Şamaxı, Qobustan xəstəxanalarının mənimsəmədə təqsirləndirilən sabiq direktoruna hökm oxunub

Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, ona bir il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib. İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib. İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində…

Daha çox

“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb

“McDonalds” şirkəti Rusiyada “McDonalds” ticarət nişanını qeydiyyatdan keçirmək üçün “Rospatent”ə müraciət edib. SİA xəbər verir ki, ərizə 2024-cü ilin dekabrında verilib, 2025-ci ilin aprelində isə baxılmaq üçün qəbul edilib. Sənəddə qeyd olunur ki, şirkət əmtəə nişanından içki və qida məhsullarının istehsalı və satışı, o cümlədən fast-food, restoran xidmətləri və qida və içkilərin çatdırılması üçün istifadə etməyi planlaşdırır. Əmtəə nişanının qeydiyyatı “McDonalds”ın Rusiya bazarında brenddən istifadə hüququnu qanuni şəkildə rəsmiləşdirmək istəyini nümayiş etdirir. Bu, şirkətin Rusiyadakı mümkün fəaliyyətinin bərpası istiqamətində ilk addımdır. Faktiki olaraq restoranların açılışı və ya yeni obyektlərinin tikintisi…

Daha çox

BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Agroficient” komandası 25 min avro məbləğində investisiya əldə edib. SİA xəbər verir ki, BANM-dən bildirilib ki, komanda “Startupbootcamp”ın kənd təsərrüfatı akselerasiyasının final mərhələsinə keçib. Onlar neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Emil Huseynli və Malik Sultanovdur. Komandanın elmi rəhbəri isə İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir. 1500-dən çox startapın qatıldığı akselerasiyada 30 startap seçilib və komanda da onlardan biridir.

Daha çox

Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 2 may 2025-ci il tarixində İmişli rayonunda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 may tarixinədək İmişli regional ədliyyə idarəsinə (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, əlaqə telefonu: +994 21 246-12-13) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər: “Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları…

Daha çox

Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. SİA xəbər verir ki, qonaqlara ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti barədə məlumat verilib. Qeyd edilib ki, ərazidə metal qırıntıları çox olduğu üçün seçilən sahələr kiçik beldən istifadə etməklə, yəni əllə qazma üsulu ilə təmizlənir.

Daha çox

Xəzər rayonunda Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib

Xəzər rayonunda görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Xəzər rayonunda görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Musa Quliyev, Gülşən Paşayeva, tarix elmləri doktoru Dilarə Seyidzadə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı…

Daha çox

Azərbaycanın əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb

Azərbaycanın əksər rayonlarında aprelin 25-i gün ərzində hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 6, Gədəbəydə 5, Şahbuz, Daşkəsən və Şəkidə 3, Kəlbəcər, Sədərək və Balakəndə 2, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və…

Daha çox

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb

Gürcüstana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov və komitənin əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun (AADF) icraçı direktoru Əkrəm Abdullayev ,eləcə də Azərbaycan səfirliyinin məsul əməkdaşları Laqodexi rayonunun Qabal kəndinin sakinləri ilə görüşüblər. SİA xəbər verir ki, görüş “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə keçirilib. Mərkəzin rəhbəri Yavər Məmmədov “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti və görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib. Mərkəzin qarşısında duran məqsədlər və vəzifələr barədə rəy və təkliflər qeyd olunub. Vaqif Seyidbəyov çıxışında bildirib ki, səfər çərçivəsində Gürcüstanın şəhər və kəndlərində DİDK-in layihələri…

Daha çox

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, həmçinin ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. SİA xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1250-dən çox ağac əkilib. Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.

Daha çox