Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. SİA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. İndiyə qədər portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.…
Daha çoxCategory: Turizm
Ankara müasir memarlıq irsi ilə UNESCO Siyahısına daxil edilib
Türkiyə Respublikasının paytaxtı Ankara – planlı şəhərsalma yanaşması ilə formalaşan müasir memarlığı və qurulmuş şəhər mühiti sayəsində – UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. SİA xəbər verir ki, bununla da siyahıda yer alan Türkiyə abidələrinin sayı 80-ə çatıb. Mədəniyyət və Turizm Nazirliyi ilə UNESCO üzrə Türkiyə Milli Komissiyası Ankaranın şəhərsalma təcrübəsinin dünya miqyasında müasir şəhər planlaşdırmasının nümunəsi kimi tanınması məqsədilə birgə namizədlik sənədi hazırlayıb. “Ankara: Respublika Dövründə Müasir Paytaxt Şəhərin Planlanması və Qurulması” adlı bu sənəddə qeyd olunur ki, 1920–1970-ci illər arasında planlaşdırılan və inşa edilən Ankara – ictimai…
Daha çoxAnapa çimərliklərində istirahət edənlərə çimmək qadağandır…
Anapa çimərliklərinin yaxınlığında ictimai məlumatlandırma sistemləri ilə təchiz edilmiş iki avtomobil görünüb. Onlar sahil zonasını boşaltmaq üçün təcili tövsiyə ilə müraciət göndəriblər. Anapada səsgücləndiriciləri olan xüsusi avtomobillər sahil xətti boyunca hərəkət edərək, mövcud müvəqqəti məhdudiyyətlər barədə tətilçilərə məlumat verir. SİA xəbər verir ki, bu barədə məlumat Krasnodar diyarının operativ qərargahının Telegram kanalında yerləşdirilib. Bir maşın Mərkəzi çimərlikdən Vityazevo kəndinə qədər olan ərazidə, ikincisi isə Blaqoveşchenskaya kəndində sahil boyu hərəkət edir. Yayılan açıqlamada çimərliklərə və yerli sakinlərə çimərliklərin müvəqqəti bağlanması ilə bağlı xəbərdarlıq edildiyi bildirilib. Xüsusi avadanlıqlarla qum təmizləmə işləri aparıldığı…
Daha çox“Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq
Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir mayın 21-dən 27-dək keçiriləcək. Builki tədbir, davamlı, sağlam və ənənəvi bişirmə üsullarını ön plana çıxararaq “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusu ilə yadda qalacaq. SİA xəbər verir ki, Türk Mətbəxi Həftəsi hər il Türkiyənin ölkə daxilində və xaricindəki nümayəndəlikləri tərəfindən təşkil olunan silsilə tədbirlər və sosial media kampaniyaları ilə qeyd olunur. Bu təşəbbüs, minilliklər boyu mədəni mübadilə, davamlı təcrübələr və dərin köklü qastronomik ənənələrlə formalaşan Türkiyənin kulinariya zənginliyini dünyaya tanıtmağı hədəfləyir. Hər…
Daha çoxTürkiyə rusları müxtəlif şəhərlərdən Antalya hava limanına aparır…
Türkiyə turizm infrastrukturunu fəal şəkildə inkişaf etdirməyə və rusiyalı səyahətçilər üçün imkanları genişləndirməyə davam edir. Yeni təşəbbüslər və proqramlar çərçivəsində Rusiya Türkiyənin turizm sektorunda əsas tərəfdaşlarından birinə çevrilir. Son illərdə türk kurortlarına gələn rusiyalı turistlərin sayı durmadan artır ki, bu da ölkənin Rusiya əhalisi arasında yüksək populyarlığından xəbər verir. SİA-nın məlumatına görə, Türkiyə hakimiyyəti xidmət səviyyəsinin yüksəldilməsi, kurort zonalarının müasirləşdirilməsi və rahat istirahət üçün əlavə şərait yaradılmasının zəruriliyini qeyd edir. Quru və hava əlaqələrinin yaxşılaşdırılması, o cümlədən birbaşa uçuşların genişləndirilməsi, eləcə də turistlər üçün rahatlığın artırılması istiqamətində də işlər aparılır.…
Daha çoxAzərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir
Azərbaycanın turizm imkanları Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla, ümumilikdə 10 yerli tərəfdaşla birgə Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilir. SİA-nın məlumatına görə, Dövlət Turizm Agentliyindən bildirilib ki, mayın 8-dək davam edəcək sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunub. Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilib, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilib. Bundan əlavə, mayın 5-6-da İsrailin Hayfa və…
Daha çoxAzərbaycana turistlər ən çox hansı ölkələrdən gəlir?
“Hal-hazırda statistikaya görə ölkəmizə əsasən ən çox Rusiyadan qonaqlar gəlir. Amma nəzərə alsaq ki, əksəriyyəti bizim öz vətəndaşlarımızdı və daha sonradan rus vətəndaşlığı alıblar”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib. Onun sözlərinə görə, həmin insanlar öz evinə qayıdırmış kimi edirlər və heç bir oteldə qalmırlar: “Rus vətəndaşlığını alan insanların təbii ki, Azərbaycanda öz evləri var və orada qalırlar. Xarici pasportu olmasına baxmayaraq tamamilə turist sayılmırlar. İkinci yerdə gedən Hindistan ölkəsindən kifayət qədər ölkəmizə qonaq gələn turistlər var. Dünyada əhalisinə görə, Hindistan hətta Çin ölkəsini belə keçib.…
Daha çoxTürkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi
Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. SİA xəbər verir ki, Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib və ilin ilk 3 ayında turizmdən rekord məbləğdə– 9.5 milyard ABŞ dolları gəlir əldə edib. 2025-ci ilin yanvarın 1-dən martın 31-dək Türkiyə 8.844 milyon turist qəbul edib və 9.5 milyard ABŞ dolları həcmində turizm gəliri əldə edib. Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə tarixində birinci rüb üzrə ən yaxşı nəticəni göstərib. Ersoy qeyd edib: “BMT Turizm Təşkilatının…
Daha çoxAntalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri
Türkiyə Rivierasında yerləşən gözəl Antalya şəhəri ilboyu istirahət üçün ən yaxşı istiqamətlərdən biri hesab olunur. Mülayim iqlimi, möhtəşəm sahil xətti, qədim abidələri və dünya səviyyəli kurortları ilə tanınan bu şəhər öz gözəlliyi ilə turistləri valeh edir. Lakin Antalyanın daha az tanınan, turizm izdihamından uzaq, sanki cənnəti xatırladan məkanları da var ki, hətta ən təcrübəli turistləri belə heyrətləndirə və valeh edə bilər. Bu gizli incilər sizə təbiəti, mədəniyyəti və tarixi fərqli və orijinal bir şəkildə yaşamaq imkanı verir, Antalyanın tamam başqa bir üzünü tanımağa şərait yaradır. Antalyanın ən gözəl məkanlarını sizə…
Daha çoxÇılpaq günəş vannası qəbul edən turistlər saxlanılacaq…
…Koh Phanqan adasında çılpaq gəzən polşalı turistlərlə bağlı qalmaqaldan sonra Tailand nudizmlə məşğul olan xarici turistlər üçün qaydaları sərtləşdirib. Onları təkcə cərimə deyil, həm də vizanın ləğvi gözləyir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Taylandda nudist turistlər üçün ov başlayıb. Polis çılpaq günəş vannası qəbul edənləri müəyyən etmək üçün yerli çimərliklərdə müntəzəm reydlər keçirir. Polşalı turistlərlə bağlı qalmaqaldan sonra turistlərin xarici görünüşünə dair tələblər sərtləşdirilib. Cütlük çılpaq soyunub Koh Phanqanın yollarında və çimərliklərində gəzintiyə çıxmaq qərarına gəliblər. Turprom-un Phuket Express nəşrinə istinadən verdiyi məlumata görə, onlar əvvəlcə yoldan keçənlərin…
Daha çox