“Hər bir insan zaman-zaman qərarsızlıqla üzləşir”

“Psixoloji termin olaraq Qərarsızlıq – Abulomania deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, hər bir insan zaman-zaman qərarsızlıqla üzləşir: “Bəzən ən sadə seçimlər belə – nə geyinmək, kimə zəng etmək və ya hansı işi öncə yerinə yetirmək bizi çıxılmaz vəziyyətə sala bilər. Lakin bu vəziyyətin arxasında duran səbəbləri anlamaq, onu aradan qaldırmaq üçün ilk və ən vacib addımdır. Qərarsızlığın başlıca səbəbləri: 1. Daxili qorxular: Səhv etmək, tənqid olunmaq və ya nəticələrin istənilməyən olması kimi qorxular insanı qərar verməkdən çəkindirir. Bu qorxular bəzən uşaqlıqdan gələn…

Daha çox

Havaya normadan artıq tullantı atan restoranlar cərimələnib

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları növbəti monitorinqlər keçirib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. Məlumatda bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Afrodita”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada Təpə”, “Maxara”, “Quzu Qabırğası”, “Xan Qızı”, “Səhər Mehi” və “Manqalüstü” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən…

Daha çox

Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir. Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur. 1978-ci ildə SSRİ-nin…

Daha çox

Kənd təsərrüfatı sahəsində istifadə olunan texnikalarda qayda pozuntularına yol verilir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. Bu barədə SİA-ya BDYPİ-dən məlumat verilib. Bildirilib ki, mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub: “Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü…

Daha çox

Bakıda ödənişsiz parklanma yerlərinin sayı artırılıb

Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, küçə parklanma yerlərinin təşkili hazırda Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılır. Nişanlanma xətlərinin çəkildiyi ərazidə yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarına veriləcək. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır, məlumatda deyilir. “Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. 4-cü…

Daha çox

Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-polkovnik Vilayət Eyvazov tərəfindən aprelin 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Həmin gün daxili işlər naziri tərəfindən bölgə üzrə polis orqanlarında vakant vəzifələrdə xidmətə qəbulla əlaqədar sıra baxışı da keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki…

Daha çox

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Ramin Alik oğlu Rzayev Nazirliyin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Ramin Rzayev 2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinin müdiri, Təftiş Departamentinin sədri, 2019-2021-ci illərdə “Azeract Consulting” MMC-nin direktoru vəzifələrində çalışıb. 2021-ci ildən hazırkı vəzifəsinə qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.

Daha çox

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq…

Daha çox

Havanın temperaturu 29 dərəcəyədək yüksələcək

Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı…

Daha çox

“Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır”

Aprelin 22-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xətai rayonu ərazisində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Zəfər parkı ziyarət olunub. YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan…

Daha çox