Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq, cari ilin mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq. SİA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Bildirilib ki, bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin…
Daha çoxCategory: Sosial
Qorxularımızın olması normaldırmı?
“Qorxu hər insanda vahimə yaradan hissdir. Bu hissi çox vaxt özümüz zehnimizdə meydana gətiririk. Demək olar ki, qorxusuz həyat mümkün deyil. Bəzən isə qorxu həyatımıza xoşagəlməz təsirlər göstərir. Bəs qorxu nədən qaynaqlanır? Onun öhdəsindən gəlmək mümkündürmü?”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova hər şeyin kökündə ölüm qorxusunun olduğunu bildirib: “Qorxu insanın təməl instinktlərindən biridir. İnsanı fəaliyyətə sövq edə bilən, bəzən isə fəaliyyətdən saxlayan məqamlardan biri də qorxudur. Burada əsas məqam fərddə qorxunun hansı səviyyədə olduğunu və nəyə kökləndiyini müəyyənləşdirməkdir. Hələ insan…
Daha çoxBakının bir çox yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 5. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 7. Babək prospekti, mərkəz…
Daha çoxSarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir. SİA xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə – 141 nəfər, Ballıca kəndinə isə 21 ailə – 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya…
Daha çoxBu gün şimşək çaxacaq, dolu düşəcək
Aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə…
Daha çoxBu şəxslərə ŞAD XƏBƏR – Sabah…
Bu şəxslərə ŞAD XƏBƏR – Sabah…
Daha çox100 il və daha çox yaşamaq üçün səhər nə etmək lazımdır
Alimlər səhər rejimi ilə uzunömürlülük arasında əlaqəni aşkar ediblər. …Sağlam həyat tərzi səhərdən başlayır. Mütəxəssislər əmindirlər ki, müəyyən səhər vərdişləri təkcə rifahınızı yaxşılaşdıra bilməz, həm də ömrünüzü uzadar. Yaxşı bir rejim sirkadiyalı ritmləri dəstəkləyir, maddələr mübadiləsini yaxşılaşdırır və uzunmüddətli sağlamlığın qorunmasında əsas rol oynayan stress səviyyələrini azaldır. SİA xəbər verir ki, bu barədə Real simple saytı məlumat yayıb. Səhər vərdişləri niyə uzunömürlülük üçün vacibdir? Doktor Jeffrey Egler, MD, səhər rejiminizin bədəndəki bir çox proseslərə təsir etdiyini vurğulayır: • Hormon səviyyələrini tənzimləyir • Maddələr mübadiləsini dəstəkləyir…
Daha çoxAnasız olmasın dünyada heç kəs…
…Zənnim məni aldatmırsa, gərək ki, o vaxt mən hələ orta məktəbdə oxuyurdum. …Və yadımdadır ki, alman alimlərinin keçirdiyi qeyri-adi təcrübə barədə də elə o vaxt oxumuşdum. Deməli, alman alimləri anadan yeni doğulan meymun balalarını analarından ayıraraq, onları analarına bənzər yaradılmış müqəvva “ana”larının yanına buraxmışdılar. Alimlər hətta həmin o müqəvva “ana”nın döşlərində süd dolu əmzik də yerləşdirmişdilər. Müqəvva “ana”nı öz doğma anaları bilən körpə meymunlar onun “qucağına” sığınıb süni döşdən əmdikləri süddən içərək böyüyürlər. Amma nəticə uğurlu olmur: belə ki, tədricən böyüyüb “həddi-buluğa” çatan bala meymunlar sonradan həddən artıq çılğın və…
Daha çoxİmişlidə Pasxa bayramı qeyd edilib
Pasxa bayramı münasibətilə İmişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı və Rus icmasının üzvlərinin iştirakı ilə tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bayram tədbirində İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi, ərazi təşkilatlarının sədrləri və İmişli rayonu Rus icmasının çoxsaylı üzvləri iştirak ediblər. İmişli rayonunda rus icmasının sədri Lyudmila Beteva tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib. Digər çıxış edənlər…
Daha çoxBinəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır
Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində ictimai iaşə obyektində yağın hadisəsinin baş verməsi haqqında saat 14.41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğında Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunub. Yanğın ərazidəki ümumi sahəsi 1650 kvadratmetr olan marketdə və anbar hissəsində müşahidə olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yağın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı…
Daha çox