“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində “Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. ETSN-dən SİA-ya verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər nazirliyinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Qeyd edək ki, “Beynəlxalq Yer Günü” BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş…
Daha çoxCategory: Sosial
DGK sədri Ağstafada vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib. SİA DGK-ya istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə…
Daha çox“Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir”
“İllərdir ki, yağlar haqqında yanlış fikirlər insanları qorxudub və əslində faydalı olan bir çox təbii məhsullar gündəlik rasiondan çıxarılıb”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. Onun sözlərinə görə, kərə yağı da bu qurbanlardan biridir: “Halbuki nənələrimizin süfrəsində böyüyən bir nəsil üçün kərə yağı, həm dad, həm də şəfa mənbəyi idi. 1. Təbii və yerli kərə yağı — tərkibində A, D, E və K vitaminləri olan və bədənin bu vitaminləri mənimsəməsi üçün vacib olan doymuş yağlarla zəngindir. 2. Uşaqların beyin inkişafı, qadınların hormon balansı və…
Daha çoxİdeal ailə necə olmalıdır?
Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ona görə də xalqın və dövlətin bu əsas dayağı qətiyyən layihəsiz və plansız qalmamalıdır. Çünki bu məsələdə azacıq laqeydlik və biganəlik bütün xalqa qarşı laqeydlik və biganəlikdir. Bu səbəbdən də biz ailəyə ciddi yanaşılmasının vacibliyinə inanır və bunu çox əhəmiyyətli görürük. Bəs ideal ailə necə olmalıdır? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Şəhər sakini, şair, həkim, ictimai xadim, Zakir Ağdamlı: “İdeal ailəni indiki zamanda təsəvvür etmək ümumiyyətlə çətindir. Ailə elə olmalıdır…
Daha çoxAzercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
Lider mobil operator korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini təqdim edir Ölkənin lider mobil operatoru Azercell rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsində korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini istifadəyə verir. Yeni xidmət biznesin avtomatlaşdırılması və süni intellekt texnologiyaları sahəsində qlobal liderlərdən biri olan UiPath (NYSE: PATH) ilə qurulmuş strateji tərəfdaşlıq çərçivəsində təqdim olunur. Bu əməkdaşlıq yerli müəssisələrə daxili prosesləri sadələşdirməyi, əməliyyatların səmərəliliyini artırmağı və ağıllı avtomatlaşdırma texnologiyaları vasitəsilə resurslardan daha effektiv istifadəni mümkün edir. Azercell-in təqdim etdiyi RPA platforması orta və iri bizneslər üçün…
Daha çoxLülə kababa niyə soda vurulur?
“Lülə kabab mətbəximizin vaz keçilməz, sevilən və dadlı yeməklərindəndir. Kababın əsas sirri təkcə keyfiyyətli ət və düzgün bişirmə texnikasında deyil, həm də hazırlanma mərhələsində istifadə olunan bəzi gizli komponentlərdədir. Bu komponentlərdən biri də sodadır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida eksperti Asim Vəliyev deyib. Asim Vəliyev sözlərinə belə davam edib: “Soda lülə kababın hazırlandıqda bir neçə funksiyasına görə qatılır. İlk olaraq soda əti daha yumşaq və şirəli edir. Mal və ya qoyun əti ilə hazırlanan lülə kababda soda ətin liflərini bir qədər boşaldır və bu da kababın dişlədidə daha incə…
Daha çoxSabaha olan hava proqnozu BƏLLİ OLDU
“Aprelin 22-i və 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, lakin səhər saatlarında bəzi yerlərdə, qısamüddətli az çiskinli olacağı ehtimal edilir: “Cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 20-24 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətə…
Daha çoxVəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. SİA xəbər verir ki, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 06.07.2025-ci il tarixdə saat 10:00-da ARVK üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur. Belə ki, DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi…
Daha çoxUşaqlar niyə ərköyün olurlar?
“Ərköyün uşaqların formalaşmasında bir çox amil rol oynayır və bu halın yaranmasında valideynlərin yanaşma tərzi əsas faktorlardan biridir. Əgər uşaq daim istədiyini ağlayaraq əldə edirsə, sərhədsiz bir mühitdə böyüyürsə və valideynlər “yox” deməkdə çətinlik çəkirlərsə, uşaq zamanla hər şeyin öz istədiyi kimi olması lazım olduğunu düşünməyə başlayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Ərköyünlük bəzən valideynlərin övladlarına duyduqları günahkarlıq hissindən doğan həddindən artıq güzəştlərlə də güclənə bilər. Məsələn, işləyən valideynlər uşağa vaxt ayıra bilmədikləri üçün onu oyuncaqlarla, cizgi filmləri ilə və ya…
Daha çoxSabah ölkə üzrə pensiyaların ödənişi yekunlaşacaq
Ölkə üzrə aprelin 22-də pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Daha çox