Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir zamanı uzun illər dulusçuluq sənəti ilə məşğul olan sənətkar Cəsarət Nuriyev şəhidlərin övladlarına qədim el sənətinin sirlərini öyrədib. Uşaqlar gil kütləsindən müxtəlif əl işləri hazırlayaraq, bu qədim sənət növü ilə yaxından tanış olublar. Təşkil olunan master-klas həm uşaqların estetik və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verib, həm də onların sosial adaptasiyasını dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyıb.
Daha çoxCategory: Sosial
Masallıda 600-dən çox Xan çinar və şam ağacı əkilib
Masallı rayonu ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayonun Boradigah qəsəbəsində keçirilən aksiyada Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə 600-dən çox Xan çinar və şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Daha çoxDini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər
Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Bakıdakı “Müqəddəs Məryəm Ana” kilsəsini ziyarət edərək Roma Papası Fransiskin vəfatı ilə bağlı katolik icmasının üzvlərinə başsağlığı veriblər. SİA-nın məlumatına görə, QMİ-nin Mətbuat Xidmətindən bildirilib ki, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete ilə görüşən dini konfessiyaların rəhbərləri görkəmli din xadimi, Müqəddəs Taxt-Tacın başçısı Roma Papası Fransiskin vəfatını bütün dünya ictimaiyyəti üçün böyük itki hesab etdiklərini bildiriblər, ruhuna dualar oxuyublar. Kilsədə açılan xatirə kitabına fikirlərini yazan Dini Konfessiyaların Məşvərət…
Daha çox“Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib
Aprelin 23-də Gənclər Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Youth Cybersecurity Forum 2025” adlı tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib. Forumda Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin…
Daha çox“Sağlamlığa doğru qaç!” – bu dəfə həkimlər yarışdılar
Lənkəran rayonunda səhiyyə işçilərinin iştirakı ilə “Sağlamlığa doğru qaç!” adlı atletika yarışı təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. İştirakçılar abidə önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Yarışda Lənkəranla yanaşı, Yardımlı, Masallı, Lerik, Astara və Cəlilabad rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şuralarından olan təxminən 150 nəfər iştirak edib. İştirakçılar 5 kilometrlik məsafəni uğurla tamamlayaraq, sağlam həyat tərzini təbliğ ediblər.…
Daha çoxMənzillərin sığorta prinspləri necədir?
“Ümumiyyətlə icbari sığorta ilə bağlı mexaizmlər mən hesab edirəm ki, hələ qənaət bəxş deyil. İcra olunan əməliyyatlarda sığortaya cəlb olunma faizi artsada, bütövlükdə icbari sığortaya müraciət edənlərin yəni könüllü müraciət edənlərin hesab edirəm ki, sayında azalmalar var”. Bu sözləri daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bu azalmaların əsas iki ciddi səbəbləri var: “Birinci səbəb ondan ibarətdir ki, sığorta məbləğlərinin mövcud vəziyyətə adekvat olmaması, ikincisi və ən mühüm səbəb isə ondan ibarətdir ki, hesab edirəm sığorta şirkətlərinə və icbari sığortaya etimadın aşağı olması ilə bağlıdır. Bizim müxtəlif…
Daha çox“İnsan nəyə maraq göstərirsə, zamanla onu özü üçün dəyərə çevirir”
“Düşünürəm ki, bu məsələ barədə cəmiyyət olaraq düşünməliyik. Yəni həm satan, həm də alan tərəf məsuliyyət hiss etməlidir. Satıcı düşünməlidir ki, zərərli və uyğun olmayan məhsulları satmaqla öz cəmiyyətinə və xalqına zərər vurur. Bu baxımdan bazara daxil olan məhsullara ciddi nəzarət olunmalıdır. Əgər nəzarət düzgün və effektiv həyata keçirilsə, problemlərin ikinci mərhələsi – valideynlərə çatan mərhələ – daha asan həll edilə bilər. Hər kəs öz üzərinə düşən məsuliyyəti vaxtında və düzgün yerinə yetirsə, hamının yükü daha yüngül olar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, valideynlərə…
Daha çox“ƏƏSMN tərəfindən sosial dəstək proqramları həyata keçirilir”
“Prezident İlham Əliyevin uğurlu sosial siyasətində əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi mühüm yer tutur və bu istiqamətlərdə ardıcıl, məqsədyönlü işlər aparılır, bu kateqoriyadan olan vətəndaşlarımız daim qayğı ilə əhatə olunur. Onların sosial müdafiəsi məqsədilə davamlı olaraq mühüm layihələr icra olunur”. Bu fikirlər SİA-nın sorğusuna cavab olaraq Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilib. Qurumdan bildirilib ki, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək proqramları həyata keçirilir. Əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə pensiya…
Daha çoxDondurulmuş tərəvəz və meyvələr necə dəyişir?
Tərəvəz və meyvələrdən istifadə sağlam qidalanmanın əsasını təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə 5 porsiyaya qədər tərəvəz və meyvə istehlak etməyi tövsiyə edir. Amma təzə tərəvəz və meyvələrə çıxış həmişə mümkün olmaya bilər. Bir çox insan dondurulmuş məhsulların təzə məhsullarla eyni qida dəyərə malik olmadığını düşünür. Dondurulmuş tərəvəz və meyvələrin saxlama müddəti daha uzun olur, mövsüm xaricində də onlardan istifadə etmək mümkündür. SİA mövzu ilə bağlı araşdırma aparıb. Tarladan süfrəyə gələn təzə meyvə və tərəvəzlər bu müddətdə nə qədər dəyişir? Əksər meyvə və tərəvəzlər yetişməmişdən əvvəl yığılır və onlara…
Daha çox“Bu gün kanalizasiya sistemlərinin monitorinqi vacibdir”
“Xəzər dənizinin çirklənməsi, yaşıllıqların azalması və tullantıların idarə olunmaması ölkəmizin və ümumilikdə regionun üzləşdiyi əsas ekoloji problemlərdəndir. Bu məsələlərin hər birinin özünəməxsus səbəbləri var və onların aradan qaldırılması üçün kompleks yanaşma tələb olunur”. Bu sözləri SİA-ya açıqlamasında Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib. O bildirib ki, Xəzər dənizi bir neçə ölkə ilə əhatələnib: Rusiya, Qazaxıstan, İran və Türkmənistan: “Bu ölkələrin ərazisindən Xəzərə axan çaylar vasitəsilə müxtəlif tullantılar – əsasən sənaye və məişət mənşəli tullantıları dənizə axıdılır. Hətta sahilində yerləşməyən Ermənistan belə, Araz çayı vasitəsilə Xəzərin çirklənməsində dolayı yolla iştirak…
Daha çox