“Xəzər dənizinin çirklənməsi, yaşıllıqların azalması və tullantıların idarə olunmaması ölkəmizin və ümumilikdə regionun üzləşdiyi əsas ekoloji problemlərdəndir. Bu məsələlərin hər birinin özünəməxsus səbəbləri var və onların aradan qaldırılması üçün kompleks yanaşma tələb olunur”. Bu sözləri SİA-ya açıqlamasında Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib. O bildirib ki, Xəzər dənizi bir neçə ölkə ilə əhatələnib: Rusiya, Qazaxıstan, İran və Türkmənistan: “Bu ölkələrin ərazisindən Xəzərə axan çaylar vasitəsilə müxtəlif tullantılar – əsasən sənaye və məişət mənşəli tullantıları dənizə axıdılır. Hətta sahilində yerləşməyən Ermənistan belə, Araz çayı vasitəsilə Xəzərin çirklənməsində dolayı yolla iştirak…
Daha çoxCategory: Sosial
Növbəti iki gündə bəzi bölgələrdə güclü külək əsəcək
Növbəti iki gündə bəzi bölgələrdə güclü külək əsəcək. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlığında qeyd edilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Gəncə, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Mingəçevir, Qəbələ, Yevlax, Bərdə, Salyan, Neftçala, Hacıqabul, Qax, Şəki, Oğuz, Balakən, Zaqatala, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daha çoxAllahşükür Paşazadə Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Roma Papasının xatirəsini yad edib. SİA xəbər verir ki, Allahşükür Paşazadə bu gün Müqəddəs Məryəm Ana Kilsəsinə gedərək Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb. Digər dini konfessiyaların rəhbərləri də başsağlığı kitabını imzalayıblar. Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Onun dəfn mərasimi aprelin 26-da keçiriləcək.
Daha çoxHarada siqaret çəkmək olmaz?
Haralarda siqaret çəkmək olmaz? İctimai qaydaları pozanlara qarşı cərimələr tətbiq olunmalıdır? Cərimələnmə nə zaman və hansı formada həyata keçirilməlidir? SİA mövzu ilə əlaqədar deputat Naqif Həmzəyevin və vəkil Turan Abdullazadənin fikirlərini öyrənib. Deputat Naqif Həmzəyev: “Azərbaycanda aşağıdakı yerlərdə siqaret çəkmək qanunla qadağandır: – Təhsil və səhiyyə müəssisələrində – İctimai nəqliyyatda – Restoran, kafe və digər ictimai iaşə obyektlərinin qapalı yerlərində – İdman və mədəniyyət obyektlərində – Dövlət idarələrində – Lift və çoxmərtəbəli binaların pilləkənlərində – Uşaq meydançalarında və uşaqların olduğu yerlərdə – Benzin doldurma məntəqələrində və digər yanğın təhlükəsi olan…
Daha çoxBizi kim və necə idarə edir?
Filosof, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötgünün SİA-ya müsahibəsini təqdim edirik: – Filosof kimi cəmiyyətimizin ümumi mənzərəsini necə təsəvvür edə bilərsiniz? – Müharibədən çıxmış, 30 ilin ağır yükünü çiynindən atmış bir xalqıq, bizim ən gözə dəyən tərəfimiz bu olmalıdır. Adətən mənə bu sualı verəndə deyirəm ki, bütün insanlara xas olan yanlışlıqlar və illüziyalar bizə də xasdır. Təbii ki, Alman cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında spesifik fərqlər də olacaq. Amma orada da, burada da insanlar insan həyatı yaşayırlar, illüziyalardan gerçəkliyə doğru yol alırlar. Ona görə də, heç vaxt özəl azərbaycanlı səhvləri,…
Daha çox“Hər bir insan zaman-zaman qərarsızlıqla üzləşir”
“Psixoloji termin olaraq Qərarsızlıq – Abulomania deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, hər bir insan zaman-zaman qərarsızlıqla üzləşir: “Bəzən ən sadə seçimlər belə – nə geyinmək, kimə zəng etmək və ya hansı işi öncə yerinə yetirmək bizi çıxılmaz vəziyyətə sala bilər. Lakin bu vəziyyətin arxasında duran səbəbləri anlamaq, onu aradan qaldırmaq üçün ilk və ən vacib addımdır. Qərarsızlığın başlıca səbəbləri: 1. Daxili qorxular: Səhv etmək, tənqid olunmaq və ya nəticələrin istənilməyən olması kimi qorxular insanı qərar verməkdən çəkindirir. Bu qorxular bəzən uşaqlıqdan gələn…
Daha çoxHavaya normadan artıq tullantı atan restoranlar cərimələnib
Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları növbəti monitorinqlər keçirib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. Məlumatda bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Afrodita”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada Təpə”, “Maxara”, “Quzu Qabırğası”, “Xan Qızı”, “Səhər Mehi” və “Manqalüstü” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən…
Daha çoxDilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir. Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur. 1978-ci ildə SSRİ-nin…
Daha çoxKənd təsərrüfatı sahəsində istifadə olunan texnikalarda qayda pozuntularına yol verilir
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. Bu barədə SİA-ya BDYPİ-dən məlumat verilib. Bildirilib ki, mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub: “Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü…
Daha çoxBakıda ödənişsiz parklanma yerlərinin sayı artırılıb
Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, küçə parklanma yerlərinin təşkili hazırda Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılır. Nişanlanma xətlərinin çəkildiyi ərazidə yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarına veriləcək. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır, məlumatda deyilir. “Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. 4-cü…
Daha çox