Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb. Federasiya Şurasının sədri Valentina Matviyenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha çoxRusiya Federal Məclisi Federasiya Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb. Federasiya Şurasının sədri Valentina Matviyenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha çoxÖtən ay DSMF 24 minə yaxın vətəndaş müraciətinə cavab verib
Bu ilin fevral ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 min 954 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, onlardan 21 min 179-u rəsmi məktub və telefon zəngi, 2 min 775-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.
Daha çox“Azərenerji”də ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, səhmdar cəmiyyətində ümumi yığıncağın səlahiyyətləri bölüşdürülüb, İdarə Heyəti (İH) yaradılıb. Belə ki, ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi dövlət başçısına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə olunub. Prezident Cəmiyyətin yenidən təşkili və ləğvi, icra orqanının yaradılması, İH sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi, Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, illik hesabatlarının, maliyyə…
Daha çoxAzərbaycan və Çin şirkəti arasında potensial əməkdaşlıq sahələri müzakirə edilib
Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə Çinin Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının (SASAC) idarəetməsində olan CNCEC (China National Chemical Engineering Co., Ltd.) şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib. SİA bu barədə Holdinqə istinadən xəbər verir. Məlumata görə, neft və kimya mühəndisliyi sahəsində ən qabaqcıl şirkətlərindən biri olan CNCEC ilə görüş zamanı birgə investisiya və yeni investisiya layihələrinin araşdırılması istiqamətində potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Daha çox“Tramp-Putin görüşündə ABŞ prezidentini çətin sınaq gözləyir”
“Donald Tramp və Vladimir Putin arasında mümkün görüş, düşünürəm ki, həm gərginlik yarada bilər, həm də müəyyən mənada sülhə töhfə verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib. O bildirib ki, burada əsas məsələ hər iki liderin maraqlarından asılıdır: “Xüsusən də, danışıqların hansı məzmunda keçəcəyi önəmlidir. Hər iki dövlət və lider arasında gərginlik yarada biləcək səbəblər, düşünürəm ki, var. Burada bir neçə aspektlər var. NATO, Avropa Təhlükəsizliyi məsələsi, eyni zamanda Çin məsələsi, digər geosiyasi rəqabət məsələsi var. Amma hal-hazırda bu gərginliklərin başında Ukrayna-Rusiya münaqişəsidir. Bunu hər kəs bilir.…
Daha çoxSüni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqlənib
Nazirlər Kabineti “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə sahilboyu yerləşən şəhər və rayonların zonalar üzrə bölgüsünü və həmin zona bölgüsü əsasında ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin kağız…
Daha çoxValentina Matviyenko Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha çoxFevral ayı üçün ərzaq qiymətləri indeksi
Bu ilin fevral ayında Azərbaycanda ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib. SİA Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir. FAO-nun hesabatına əsasən, bu, yanvar ayı ilə müqayisədə 1,6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 % artım deməkdir. Bildirilib ki, əsas qiymət artımları taxıl, bitki yağları, süd və şəkər məhsullarında müşahidə olunub. Məlumata görə, fevral ayında FAO-nun taxıl qiymətləri indeksi 112.6 bənd təşkil edib ki, bu da yanvar ayına nisbətən 0,7…
Daha çoxİlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib – FOTO
İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib – FOTO
Daha çox