“Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır”

Aprelin 22-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xətai rayonu ərazisində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Zəfər parkı ziyarət olunub. YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan…

Daha çox

Əvvəlcə bu müddət aprelin 1-dək nəzərdə tutulmuşdu

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyulun 1-dək uzadılıb. Qeyd edək ki, əvvəlcə bu müddət aprelin 1-dək nəzərdə tutulmuşdu

Daha çox

Vətəndaşların estetik əməliyyatlara baxış tərzi necədir?

Hal-hazırki günümüzdə insanların daha çox meyl etdiyi məsələlərdən biri də estetik əməliyyatlardır. Bəzi insanlar üzlərində yaxud bədənlərində qüsur olmadığı halda estetik əməliyyat edirlər. Bir sözlə özlərində kompleks yaradırlar. Lakin bəzi insanlar isə ümumiyyətlə bu hala pis baxırlar. Niyə insanlar estetik əməliyyatlara pis baxırlar? SİA bu barədə sakinlər arasında sorğu keçirib. Şəhər sakini Aydan Süleymanova: “Ümumiyyətlə hər kəs olduğu kimi daha gözəldi. Lakin təbii ki, kompleks yaranırsa, onun qarşısını almaq insanın özünü xoşbəxt edir. Mənimdə kənardan deyilən sözlərə əsasən heç bir qüsurum yoxdur. Amma buna baxmayaraq, özümü çox kompleksli bir insan…

Daha çox

“Bu gün estetik əməliyyatların sayı həddindən artıq artıb”

“Son illərdə estetik əməliyyatlar, xüsusilə də ölkəmizdə, geniş vüsət almış və populyarlaşmışdır. Gözəllik və xarici görünüşün yaxşılaşdırılması məqsədilə həyata keçirilən əməliyyatlar artıq yalnız kosmetik məqsədlərlə deyil, bəzən psixoloji ehtiyaclarla da əlaqələndirilir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu artan maraq, bəzi hallarda estetik əməliyyatların bir vərdişə, bəzən isə psixoloji bir xəstəliyə çevrilməsinə səbəb olur: “Əgər əvvəllər estetik əməliyyatlar yalnız ciddi tibbi ehtiyaclarla edilirdisə, bu günlərdə bir çox insan sadəcə öz görünüşünü yaxşılaşdırmaq istəyir.Lakin burada diqqət yetirilməli məqam, bu əməliyyatların bəzən…

Daha çox

“Uşağa cib xərcliyi lazımi qədər verilməlidir”

“Hər gün ətrafımızdakı marketlərin sayı artır. Marketdəki alınacaq şirniyyatların, qidaların da çeşidləri günbəgün artır. Biz uşağa “yox” desək belə başqa şeyi görür və istəyir”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. O bildirib ki, çox vaxt valideynlər uşağa deyir ki, pulu yoxdur: “Uşaq həm bu cümləni eşitməkdən bezir, həm də valideyn onun yanında pul qabını açıb pul çıxaranda görür ki, anasının müəyyən qədər məbləği var. Onda inamsızlıq yaranır. Ananın həqiqətən də pulu olmayanda uşaq ona inanmır. “Pulum yoxdur” demək yerinə, “pulum var, amma evin ehtiyaclarını…

Daha çox

EMTA-da Energetika Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş olub

Aprelin 22-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Energetika Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov şura üzvlərini salamlayaraq, fəaliyyətlərində uğurlar arzulayıb. Agentliyin yaranma tarixi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərdən söz açan İdarə Heyətinin sədri bildirib ki, tənzimləyici qurum olaraq Agentlik tərəfindən bu sahədə qanunvericilik, eləcə də normativ-hüquqi aktların layihələrinin təkmilləşdirilməsi həyata keçirilir. Sənədlərin hazırlanmasında İctimai şura üzvlərinin rəy və təkliflərinin də nəzərə alındığını bildirən Samir Axundov bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam edəcəyinə inamını ifadə edib. O, Prezident…

Daha çox

Oturaq işləyənlər üçün FAYDALI MƏSLƏHƏTLƏR

Hamımız bilirik ki, gün ərzində nə qədər çox hərəkət etsək, sağlamlığımız üçün bir o qədər yaxşı olar. Halbuki bu gün bir çox insan bütün günü ayağa qalxmadan oturaraq stolüstü işlərdə işləyir. Xüsusilə pandemiya dövründə hərəkət diapazonumuz ciddi şəkildə məhdudlaşdıqda, hərəkətsizliyin artması bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Bunların qarşısını almaq üçün bu yazıda oturaraq işləyənlərə bəzi məsləhətlər verəcəyik. SİA mövzu ilə bağlı araşdırma aparıb. Kürəyinizi dəstəkləyin Bel ağrısı uzun müddət masa arxasında işləyən insanların ən çox rastlaşdığı problemdir. Belinizi lazımi şəkildə dəstəkləmək üçün kreslonuzu tənzimləyərək bel ağrısı riskinizi azalda bilərsiniz.…

Daha çox

Bina sakinlərinə hansı cərimələr tətbiq oluna bilər?

“Komunal ödənişləri etməyən bina sakinlərinə hansı cərimələr tətbiq olunmalıdır. Bu qaydalar Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənir. Çünki müqavilə olduqda bu qanunlar tənzimlənir. Məsələn, komunal ödənişləri etməyən şəxsləri hansı cəzəlar gözləyir, hansı tədbirlər görülür, amma belə götürsək MTK və hansısa tikinti şirkətinin ixtiyarı var ki, komunal ödənişlərdən imtina edən, həmin xidmətdən yararlanmasın və yaxud da məhkəməyə verərək onlardan məhkəmə və digər xərclər daxil olmaqla onları məhkəmə yolu ilə komunal ödənişlərini alsın”. Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib. Onun sözlərinə görə, bu komunal xidmətlər bəs nədir? 1.İdarə…

Daha çox

Jurnalistlər üçün məlumat sessiyası keçirilib

Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib. SİA xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən bu mühüm tədbir 26 media nümayəndəsinin iştirakı ilə gerçəkləşib. Tədbirin açılışında iştirakçıları salamlayan İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. O, qeyd edib ki, ötən illərdə bir sıra xəbər…

Daha çox

İnsan hüquqları ayrılmazdır

“İnsan hüquqları ictimai münasibətlərin bütün sahələrində fərdin hüquqauyğun səlahiyyətlərini tanıyan, ona təminat verən və onları müdafiə edən dövlətdaxili hüquq normaları, ümumqəbulolunmuş adət və prinsiplər, beynəlxalq insan hüquqları normaları sistemidir”. SİA xəbər verir ki, bu sözləri “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyasında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev deyib. Onun sözlərinə görə, İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış imkanıdır. Bu hüquqlardan…

Daha çox