Jurnalistlər üçün məlumat sessiyası keçirilib

Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib. SİA xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən bu mühüm tədbir 26 media nümayəndəsinin iştirakı ilə gerçəkləşib. Tədbirin açılışında iştirakçıları salamlayan İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. O, qeyd edib ki, ötən illərdə bir sıra xəbər…

Daha çox

İnsan hüquqları ayrılmazdır

“İnsan hüquqları ictimai münasibətlərin bütün sahələrində fərdin hüquqauyğun səlahiyyətlərini tanıyan, ona təminat verən və onları müdafiə edən dövlətdaxili hüquq normaları, ümumqəbulolunmuş adət və prinsiplər, beynəlxalq insan hüquqları normaları sistemidir”. SİA xəbər verir ki, bu sözləri “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyasında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev deyib. Onun sözlərinə görə, İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış imkanıdır. Bu hüquqlardan…

Daha çox

Sabaha hava yenə yağışlı olacaq?

“Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, lakin 23-dən 24-ə keçən gecə axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var: “Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti olacaq. Bölgələrdə də gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı…

Daha çox

“Hava şəraiti qatarların hərəkətinə təsir göstərən birinci amildir”

Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, ADY-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycan Dəmir Yolları son illər çox effektli işlər görür, yeniliklər var. Bizi daha hansı yeniliklər gözləyir, gələcəkdə hansı layihələr var? – Sərnişindaşıma istiqamətində Azərbaycan Dəmir Yollarının ilk prioriteti təbii ki, sərnişindaşıma xidmətlərinin təkmilləşdirilməsi, sərnişin məmnuniyyətinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsidir. Sərnişin nöqteyi-nəzərindən baxanda pandemiyadan öncə mövcud olmuş marşrutların bərpasıdır. 2023-cü ildən etibarən bu marşrutların bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. 2023-cü ildə Bakı-Gəncə marşrutunun Ağstafaya qədər uzadılması, hətta…

Daha çox

Hüquq və İnsan Haqları İnstitutu jurnalistlər üçün məlumat sessiyası keçirib

Bu gün “Konstitusiya ali hüquq sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası keçirilib. SİA xəbər verir ki, məlumat sessiyası Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədrinin müavini Vəfaddin İbayev və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru müavini Natiq Məmmədlinin açılış nitqi ilə başlayıb. Sonrakı saatlarda isə jurnalistlərə sahəyə uyğun müxtəlif mövzularda məlumatlar verilib.

Daha çox

Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini yekunlaşdırıb. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 10-da Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Daha çox

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir. Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür. Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Daha çox

Səhv karta atılan pulu necə geri qaytarmaq olar?

“Şəxs əgər karta pul köçürmə zamanı yanlışlıqla başqasına pul köçürübsə, pulu yanlışlıqla alan şəxs vəsaiti geri qaytarmaq üçün öz bankına müraciət etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib. Onun sözlərinə görə, əgər etmirsə, bu, əsassız varlanmadır: “Pul geri qaytarılmırsa, o zaman göndərən şəxs “əsassız varlanma” iddiası ilə məhkəməyə müraciət etməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni…

Daha çox

Ədliyyə Nazirliyi yanında İctimai şuraya 7 nəfərdən ibarət yeni tərkib seçilib

Ötən gün Ədliyyə Nazirliyi yanında İctimai şura üzvlüyünə seçki keçirilib. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seçkinin təşkili məqsədilə doqquz nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 10 nəfərin namizədliyi təsdiq edilib. Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış 10 nəfərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib. Beləliklə, Ədliyyə Nazirliyi yanında İctimai…

Daha çox

AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki demokratik mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə açdığı geniş imkanlardan danışıb, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb. Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində kompleks addımlar atılır, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir. AHİK-də aparılan struktur və kadr islahatlarından, qadınların…

Daha çox