

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu öz sahəsində yetişdiriyi bitkilər və ağacları müxtəlif ərazilərə əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə ağacəkmə aksiyalarına davam edir. SİA xəbər verir ki, budəfəki yaşıllaşdırma aksiyası Azərbaycan Tibb Universitetində baş tutub. Aksiyada Dendrologiya İnstitutunun, Tibb Universitetinin rəhbər şəxsləri və tələbələr iştirak ediblər. Aksiya zamanı əraziyə Dendrologiya İnstitutundan gətirilmiş 100 ədəd dekorativ ağac tingi əkilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, həmçinin təmizlik-abadlıq işləri aparılıb.

Daha çox

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə, həmçinin bu təşkilata üzv olan ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir və təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. SİA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev martın 15-də İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. Əsəd Məcid Xan Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu, ölkəmizin təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etməsindən məmnunluğunu ifadə edib. Görüş zamanı üzv ölkələr arasında ticarət, nəqliyyat, maliyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində İƏT-in mühüm rol oynaya biləcəyi qeyd edilib,…

Daha çox

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. SİA xəbər verir ki, müraciətdə son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlindiyi qeyd olunur. Bildirilir ki, yalnız FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır. Müraciətdə bildirilir: “Həmin yanğınlarla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı…

Daha çox

Özbəkistan Prezidenti Qazaxıstan, Azərbaycanla “yaşıl enerji” haqqında sazişi təsdiqləyib

Özbəkistan Prezidenti Qazaxıstan və Azərbaycanla “yaşıl enerji” haqqında sazişi təsdiqləyib Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiqlənməsi barədə qərar imzalayıb. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.“Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Özbəkistan Prezidenti Qazaxıstan və Azərbaycanla “yaşıl enerji” haqqında sazişi təsdiqləyib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və…

Daha çox

Kanadadan ABŞ-yə sərt cavab

Castin Trüdonun istefa verməsindən sonra Kanadanın yeni baş naziri olan Mark Karni and içdikdən sonra jurnalistlərə açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın “Kanadanı ABŞ-ın 51-ci ştatı etmək” təklifini bir suala cavab olaraq qiymətləndirən Karni, “Biz heç vaxt, heç bir şəkildə ABŞ-ın bir hissəsi olmayacağıq” deyib. ABŞ və Kanada arasında böyük fərqlərin olduğunu vurğulayan Karni, “İndiki keçirdiyimiz mərasimə baxın. Amerikada belə bir mərasim olmazdı. Mənim arxamdakı kabinetə baxın. Amerikada belə bir kabinet olmazdı. Biz kökündən çox fərqli bir ölkəyik” deyib. “Amerika Kanada deyil” deyən…

Daha çox

Qaradağ rayonunda 3 kiloqram narkotik vasitə aşkarlanıb

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirib. SİA xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Ə.Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin, tiryək, marixuana və 100 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və…

Daha çox

XII Qlobal Bakı Forumu ilə bağlı İŞTİRAKÇILARIN DÜŞÜNCƏLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsində olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Forumda bir sıra dünya ölkələrinin sabiq prezidentləri, ictimai xadimləri, diplomatları və s. iştirak edir. Mövzu ilə əlaqədar olaraq SİA forumda iştirak edən xarici nümayəndələrin…

Daha çox

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

İtaliyanın mərkəzi regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törətməkdə davam edir. SİA xəbər verir ki, iki gündür yağan leysan yağışları Toskana regionunda çayların səviyyəsinin yüksəlməsinə səbəb olub. Florensiyada Arno çayında suyun səviyyəsi pik həddə çatıb. Piza və Florensiya şəhərlərində muzeylər, kinoteatrlar və mağazalar bağlanıb. Arno və Sieve çaylarının məcrasından çıxması nəticəsində evləri, küçələri, iş yerlərini su basıb. Torpaq sürüşməsi riski səbəbindən Empoli və Pizada körpülər bağlanıb. Livorno və Pizada 8 bələdiyyədə, ümumilikdə, 248 nəfər təxliyə edilib və 1267 evin elektrik enerjisi kəsilib. Daşqın infrastruktura ciddi ziyan vurub. Florensiyada daşqın…

Daha çox

Havanın temperaturu 15 dərəcəyədək enəcək – PROQNOZ

Müşahidə olunan mülayim hava şəraitindən sonra martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir. SİA xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir. Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Daha çox