Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfərdən biri zərərsizləşdirilib, üçü saxlanılıb

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Sia-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun…

Daha çox

7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil ediləcək.

Daha çox

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…

Daha çox

Bakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırılıb

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Belə ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur. Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, önvədən hərəkət istiqamətlərinəmuyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur. Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.

Daha çox

Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb. SİA xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran…

Daha çox

Külək güclənəcək – Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib. Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər,…

Daha çox

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV) təşkilatçılığı ilə aprelin 26-da Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, qurultayda Almaniyada və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 200-dən çox həkim iştirak edib. Qurultayı açan Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin həmtəsisçisi və İdarə Heyətinin ilk sədri Abbas Əhmədli DAMV-ın və qurultayın əsas məqsədlərindən danışıb. Bildirib ki, qurultay azərbaycanlı həkimləri bir araya gətirərək səhiyyə sahəsindəki aktual məsələləri müzakirə etmək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və Azərbaycanın tibb təhsilinin inkişaf perspektivlərini araşdırmaq məqsədi daşıyır. DAMV-ın İdarə Heyətinin sədri Aqil…

Daha çox

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib

Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Psixoloqlarının I Forumu keçirilib. SİA-nın məlumatına görə, NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Açılış mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev forumun təşkilini yüksək qiymətləndirib. “Əminik ki, bu forumdan əldə olunan nəticələr, nəşr ediləcək materiallar universitetin psixologiya ixtisasında tədrisin keyfiyyətini daha da yüksəltməklə yanaşı, ümumilikdə ölkədə…

Daha çox

Mən sağlamlığımı, oğlum isə canını qurban verdi – Çernobıl əlili

Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verəndə Ukraynanın Lvov şəhərində üç ay idi ki, həqiqi hərbi xidmətdə idim, 18 yaşım vardı. Yadımdadır, təcili sürətdə bizi əraziyə gətirib sakinlərin təxliyəsini tapşırdılar. Hadisə barədə çox məlumat verilmirdi, lakin ciddi və təxirəsalınmaz tədbirlər görülürdü. Təbii ki, verilən tapşırıqları canla-başla yerinə yetirirdik, qarşıda bizi nələrin gözlədiyini isə heç təxmin belə etmirdik. Daha çox yaşca bizdən böyük olanlar aylarla Çernobılda gedən proseslərin yaxın iştirakçısı oldular. Mən isə cəmi iki həftə ərzində həm təxliyə tədbirlərinə qoşuldum, həm də əhalinin əraziyə yenidən qayıtmaması üçün Pripyat və Çernobıl…

Daha çox

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın,…

Daha çox