Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır

Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində ictimai iaşə obyektində yağın hadisəsinin baş verməsi haqqında saat 14.41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğında Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunub. Yanğın ərazidəki ümumi sahəsi 1650 kvadratmetr olan marketdə və anbar hissəsində müşahidə olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yağın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı…

Daha çox

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər

Bu gün Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini – Pasxanı qeyd edirlər. Şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib. SİA xəbər verir ki, bu zaman xaç yürüşü keçirilir, səhər ibadətində dualar oxunur, Pasxa şirin çörəyi ilə xeyir-dua verilir. Azərbaycan Prezidenti İlham Əliyev bayram ərəfəsində pravoslav xristian icmasına təbrik ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb. “Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan…

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə…

Daha çox

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər. SİA-nın bölgə müxbiri xəbər verir ki, Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Pasxa ibadətləri şənbə günündən bazar gününə keçən gecə başlayıb. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar. “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov şimal bölgəsində yaşayan xristianların Pasxa bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib. Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü – İsa Məsihin…

Daha çox

Həftəsonu bəzi yerlərə yağış yağacaq

Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin…

Daha çox

Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir

Bu gün xristian aləmi Pasxanı qeyd edir. SİA xəbər verir ki, bu il katoliklər, pravoslavlar və protestantlarda xristianlar üçün müqəddəs bayram eyni günə təsadüf edir. Sonuncu dəfə belə bir hal 2017-ci ilə təsadüf edib. Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Bayramın mahiyyəti İsa Məsihin ölümə qalib gələrək dirilməsidir. Bununla da İsa Məsih bütün bəşəriyyət üzərindəki ölüm və günah lənətini yox etmiş olur. İsa Məsih Allahın oğlu olaraq dünyaya gəlməklə insanın təbiətinə, onun bütün ağrılana, hətta ölümünə şərik olur. Ənənəyə görə, dindarlar cümə axşamı günü səhər saatlarında kuliç…

Daha çox

…Festivalda 3500 litrə yaxın plastik butulka yığılıb

Aprelin 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər. Festival zamanı 3 min 481 litr plastik butulka, 1040 litr şüşə butulka, 831 ədəd işlənmiş batareya toplanıb. “Tullantıları hədiyyələrə dəyiş” festivalında, həmçinin maarifləndirici master-klaslar təşkil olunub. İştirakçılar…

Daha çox

Yağışın yaratmış olduğu fəsadlar aradan qaldırılır…

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür. SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Daha çox