“Həkim səhlənkarlığı nəticəsində şəxs zərər çəkibsə, bu zaman həkim barəsində üç məsuliyyət var”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib. Onun sözlərinə görə, birinci məsuliyyət daxili olaraq intizam məsuliyyətidir: “İkinci, mülki məsuliyyətdir, üçüncü, cinayət məsuliyyətidir. Baş verilən səhlənkarlığın həddinə, ağırlıq dərəcəsinə baxılaraq bunlar, cinayət məsuliyyətinin olub-olmaması məsələsi araşdırılmalıdır. Əgər şəxs hesab edirsə ki, həkimin hərəkətində cinayət məsuliyyətinə cəlb etməyə əsas verən hallar var, o zaman cinayət məsuliyyəti ilə bağlı müvafiq olaraq qurumlara müraciət edə bilər. Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə bağlı müraciət edə bilər. Şəxs mülki məsuliyyətlə…
Daha çoxCategory: Sosial
Azercell audiokitabları hər kəs üçün əlçatan edir
Lider mobil operator “Audiokitab” layihəsi çərçivəsində ərsəyə gələn kitabları “Kitabların Səsi” adlı vahid platformada təqdim edir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Azercell Telekom” MMC illər ərzində ərsəyə gətirdiyi audiokitabları rəsmi veb-saytında yeni yaradılmış “Kitabların Səsi“ adlı bölmədə yerləşdirib. Platformada audioformatda hazırlanmış Nizami Gəncəvinin 100-dən çox əsəri, İmadəddin Nəsiminin qəzəlləri, “Koroğlu” dastanının 10 qolu, Qarabağdan olan yazıçıların ədəbi nümunələri, Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərlər, eləcə də komikslər və podkastlartəqdim olunur. İstifadəçilər platformada seçdikləri kitabın üzərinə kliklədikdə avtomatik olaraq Azercell-in “YouTube” kanalında yerləşdirilmiş müvafiq məzmuna yönləndirilirlər.…
Daha çoxDünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayıb
Bu gün dünyanın 30 ölkəsinin – ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır. Qrupun rəhbəri dünya şöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. SİA-nın bölgə müxbiri xəbər verir ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə…
Daha çoxBakının bir çox yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 8. Yusif…
Daha çoxQəzalı körpü 60-dan çox yaşayış məntəqəsi ilə əlaqəni çətinləşdirib
Quba – Qonaqkənd – Muçu avtomobil yolunun Quba rayonunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində, Qaraçayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi rayonun 60-dan çox kəndi ilə əlaqəsini çətinləşdirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, güclü sel körpünün dayaqlarını zədələyib. Körpünün dağılmaq təhlükəsi olduğundan üzərindən hərəkət məhdudlaşdırılıb. Əraziyə xüsusi texnikalar cəlb olunub. Körpünün vəziyyəti ilə yerində tanış olmaq üçün əraziyə Rayon Fövqəladə Hallar Komissiyasının, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri baxış keçiriblər. Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, uzunluğu 101, eni isə 8 metr olan…
Daha çoxAvtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
Paytaxt ərazisində yerləşən avtobus zolaqlarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin – avtobusların fasiləsiz, intensiv və təhlükəsiz hərəkətinin təşkili məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik işlər davam etdirilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür. Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı, təbliğat-maarifləndirmə işi təşkil olunub. Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktik…
Daha çoxMasallıda şəhid övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir zamanı uzun illər dulusçuluq sənəti ilə məşğul olan sənətkar Cəsarət Nuriyev şəhidlərin övladlarına qədim el sənətinin sirlərini öyrədib. Uşaqlar gil kütləsindən müxtəlif əl işləri hazırlayaraq, bu qədim sənət növü ilə yaxından tanış olublar. Təşkil olunan master-klas həm uşaqların estetik və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verib, həm də onların sosial adaptasiyasını dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyıb.
Daha çoxMasallıda 600-dən çox Xan çinar və şam ağacı əkilib
Masallı rayonu ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayonun Boradigah qəsəbəsində keçirilən aksiyada Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə 600-dən çox Xan çinar və şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Daha çoxDini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər
Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Bakıdakı “Müqəddəs Məryəm Ana” kilsəsini ziyarət edərək Roma Papası Fransiskin vəfatı ilə bağlı katolik icmasının üzvlərinə başsağlığı veriblər. SİA-nın məlumatına görə, QMİ-nin Mətbuat Xidmətindən bildirilib ki, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete ilə görüşən dini konfessiyaların rəhbərləri görkəmli din xadimi, Müqəddəs Taxt-Tacın başçısı Roma Papası Fransiskin vəfatını bütün dünya ictimaiyyəti üçün böyük itki hesab etdiklərini bildiriblər, ruhuna dualar oxuyublar. Kilsədə açılan xatirə kitabına fikirlərini yazan Dini Konfessiyaların Məşvərət…
Daha çox“Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib
Aprelin 23-də Gənclər Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Youth Cybersecurity Forum 2025” adlı tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib. Forumda Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin…
Daha çox