Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…
Daha çoxCategory: Sosial
Temperatur 8° enəcək – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. SİA xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Daha çoxŞəhid və müharibə veteranlarının övladları ağac əkiblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci il – “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi şəhidlərinin və veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Gələcəyin yaşıl izi” adlı tədbir çərçivəsində bu məqsədlə ayrılmış ərazidə 100-ə yaxın ağac əkilib. Bildirilib ki, aksiyanın keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladlarının iştirakı ilə qəhrəmanlarımızın əziz xatirəsini anmaq, gənc nəslin yaddaşında tarixi Zəfərimizi əbədiləşdirmək, gəncləri təbiətin mühafizəsinə təşviq etməkdir.
Daha çoxPeşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə sınaq imtahanı keçirilib. Bu barədə SİA-ya DİM-dən bildirilib. İmtahanda ümumilikdə 352 nəfər iştirak edib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə (qapalı tipli tapşırıqlar üzrə) tanış olmaq imkanına malik olublar. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən yekun imtahan nəticələrinin 6 həftə ərzində elan olunması nəzərdə…
Daha çoxFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.SİA xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağıntılı keçəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə…
Daha çoxAzərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfərdən biri zərərsizləşdirilib, üçü saxlanılıb
Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Sia-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun…
Daha çox7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil ediləcək.
Daha çoxBakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…
Daha çoxBakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırılıb
Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Belə ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur. Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, önvədən hərəkət istiqamətlərinəmuyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur. Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.
Daha çoxBəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb
Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb. SİA xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran…
Daha çox