Bu gün “Konstitusiya ali hüquq sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası keçirilib. SİA xəbər verir ki, məlumat sessiyası Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədrinin müavini Vəfaddin İbayev və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru müavini Natiq Məmmədlinin açılış nitqi ilə başlayıb. Sonrakı saatlarda isə jurnalistlərə sahəyə uyğun müxtəlif mövzularda məlumatlar verilib.
Daha çoxCategory: Sosial
Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini yekunlaşdırıb. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 10-da Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Daha çoxAğdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir. Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür. Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Daha çoxSəhv karta atılan pulu necə geri qaytarmaq olar?
“Şəxs əgər karta pul köçürmə zamanı yanlışlıqla başqasına pul köçürübsə, pulu yanlışlıqla alan şəxs vəsaiti geri qaytarmaq üçün öz bankına müraciət etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib. Onun sözlərinə görə, əgər etmirsə, bu, əsassız varlanmadır: “Pul geri qaytarılmırsa, o zaman göndərən şəxs “əsassız varlanma” iddiası ilə məhkəməyə müraciət etməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni…
Daha çoxƏdliyyə Nazirliyi yanında İctimai şuraya 7 nəfərdən ibarət yeni tərkib seçilib
Ötən gün Ədliyyə Nazirliyi yanında İctimai şura üzvlüyünə seçki keçirilib. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seçkinin təşkili məqsədilə doqquz nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 10 nəfərin namizədliyi təsdiq edilib. Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış 10 nəfərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib. Beləliklə, Ədliyyə Nazirliyi yanında İctimai…
Daha çoxAHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki demokratik mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə açdığı geniş imkanlardan danışıb, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb. Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində kompleks addımlar atılır, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir. AHİK-də aparılan struktur və kadr islahatlarından, qadınların…
Daha çoxBakının bir çox yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 8. Babək prospekti,…
Daha çoxAprelin 22-24-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Daha çoxİkinci Dünya müharibəsi iştirakçılarına qayğının daha bir ifadəsi
Prezident İlham Əliyevin yeni “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiq edir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2500 manat birdəfəlik…
Daha çoxÇörək istehsalı müəssisəsi qanunsuz fəaliyyət göstərirmiş…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Mamusta kəndində fəaliyyət göstərən Dadaşova Mətanət Xani qızına məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin sanitar-gigiyenik tələblərin pozulduğu, xammalın saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati…
Daha çox