…Zənnim məni aldatmırsa, gərək ki, o vaxt mən hələ orta məktəbdə oxuyurdum. …Və yadımdadır ki, alman alimlərinin keçirdiyi qeyri-adi təcrübə barədə də elə o vaxt oxumuşdum. Deməli, alman alimləri anadan yeni doğulan meymun balalarını analarından ayıraraq, onları analarına bənzər yaradılmış müqəvva “ana”larının yanına buraxmışdılar. Alimlər hətta həmin o müqəvva “ana”nın döşlərində süd dolu əmzik də yerləşdirmişdilər. Müqəvva “ana”nı öz doğma anaları bilən körpə meymunlar onun “qucağına” sığınıb süni döşdən əmdikləri süddən içərək böyüyürlər. Amma nəticə uğurlu olmur: belə ki, tədricən böyüyüb “həddi-buluğa” çatan bala meymunlar sonradan həddən artıq çılğın və…
Daha çoxCategory: Sosial
İmişlidə Pasxa bayramı qeyd edilib
Pasxa bayramı münasibətilə İmişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı və Rus icmasının üzvlərinin iştirakı ilə tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bayram tədbirində İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi, ərazi təşkilatlarının sədrləri və İmişli rayonu Rus icmasının çoxsaylı üzvləri iştirak ediblər. İmişli rayonunda rus icmasının sədri Lyudmila Beteva tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib. Digər çıxış edənlər…
Daha çoxBinəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır
Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində ictimai iaşə obyektində yağın hadisəsinin baş verməsi haqqında saat 14.41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğında Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunub. Yanğın ərazidəki ümumi sahəsi 1650 kvadratmetr olan marketdə və anbar hissəsində müşahidə olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yağın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı…
Daha çoxSabah bəzi magistral yollarda görmə məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, sabah gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Daha çoxAzərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
Bu gün Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini – Pasxanı qeyd edirlər. Şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib. SİA xəbər verir ki, bu zaman xaç yürüşü keçirilir, səhər ibadətində dualar oxunur, Pasxa şirin çörəyi ilə xeyir-dua verilir. Azərbaycan Prezidenti İlham Əliyev bayram ərəfəsində pravoslav xristian icmasına təbrik ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb. “Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
Aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə…
Daha çoxAzərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər
Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər. SİA-nın bölgə müxbiri xəbər verir ki, Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Pasxa ibadətləri şənbə günündən bazar gününə keçən gecə başlayıb. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar. “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov şimal bölgəsində yaşayan xristianların Pasxa bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib. Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü – İsa Məsihin…
Daha çoxLeyla Əliyeva uşaqları ziyarət etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib. SİA xəbər verir ki, Leyla Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.
Daha çoxHəftəsonu bəzi yerlərə yağış yağacaq
Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin…
Daha çoxBu gün xristian aləmi Pasxa bayramını qeyd edir
Bu gün xristian aləmi Pasxanı qeyd edir. SİA xəbər verir ki, bu il katoliklər, pravoslavlar və protestantlarda xristianlar üçün müqəddəs bayram eyni günə təsadüf edir. Sonuncu dəfə belə bir hal 2017-ci ilə təsadüf edib. Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Bayramın mahiyyəti İsa Məsihin ölümə qalib gələrək dirilməsidir. Bununla da İsa Məsih bütün bəşəriyyət üzərindəki ölüm və günah lənətini yox etmiş olur. İsa Məsih Allahın oğlu olaraq dünyaya gəlməklə insanın təbiətinə, onun bütün ağrılana, hətta ölümünə şərik olur. Ənənəyə görə, dindarlar cümə axşamı günü səhər saatlarında kuliç…
Daha çox