Hərbi hissələrdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı birgə tədbirlər keçirilib

Hərbi hissələrdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı birgə tədbirlər keçirilib. Hərbi Prokurorluqdan SİA-ya bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib. Sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb. Bundan sonra çıxışçılar Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən mükəmməl siyasətdən, yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və suveren dövlətimizin qazandığı uğurlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın bu uğurlara verdiyi töhfələrdən, xalqımızın əzmkarlığından və hərbçilərin qəhrəmanlıqlarından danışıblar. Ardınca hərbçilər qarşısında hüquqi…

Daha çox

Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. SİA xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası keçiriləcək. Mətbuat xidməti əlavə edib ki, parlamentlərarası komissiyanın iclasına həmsədrlər – Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov sədrlik edəcək. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin…

Daha çox

Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləməyi və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlayacağıq”. Xatırladaq ki, Rusiyanın Krım yarımadasını işğal etməsi 2014-cü il fevralın 20-də qoşunların yeridilməsi və strateji obyektlərin ələ keçirilməsi ilə başlayıb. Martın 16-da Rusiya hərbçilərinin nəzarəti altında “referendum” keçirilib. İki…

Daha çox

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub. “Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında nəql edilib. Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.

Daha çox

Şimali Makedoniyada konsert zamanı baş vermiş yanğında 50 nəfər ölüb

Şimali Makedoniyanın Koçani şəhərində konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə yerli “Veçer” nəşri məlumat yayıb. Ehtimal olunur ki, yanğın pirotexnika səbəbindən başlayıb. Təsdiqlənməmiş məlumata görə, konsert keçirilən gecə klubunun sahibi saxlanılıb. Bundan başqa, Şimali Makedoniya Daxili İşlər Nazirliyi konsert təşkilatçılarını dindirməyə çağırıb. Hadisə ilə bağlı digər təfərrüatlar verilmir.

Daha çox

Husilər sülhə nail olmaq üçün ABŞ ilə danışıqlara hazırdır

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər, əgər Vaşinqton müvafiq niyyətlər göstərərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdırlar. SİA xəbər verir ki, bu barədə Qətərin “Al Arabiya” telekanalına üsyançıların adı açıqlanmayan nümayəndəsi bildirib. “ABŞ-nin təcavüzü əsassız hücumdur və suverenliyimizin pozulmasıdır”, – hərəkatın liderlərindən biri telekanala söyləyib. O qeyd edib ki, münaqişənin həll edilməsinə ciddi cəhd edilərsə, üsyançılar sülhə hazırdır. “Danışıqlar üçün kanallar açıq ola bilər, biz həmişə dialoqu dəstəkləmişik”, – mənbə əlavə edib. Bununla belə, bu gün “Ənsar Allah”ın rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam bəyan edib ki,…

Daha çox

Pentaqon cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün “USS Gravely” esminesini göndərir

“USS Gravely” esminesi ABŞ-nin Şimal Komandanlığının məsuliyyət zonasında ölkənin cənub sərhədini qorumaq missiyasını yerinə yetirmək üçün Yorktaun Dəniz Bazasından yola düşüb. SİA xəbər verir ki, bu barədə komandanlığın məlumatında deyilir. “USS Gravely”nin yerləşdirilməsi prezidentin göstərişinə uyğun olaraq ABŞ-nin cənub sərhədinin təhlükəsizliyini gücləndirəcək. Gəmi bizim ölkənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaq qabiliyyətimizi gücləndirəcək”, – Şimal Komandanlığı generalı Qreqori Giyo qeyd edib. Esminesin missiyasına qurumlararası əməkdaşlığa dəstək, terrorçuluq, silahların yayılması, transmilli cinayət və qanunsuz miqrasiya ilə mübarizə daxildir.

Daha çox

Rusiyada yanğın olub, ölənlər var

Rusiya Federasiyası tərkibində olan Udmurtiya Respublikasının Kambarka şəhərində bir mərtəbəli taxta evdə baş verən yanğın nəticəsində iki kişi həlak olub, bir qadın isə yaralanaraq xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının başvermə vaxtı və yeri 16 mart saat 06:09-da Kambarka şəhəri, Çernışevski küçəsində yerləşən bir mərtəbəli taxta evdə yanğın baş verib. Yanğın 60 kvadrat metrdən çox ərazini əhatə edib. Hadisə nəticəsində iki kişi həyatını itirib, yaralanan qadın isə İjevsk şəhər xəstəxanasına çatdırılıb. Araşdırmalar və səbəblərin müəyyənləşdirilməsi Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyi, yanğın…

Daha çox

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 31 nəfər ölüb

“Ənsar Allah” hərəkatının üsyançılarının (husilər) nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb. SİA xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi özünün sosial şəbəkədə bildirib. “İlkin məlumatlara görə, ABŞ-nin Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə hücumu nəticəsində 31 nəfər həlak olub, 101 nəfər yaralanıb”, – o deyib. Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinə Yəməndə husilərə qarşı hərbi…

Daha çox