Prezident İlham Əliyevin yeni “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiq edir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2500 manat birdəfəlik…
Daha çoxCategory: Sosial
Çörək istehsalı müəssisəsi qanunsuz fəaliyyət göstərirmiş…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Mamusta kəndində fəaliyyət göstərən Dadaşova Mətanət Xani qızına məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin sanitar-gigiyenik tələblərin pozulduğu, xammalın saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati…
Daha çoxMüvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 21-də Yevlax rayonunda vətəndaşlarla görüşüb. SİA xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, görüşdə, əsasən, Yevlax və Ağdaş rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib. Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan…
Daha çoxKəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin inzibati binasında sakinləri qəbul edib. SİA xəbər verir ki, qəbuldan öncə nazir Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra Kəmaləddin Heydərov tərəfindən qəbul edilən muxtar respublika sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Daha çox“Biz hələ də “Mədəni insan necə olmalıdır?” problemi ətrafında baş sındırırıq”
“Qədimdən bu günə kimi, “insan necə mədəni olar?” sualının tərifini verən filosoflar, alimlər, şairlər olub. Amma təəssüflər olsun ki, heç bir mütəffəkir bu sualın dəqiq cavabını verməyib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, XVIII-XIX əsrdə mədəni insan maarifçi insan sayılırdı: “XX əsrdə mədəni insan ziyalı insan sayılırdı, XXI əsrdə isə mədəni insan intellektual, kreativ, başqalarına nümunə ola biləcək işlər görən bir şəxs kimi dəyərləndirilir.…
Daha çox“YAŞAT” Fondunun 1-ci intellektual marafonu keçirilib
Aprelin 18-20-si tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 1-ci intellektual marafon baş tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib. Marafon Şahdağ Turizm Mərkəzinin dəstəyi, “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının isə (DTİK) sponsorluğu ilə reallaşdırılıb. Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə…
Daha çoxBakıda əsas yol kəsişmələrindən birində svetoforun yaşıl işığının müddəti artırılıb
Bakıda əsas yol kəsişmələrindən birində svetoforun yaşıl işığının müddətinin artırılması pik saatlarda yaranan nəqliyyat sıxlığını aradan qaldırdı. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində svetoforun yaşıl işığının müddəti əvvəllər 32 saniyə olub. Bu da qeyd edilən istiqamətdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə təsir göstərir və nəqliyyat sıxlığının yaranmasına səbəb olurdu. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həm yerində vizual baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə…
Daha çoxDİQQƏT: Yaz meyvələrinin faydaları BUNLARDIR – AYDINLIQ GƏTİRİLDİ
DİQQƏT: Yaz meyvələrinin faydaları BUNLARDIR – AYDINLIQ GƏTİRİLDİ
Daha çoxGündəlik su tələbatı ödənilməzsə nə baş verər?
Orqanizmin həyati funksiyalarını davam etdirə bilməsi üçün ehtiyac duyduğu su miqdarına gündəlik su tələbatı deyilir. Bəs insan gün ərzində nə qədər su və maye qəbul etməlidir? SİA mövzu ilə bağlı araşdırma aparıb. Suyun əhəmiyyəti Canlı həyatının ən əsas tələblərindən biri olan su, sağlam bir həyat üçün lazım olan bir çox faydanı özündə cəmləyir. Elmi məlumatlarla sübut edilə bilən və eyni zamanda aydın şəkildə müşahidə olunan faydaları ilə, müntəzəm su qəbulu nəticəsində orqanizminizin daha gümrah olduğunu hiss edə bilərsiniz. Bədən temperaturunun tənzimlənməsi, daxili orqanların və dərinin sağlamlığı, həzm və ifrazat sistemlərinin…
Daha çox“Beynəlxalq Yer Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində “Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. ETSN-dən SİA-ya verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər nazirliyinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Qeyd edək ki, “Beynəlxalq Yer Günü” BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş…
Daha çox