Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib

Aprelin 24-də Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa ayini keçirilib. SİA xəbər verir ki, Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ayinə Bakının əsas katolik məbədi olan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsində rəhbərlik edib. Yepiskop Vladimir Fekete ayin zamanı ibadət edənlərə mərhum pontifikin həyatı və xidmətləri haqqında moizə ilə müraciət edib. O, Fransiski nümunəvi dini lider kimi xarakterizə edib, onun Azərbaycana etdiyi səfəri və ölkədə Katolik Kilsəsinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult və onun ardınca baş verən “geri…

Daha çox

“Ölkənin bu hissəsi çox fərqlidir, heyrətamizdir…”

Mən əslən hindistanlı olsam da Birləşmiş Krallıqda işləyirəm. Azərbaycan səfər etdiyim 57-ci ölkədir. Hindistanlılar üçün Azərbaycan çox məşhurdur. Lakin biz Azərbaycan deyəndə Bakını, onun Alov qüllələrini, fəvvarələri təsəvvür edirik. SİA-nın məlumatına görə, bunu Ağdama səfər edən hindistanlı səyyah Sravankumar Tanniru təəssüratlarını bölüşərkən deyib. Dünya səyahətçiləri ilə birgə Qarabağa səfər edən hindistanlı səyyah bu bölgənin turizm əhəmiyyətini yüksək qiymətləndirib: “Ölkənin bu hissəsi çox fərqlidir, hətta heyrətamizdir. Bunları görmək çox möhtəşəmdir. Yalnız üç ildə bu qədər inkişaf təqdirəlayiqdir. Bu ölkənin çox qədim tarixi var və bir çox turist bundan xəbərdar deyil. Biz…

Daha çox

Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır

Mən Slovakiyadanam. Şimal qütbündən Cənub qütbünə kimi bir çox ölkələri gəzmişəm. Lakin Qarabağın gözəlliyi bir başqadır. Bura mənim ölkəm Slovakiyaya bənzəyir. Gözəl dağları var. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Qarabağa səfər edən beynəlxalq səyahətçi Lubo Fellner təəssüratlarını bölüşərkən deyib. “Mən Şuşanı çox bəyəndim. Xüsusən oradakı yüksək nöqtədən inkişafı seyr etmək mümkündür. Bu qədər qısa zamanda bu cür böyük inkişafa nail olmaq inanılmazdır. Siz yollar və binalar, körpülər hətta üç hava limanı inşa etmisiniz. Bu, möhtəşəmdir. Biz Ağdamda xanların nəslindən olmuş şəxslərin dəfn edildiyi qəbiristanlığı ziyarət etdik. Bu ərazilər…

Daha çox

Dünyanın məşhur səyyahları Ağdama gəliblər -YENİLƏNİB

“NomadMania” səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Füzuli, Şuşa və Xankəndidən sonra Ağdam şəhərinə gəliblər. Dünyanın 30 ölkəsindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilmiş dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini…

Daha çox

“Xankəndidə universitet olduğunu eşidəndə, çox təəccübləndim”

İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir Mən İngiltərədənəm. Qarabağa üçüncü səfərim olsa da, Xankəndiyə ilk dəfədir gəlirəm. Burada universitetin olduğunu eşidəndə, çox təəccübləndim. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Xankədiyə səfər edən beynəlxalq səyahətçi Harri Mitsidis təəssüratlarını bölüşərkən deyib. “Qarabağ Universitetini ziyarət etdiyim üçün çox şadam. Müəllim olduğum üçün tələbələrlə ünsiyyət həmişə xoşdur. Görürəm ki, burada tələbələr çox həvəslidirlər. Yeni yaradılan universitetin ilk tələbələri olduqları üçün çox sevinirlər. Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox…

Daha çox

Yumurtanın xeyirləri BUNLARDIR

“Yumurtanın tərkibindəki makro və mikro elementlərin bol olmasına görə bioloji dəyəri yüksək olan qidalardandır. Yaxşı olar ki, yumurtanı qəbul edərkən onu mənşəyi bəlli olan təbii yetişdirilən toyuq yumurtasından istifadə etmək daha faydalıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, yumurta təbii zülal mənbəyidir, eyni zamanda tərkibində bir çox əvəzolunmaz amin turşuları var: “Orqanizmə də bir çox faydaları var. Səhər yeməyində qəbul etdikdə uzun müddət tox saxlayır və əzələ itkisinin qarşısını alır. Göz sağlamlığı üçün, mərkəzi beyin sisteminin yaxşı çalışması üçün…

Daha çox

“Hər bir şəxsin evində “fövqəladə hallar üçün təhlükəsizlik çantası” hazır olmalıdır”

“Ümumiyyətlə, təbii fəlakətlər, fövqəladə hallar və təbiət hadisələri zamanı insanların mənəvi, fiziki, psixoloji və praktik cəhətdən hazır olması vacibdir. Belə vəziyyətlərdə necə davranmaq, hansı təhlükəsizlik qaydalarına əməl etmək və hansı addımları atmaq lazım olduğunu hər bir şəxs bilməlidir. Çünki bu cür anlarda düzgün və soyuqqanlı qərar vermək insanın özünü və ətrafındakıları xilas etməsinə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhlüksizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, bu məqsədlə təbii fəlakət zamanı görüləcək tədbirlər, davranış qaydaları, özünümüdafiə üsulları, ehtiyac içində olanlara necə yardım göstərilməli, təhlükəsiz təxliyə necə həyata…

Daha çox

Məsçidlərdə kitabxana salmaq düzgündürmü?

“15il bundan əvvəl mən şəxsən təklif irəli sürmüşdüm ki, məsçidlərimiz insanların üzünə açıq olmalıdır. Orada yalnız ölü basdıranda, hansısa dini rituallar və mərasimlər keçirmək üçün yox həm də, insanların maarriflənməsi, Azərbaycan insanının qədimliyini üzə çıxarması üçün, araşdırmalar aparması üçün, eyni zamanda təzə evlənənlərə psixoloji yardım göstərmək, mədrəsə tipində inkişaf etdirilməsi üçün mədəni ocaqa cevrilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib. Onun sözlərinə görə, bununla əlaqədar məsçidlərdə kitabxanalar olmalıdır. ora Qurani-Kərim oxumağa gələn gənclər və yaxud dua etməyə gələn, namaz qılmağa gələn yeni nəslin nümayəndələri, həm də bu kitablardan…

Daha çox

Növbəti iki gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

Bəzi şimal və qərb rayonlarında aprelin 25-i, dağlıq ərazilərdə isə 26-sı gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Daha çox

Evdən qaçan uşaqların sayı niyə artır?

“Uşaqların evdən qaçma hallarına təəssüf ki, günümüzdə rast gəlinir. Evdən qaçan uşaqların böyük əksəriyyəti yeniyetməlik dövrü zamanı başlayır. Əlbəttə, səbəblər müxtəlif ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib. Fatimə Bayramova sözlərinə belə davam edib: “İlk növbədə, ailə olan yüksək nəzarət, yeniyetməyə körpə uşaq davranışı sərgilədikdə, onun seçimlərini heçə saydıqda yeniyetmədə ailədən uzaqlaşma halları müşahidə olunur. Qəlbən uzaqlaşan yeniyetmələr də bəzi hallarda da evdən qaçır. Çünki, yeniyetməlik dövrü onsuz da dostlarını ailədən ön plana çəkən dövrdür. Bu dövrdə onlar “nə desəm də anam/atam başa düşməz” məntiqi ilə hərəkət…

Daha çox