Ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-dək davam edəcək. Dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da, məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin başvermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə bildirilib. Baş Dövlət Yol Polisi İdarəsi bir…
Daha çoxCategory: Sosial
“Daha sağlam versiyalar hazırlamaq mümkündür”
“Novruz mədəniyyətimizdə mühüm yer tutan əsas bayramdır və süfrəsi şirniyyatlarla zəngindir. Şəkərbura və paxlava bu süfrənin əvəzsiz şirniyyatlarındandır. Şəkərbura adətən xəmir (un, yağ, yumurta) və içlik (qoz, şəkər, ədviyyat) ilə hazırlanır. Paxlava isə nazik xəmir qatları, bol yağ, şəkər şərbəti və fındıq-qozla zənginləşdirilir. Bu şirniyyatlar enerji baxımından yüksək kalorili olur. Şəkərburanın 100 qramı təxminən 400-450 kkal, paxlavanın isə 500-600 kkal təşkil edə bilir. Bunun səbəbi yüksək miqdarda doymuş yağlar (kərə yağı), sadə karbohidratlar (şəkər, ağ un) və minimal lif tərkibidir. Müasir sağlam qidalanma prinsiplərinə görə bu cür qidalar həddindən artıq…
Daha çoxBəylər niyə hədiyyə seçimində çətinlik çəkirlər?
Yazıçı–kulturoloq Aydın Xan Əbilovun SİA–ya müsahibəsini təqdim edirik: – 8 Mart Beynəlxalq Qadınlar Günündə biz həmişə qadınlara hədiyyə veririk. Niyə kişilərə də hədiyyə verilməsin? Belə bir ideya, təklif varmı? – 8 Martı bayram kimi qeyd etmək düzgün deyil. Çünki ona qalsa, Sevgililər Günü də iki nəfərin ölümü ilə bağlı hadisədir. Bayramların əksəriyyətinin arxasında hansısa faciəvi hadisə dayanır. Zəfər bayramını qeyd edirik, bizim üçün çox əlamətdar hadisədir. Amma onun arxasında 3 minə yaxın şəhidimiz, daha geniş mənada isə 20 minə yaxın qurbanımız var. Bu baxımdan fikirləşirəm ki, bayramdır və bayram etmək…
Daha çox“Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub
Novruz bayramı ilə əlaqədar olaraq martın 8-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” Novruz yarmarkası təşkil edib. 8 Mart – Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlayan yarmarka paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında açılıb. Uşaqların əylənməsi üçün yarmarkada xüsusi guşə də yaradılıb. On iki gün davam edəcək yarmarkada ümumilikdə 20-dən çox regiondan fermerlər iştirak edirlər. Burada 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Gündəlik keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa…
Daha çoxBu gün 22 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti,…
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 9.…
Daha çoxBu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir. SİA xatırladır ki, Yel çərşənbəsi Novruz bayramının üçüncü çərşənbəsidir. El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar. Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də niyyət tutulmasıdır. Belə ki, çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa deməli diləyin yerinə yetəcək. Yel çərşənbəsinin…
Daha çoxRamazanın 11-ci gününün duası
Sabah Ramazan ayının on birinci günüdür. SİA xəbər verir ki, imsak vaxtı saat 05:33-ə, iftar vaxtı isə 18:57-yə təyin olunub. 11-ci günün İmsak duası: “Allahummə-həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niran. Bi-ovnikə ya ğiyasəl-mustəğisin”. Tərcüməsi: “İlahi, bu gün ehsan etməyi mənə sevdir. Bu gün fisq və asilikdən məni ikrah etdir. Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır. Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!” İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!” Tərcüməsi: “İlahi,…
Daha çox“Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub”
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən…
Daha çoxArkadi Qukasyan məhkəmədə etiraf edib ki…
Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb Martın 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Qarabağda erməni dili ilə bağlı problem olmadığını bildirib. SİA xəbər verir ki, Arkadi Qukasyan Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rusdilli məktəblərdən sayca daha çox olduğunu deyib. A.Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar…
Daha çox