Təhlükəli oyuncaqlardan uşaqları necə qorumalı?

Müasir uşaq oyuncaqları nə qədər çeşidli olsa da, onlar arasında uşaqlara ziyan verə biləcəkləri də çoxdur. Ona görə də oyuncaq alarkən onun görünüşündən tutmuş, materialına və istifadə göstərişlərinə qədər diqqət etmək lazımdır. Bəzi oyuncaqlar da var ki, onlara baxanda “bunu hazırlayarkən nə düşünüblər?” sualını verməmək olmur. Həm psixoloji olaraq uşaqları mənfi vərdişlərə öyrədən, həm də görünüşcə heç də birmənalı olmayan bu oyuncaqlar dünyanın bəzi ölkələrində yayılıb. Bəs, hansı oyuncaqlar təhlükəli hesab olunur? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb. Şəhər sakini Qəmər Əliqızı: “Böyüklər velosiped istəyir, balacalar skuter…

Daha çox

Şəhid İsayev İsmayıl Çərkəz oğlunun xatirəsi anılıb

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandirlərindən olan şəhid İsayev İsmayıl Çərkəz oğlunun doğum günüdür. Şəhid İsayev İsmayıl Çərkəz oğlu 24 aprel 2000-ci ildə Masallı rayonunda anadan olmuşdur. Şəhidin doğum günü ilə bağlı ailəsi, sevənləri, Binəqədi rayonu icra başçısının müavini və nümayəndələri, Xətai rayonu icra başçısının müavini və nümayəndələri, qrup yoldaşları və yaxınları onun məzarını ziyarət ediblər. Qeyd edək ki, leytenant İsayev İsmayıl 19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu, Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu…

Daha çox

“Gələcək nəsillərə doğru və sağlam dəyərləri ötürməliyik”

“Hər bir xalqın milli-mental dəyərləri, onun tarixində yaşadığı təcrübələr, mədəniyyəti və dini inancı ilə formalaşır. Bu dəyərlər, zamanla imperiya işğalları, xarici təsirlər və daxili inkişafla dəyişir. Azərbaycan xalqı da tarixən bir çox mədəni təsirlərdən keçmişdir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və milli dəyərlər məsələləri üzrə ekspert Ramal Əliyev deyib. Onun sözlərinə görə, fars, rus, monqol, ərəb və türk işğalları, həmçinin şərq və qərb dünyasının mədəni təsirləri, Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Bu işğalların nəticəsində xalqımız bir çox mədəniyyətlərdən dəyərlər mənimsəmiş və bu da milli kimliyimizin tərkib hissəsi olmuşdur: “Azərbaycan…

Daha çox

“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir

“JTI Caucasus” şirkəti, “JT Group”-un ən yeni və qabaqcıl “Ploom X Advanced” tütün qızdırma sisteminin Azərbaycanda satışa çıxarıldığını elan edir. “Ploom X” cihazı Bakıda seçilmiş satış nöqtələrində və onlayn www.ploom.az vebsaytında təqdim olunacaq. “Azərbaycanda Ploom-un təqdimatı JTI şirkətinin istehlakçılarımızın dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ məhsullara investisiya qoymağa sadiqliyini nümayiş etdirir. Biz, az riskli məhsullar sahəsində yolun əvvəlindəyik və qızdırılan tütün kateqoriyasında mövcudluğumuzu genişləndirmək üçün iddialı planlarımız var. Azərbaycan, Qafqaz regionunda bu kateqoriyaya daxil olan ilk ölkədir və bu, bizim üçün əlamətdar bir hadisədir. Məqsədimiz istehlakçılarımız üçün dəyərli anlar yaratmaqla…

Daha çox

Bakı Atatürk Liseyində 23 Nisan coşqusu

Aprelin 23-də qardaş Türkiyədə 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Həmin gün Azərbaycanda da çeşidli və yaddaqalan tədbirlər keçirilib. Belə tədbirlərdən biri də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində olub. Liseydən verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra meydan şagirdlərə verilib. Günün anlamını ifadə edən yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib. Həmçinin şagirdlər dahi Mustafa Kamal Atatürkün adını daşıyan…

Daha çox

Arıqlamaq üçün bu kimi yolları sınamayın

“Piylənmə müasir cəmiyyətimizin qlobal problemlərindən biridir. Təbii ki, uşaqdan-böyüyə, yəni hər kəs bədəninin ideal formada olmasını istəyər. Müqayisə etsək, son 15-20 il ərazində gözəl bədən quruluşuna sahib olmaq istəyən insanların sayı artıb. Bu daha qadınlara şamil olunur, onlar incə və gözəl görünmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib. Onun sözlərinə görə, çox təəssüflər olsun ki, bəzən səhv addım atılır: “İnsan uzun müddət ərzində çəki yığır, yəni çəki üstünə çəki gəlir. Lakin bir müddət sonra insan qəflət yuxusundan ayılır. Buna psixoloji aləmdə “psixoloji oyanıqlıq” deyirlər. İnsanı qəflət yuxusundan…

Daha çox

30 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Bu ilin birinci rübündə daha 30 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bundan başqa, yanvar-mart aylarında 54 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Daha çox

Həkim səhlənkarlığı zamanı nə etməliyik?

“Həkim səhlənkarlığı nəticəsində şəxs zərər çəkibsə, bu zaman həkim barəsində üç məsuliyyət var”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib. Onun sözlərinə görə, birinci məsuliyyət daxili olaraq intizam məsuliyyətidir: “İkinci, mülki məsuliyyətdir, üçüncü, cinayət məsuliyyətidir. Baş verilən səhlənkarlığın həddinə, ağırlıq dərəcəsinə baxılaraq bunlar, cinayət məsuliyyətinin olub-olmaması məsələsi araşdırılmalıdır. Əgər şəxs hesab edirsə ki, həkimin hərəkətində cinayət məsuliyyətinə cəlb etməyə əsas verən hallar var, o zaman cinayət məsuliyyəti ilə bağlı müvafiq olaraq qurumlara müraciət edə bilər. Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə bağlı müraciət edə bilər. Şəxs mülki məsuliyyətlə…

Daha çox

Azercell audiokitabları hər kəs üçün əlçatan edir

Lider mobil operator “Audiokitab” layihəsi çərçivəsində ərsəyə gələn kitabları “Kitabların Səsi” adlı vahid platformada təqdim edir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Azercell Telekom” MMC illər ərzində ərsəyə gətirdiyi audiokitabları rəsmi veb-saytında yeni yaradılmış “Kitabların Səsi“ adlı bölmədə yerləşdirib. Platformada audioformatda hazırlanmış Nizami Gəncəvinin 100-dən çox əsəri, İmadəddin Nəsiminin qəzəlləri, “Koroğlu” dastanının 10 qolu, Qarabağdan olan yazıçıların ədəbi nümunələri, Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərlər, eləcə də komikslər və podkastlartəqdim olunur. İstifadəçilər platformada seçdikləri kitabın üzərinə kliklədikdə avtomatik olaraq Azercell-in “YouTube” kanalında yerləşdirilmiş müvafiq məzmuna yönləndirilirlər.…

Daha çox