Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın,…
Daha çoxCategory: Sosial
Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib
Balakəndə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən görkəmli oftalmoloq-alimin anadan olmasının 102 illiyinə həsr olunmuş tibbi aksiya keçirilib. SİA xəbər verir ki, Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, Səhiyyə Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən aksiya zamanı 196 nəfər oftalmoloji müayinə olunub. Müayinələr zamanı sakinlərdə refraksiya patalogiyası, quru göz sindromu, konyunktivit və digər patalogiyalar aşkarlanıb. Qeyd edək ki, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə…
Daha çoxSahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt Taçın Arxiepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından başsağlığını çatdırıb.
Daha çox“Burada münaqişədən öncə və sonra baş verənləri görürük…”
“Azərbaycana gəlmək, belə bir hadisəyə şahid olmaq mənim üçün çox sevindiricidir. Biz burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük”. SİA-nın məlumatına görə, bu sözləri işğaldan azad edilən ərazilərdə səfərdə olan dünya səyyahlarından biri – ABŞ-dan olan səyyah, hərbiçi Devin Debani Cəbrayılda jurnalistlərə açıqlamasında deyib. “Bu gün qarşımızda duran ən önəmli məqsəd azərbaycanlıların bu torpaqlara geri dönməsinin önəmini vurğulamaqdır. Onlar burada təhlükədə olmadıqlarını hiss etməlidirlər”, – deyə 21 ildir hərbi sahədə çalışan D.Debani əlavə edib. Qeyd edək ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin…
Daha çoxCOP29 Prezidentliyi prosesi qorumağı təşviq edir
COP29 Prezidentliyi Tərəflər Konfransının səmərəliliyini artırmaq və ya gücləndirməkdən daha çox prosesin özünü qorumağı təşviq edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev aprelin 26-da Xankəndidə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransında danışıb. Onun sözlərinə görə, hazırda xarici çağırışları nəzərə alaraq prosesi və prosesin irsini qorumaq olduqca vacibdir. Baş danışıqçı COP29-da qarşıya çıxan əsas problem və əldə olunan nailiyyətlərdən də söz açıb. Y.Rəfiyev bildirib ki, maliyyə məsələsinə gəldikdə dünya iki hissəyə – inkişaf etmiş və inkişaf…
Daha çoxMetrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb
Hesablama Palatasının 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir. SİA xəbər verir ki, məlumata görə, həmin təkliflər aşağıdakılardır: – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması; – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi…
Daha çoxMingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir şəhərində növbəti ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri, aidiyyəti qurumların əməkdaşları, şəhər sakinləri iştirak ediblər. Heydər Əliyev prospektinin, 20 Yanvar və Samux küçələrinin kənarlarına, Zəfər, Dostluq və Sahil parklarına, müxtəlif ərazilərdəki yaşıllıq zolaqlarına 600 ədəd həmişəyaşıl, 200 ədəd küknar, şam və sərv ağaclarının tingləri, eləcə də 3000 ədəd mövsümi gül kolları əkilib. Yaşıllıqların suvarılması həyata keçirilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların sayını artırmaqla yanaşı, təbiətə qayğı hissini təbliğ etmək, ictimaiyyətin diqqətini ekoloji tarazlığın qorunmasına,…
Daha çoxPolis Xəzər və Nizami rayonları ərazisində oğurluqlar edən şəxsləri saxlayıb
Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluqlar edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurub. Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov…
Daha çoxŞirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan İlkin Əhmədov saxlanılıb. SİA xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əhmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Daha çoxŞamaxı, Qobustan xəstəxanalarının mənimsəmədə təqsirləndirilən sabiq direktoruna hökm oxunub
Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, ona bir il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib. İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib. İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində…
Daha çox