“Özəl məktəblər təbii ki, ödəniş qarşılığında şagird qəbulunu həyata keçirirlər və eyni zamanda özəl məktəblərdə şagirdlər məktəbə qəbul olunarkən müəyyən testdən keçirlər. Çünki, həmin məktəbə ödəniş edən valideyn qarşılığında sabah həmin özəl məktəbdən övladının təhsili ilə bağlı nəticəni tələb edəcək”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib. Onun sözlərinə görə, özəl məktəblər ilk olaraq şagirdin biliyini, bacarığını və qabiliyyətini yoxlayır. Daha sonra həmin şagirddə əgər perspektivdə nəticə almaq mümkün olacaqsa, həmin şagirdi qəbul edir. Eyni zamanda özəl məktəblər adından göründüyü kimi valideynlərin vəsaiti hesabına təhsili formalaşdırırlar və eyni…
Daha çoxCategory: Sosial
İnsanlar göbələk alarkən nəyə diqqət etməlidir?
Dünyada minlərlə növü olan göbələklər xlorofilsiz, heterotrof orqanizmlər olub, quruluşuna, ölçüsünə, yaşadığı şəraitə görə fərqlənir. Göbələyə hər yerdə – suda, torpaqda, yemlərin və qidaların tərkibində, ölü üzvi toxumalarda və s. rast gəlmək mümkündür. Qeyd edək ki, bəzi göbələklər mikotoksinlər adlanan zəhərli birləşmələr sintez edir. Bəs insanlar yeməklərində istifadə etmək üçün alınan göbələklərdə nəyə diqqət etməlidirlər? Göbələyin zərərli və xeyirli tərəfləri hansılardır. Mövzu ilə bağlı SİA qida ekspertlərinin fikrlərini öyrənməyə çalışıb. “Göbələk ən çox sevilən və eyni zamanda tələb olunan qidalar sırasında olsa da, hər zaman yüksək risk qrupuna aid qidalardandır”.…
Daha çoxƏcnəbi şəxslərlə evlənənlərin sayı niyə çoxalıb?
“Həyatımıza internet daxil olubsa, bu kimi halların gözlənilməsi də qeyri-adi deyil”. Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib. O bildirib ki, bu gün internet dünyasında yaşayırıq: “Bütün dünyada insanların bir-birinə bir an içərisində əlaqəsi var. Yəni söhbətləşmə, görüntülü danışma, görüntülü video və s. bütün bunlar hamısı insanların bir-birini görüb bəyənməsinə, həm də bir-birindən istifadə etməsinə səbəb olur. Yəni əcnəbilər ilə bu qədər evlənmə sayının çox olması da elə internet dünyası ilə birbaşa bağlıdır. Əvvəlki illərdə SSRİ dövründə Azərbaycanın digər xarici dövlətlər ilə sərhədləri bağlı idi. Amma müstəqillik illərindən…
Daha çoxAhıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil olunub
Media nümayəndələri ahılların təqdimatında tamaşaya baxıb, onlarla futbol oynayıb, birlikdə çərşənbə tonqalı qalayıblar. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edib. Media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada ahıllara göstərilən xidmətlərlə əyani tanış olublar. Qeyd edilib ki, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Burada…
Daha çoxBaş prokuror Suraxanıda vətəndaşların müraciətlərini dinləyib
Martın 11-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün…
Daha çox“Kişi güclü olmalıdır”
“Bizim cəmiyyətdə oğlan uşaqları dünyaya göz açdığı andan etibarən onlara müəyyən bir missiya yüklənir”. Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt Orxan Şəfizadə deyib. Psixoloq bildirib ki, onların ailənin dayağı, güclü və məsuliyyətli bir fərd kimi böyüməli olduğu düşüncəsi, bəzən onların emosional ehtiyaclarını kölgədə qoyur: “Halbuki oğlan uşaqlarının da qorunmağa, başa düşülməyə və hisslərini ifadə etməyə haqqı var. Mənəvi İstismar Nədən İbarətdir? Mənəvi istismar təkcə zorakılıq və sərt tənqid deyil. Bu, bəzən “oğlanlar ağlamaz”, “güclü olmalısan”, “sən ailənin yükünü çəkməlisən” kimi görünən ifadələrlə başlayır. Kiçik yaşlardan emosiyalarını gizlətməyə məcbur edilən oğlan…
Daha çoxFalçılıqla məşğul olanlar NECƏ CƏZALANACAQ?
“Son zamanlar yalançı, dələduz falçıların özfəaliyyəti hüquq-mühafizə orqanlarının da diqqətini artırmaqdadır. Qızı ərə getməyən, oğlu iş tapmayan, uşağı olmayan, əri içki düşkününə çevrilən, əri xəyanət edənlərin mədət umduğu yer falçılardır. İnsanlar öz bədbəxtliklərini qabaqlamaq üçün onlara üz tuturlar. Cəmiyyətdə günü-gündən daha çox qarşımıza çıxan bu qədim adətin, inancın səbəbi, əlbəttə ki, cəhalətdir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib. Onun sözlərinə görə, Azərbaycanda falçılığa qarşı daim mübarizə aparılır: “Falçılığ dini xurafatın elementidir. Falçılıq fırıldaqçılıqdır. Bu ad altında insanları aldadaraq onların əmlakını, vəsaitini əlindən…
Daha çoxAhıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilir
Bu gün Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilir. SİA xəbər verir ki, mediaturda media nümayəndələri iştirak edirlər. Onu da qeyd edək ki, 1964-cü ildən fəaliyyət göstərən müəssisəyə 70-dən, çox vacib olduqda isə 60 yaşdan yuxarı ahıllar qəbul edilir. Müəssisə iki korpusdan ibarətdir, 119 kişi, 111 qadın olmaqla 130 ahıl şəxs burada yaşayır.
Daha çox“Nə yaxşı ki, buradayam”
“Nə yaxşı ki, mən buraya gəlmişəm”. SİA xəbər verir ki, bu sözləri Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinə mediatur zamanı müsahibəsində Rüxsarə Qasımova deyib. Onun sözlərinə görə, bu günə şükürlər olsun: “Artıq iki aydır ki, gəlmişəm. Günlərim çox yaxşı keçir. İstədiyim vaxt idmana gedirəm, istədiyim vaxt yemək bişirirəm. Yemək müəssisəmizdən olsa da, özüm də ürəyim istədiyi yeməyi bişirə bilirəm. Otaqların, müəssisənin şəraiti çox yaxşıdır. Allah dövlətimizin, Prezidentimizin canını sağ etsin”.
Daha çoxDövlət Məşğulluq Agentliyinin “Əmək və Məşğulluq” altsistemi beynəlxalq müsabiqədə qalib seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Agentliyin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) qurum tərəfindən təşkil edilən Global Banking & Finance Awards” müsabiqəsində “İnnovasiyada mükəmməllik” kateqoriyası üzrə qalib seçilib. Həmin mükafat altsistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimi meyarlara əsasən verilib. Qeyd edək ki, müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Xorvatiya, Portuqaliya, Türkiyə və s. daxil olmaqla 100-ə yaxın ölkədən…
Daha çox