Teleqram bu ölkə üçün yenilik etdi

Teleqram messenceri real üz texnologiyasından istifadə edərək istifadəçiləri yoxlamaq üçün rəsmi bot istifadəyə verib. SİA xəbər verir ki, bu barədə “Durova Code” portalı məlumat yayıb. Yeni funksiya yalnız Böyük Britaniyada mövcuddur və yerli qanunvericiliyə cavabdır. Ancaq yenilik digər ölkələrdəki istifadəçilər üçün əlçatan deyil. Bot təsvirində vurğulanır ki, şəkillər və məlumatlar yalnız cihazda emal olunur və xarici serverlərə ötürülmür. İyulun 25-də Böyük Britaniyada yetkinlik yaşına çatmayanları zərərli məzmundan qorumaq üçün onlayn platformaları tələb edən yeni qaydalar qüvvəyə minib.

Daha çox

“Terrorsuz Türkiyə” parlament komissiyasının işinə başlayacağı tarix açıqlanıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” parlament komissiyasının avqustun əvvəlində fəaliyyətə başlayacağını açıqlayıb. SİA xəbər verir ki, onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq. TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq. Komissiyanın yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək. Komissiya həftədə azı 4 dəfə yığışacaq.

Daha çox

İlin əvvəlindən İtaliyada 653 meşə yanğını baş verib

Cari ilin 7 ayı ərzində İtaliyada 653 meşə yanğınının baş verdiyi bildirilib. SİA xəbər verir ki, bu yanğınlar nəticəsində 30,9 hektar ərazi yanıb. Gündə orta hesabla 3,3 yanğın baş verib və 47,5 hektar ərazini yandırıb. Hazırda ölkənin cənub bölgələrində, xüsusilə Siciliya və Sardiniya adalarında meşə yanğınları ilə mübarizə davam edir. Siciliya adasının qərbindəki Trapani əyalətinin Skopello şəhəri yaxınlığındakı “Zinqaro” Milli Parkı ətrafında başlayan yanğın yaşayış məntəqəsinə çatıb. Bölgədəki 50 ev təxliyə edilib. Trapani və Palermo şəhərləri arasındakı ərazidə isə həftənin əvvəlindən bəri 50-dən çox yanğın baş verib. Yanğınların bölgəyə ciddi…

Daha çox

Dünən Türkiyədə 84 yanğın hadisəsi qeydə alınıb

Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş olmaqla, dörd vilayətdə meşə yanğınları ilə mübarizə davam edir. SİA xəbər verir ki, ölkə üzrə baş verən son yanğınlarla bağlı Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib. Bildirilib ki, Bursadakı yanğınının şiddəti qismən azalıb. Orhanelidə yanğınlara müdaxilə edən işçilərdən biri ürək tutması nəticəsində həyatını itirib. Nazir, dünən ölkə üzrə ümumilikdə 84 yanğınla mübarizə apardıqlarını və 4 şəhərdə 5 alovun nəzarət altına alındığını deyib. Bu yanğınlardan 36-ı meşəlik ərazilərdə baş verib. Yumaklı, oktyabrın 15-dək bütün vətəndaşların ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.

Daha çox

Bir çox ölkə Qəzza zolağının bərpasına söz verib

Bir çox ölkənin Qəzza zolağının bərpasına söz verdiyi açıqlanıb. SİA xəbər verir ki, bu barədə Fələstinin Avstriyadakı səfiri Salah Abdel Şafi “RİA Novosti”yə danışıb. Onun sözlərinə görə, Qəzza zolağında uzunmüddətli atəşkəs haqqında razılıq əldə edildikdən sonra bir çox ölkə onun bərpasına yardım edəcək. “Biz bilirik ki, bir sıra ölkələr hərbi əməliyyatlar dayandırılan və uzunmüddətli atəşkəs imzalanan kimi maliyyə, texniki və maddi yardım göstərməyə hazırdır”.

Daha çox

Sərnişin qayığı batdı

Nigeriyanın Niger ştatında yerləşən çayda sərnişin daşıyan qayığın batması nəticəsində 25 nəfər həyatını itirib. SİA xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, Niger ştatının Munya bölgəsindən bazara yollanan sərnişinlərin mindiyi qayıq Şiroro bölgəsində batıb. Hadisə zamanı ilkin məlumatlara əsasən 25 nəfər həyatını itirib, onlarla insan itkin düşüb. Rəsmi şəxslər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər. Qeyd edək ki, Nigeriyada yağış mövsümündə çay və göllərdə tez-tez qayıq faciələri baş verir.

Daha çox

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edilib

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. Onun sözlərinə görə, bu günə qədər 33 vilayətdə 97 şübhəli barəsində məhkəmə prosesi aparılıb. 97 şübhəlidən 21-i həbs olunub, 47-si haqqında isə məhkəmə nəzarəti qərarı verilib. Nazir Yumaklı deyib ki, ölkə üzrə 28-i meşədə, 48-i kənd yerlərində olmaqla baş verən 76 yanğınla mübarizə aparılıb.

Daha çox

“Crocus City Hall” terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqları təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, onlara 135 min rubl (təxminən 2 900 manat) ödənilib. Həmin məbləğ Şəmsidin Fəriduninin hesabına cinayətkar təşkilatın naməlum üzvü tərəfindən köçürülüb. Xatırladaq ki, 2024-cü il martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Hadisə zamanı 149 nəfər həlak olub, 609 nəfər isə yaralanıb.

Daha çox