Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Daha çoxCategory: Sosial
Hiperaktiv uşaqlar üçün valideynlər nə etməlidirlər?
“Hiperaktiv uşaqlar üçün birinci növbədə və ən əsas məsələ psixiatrın görüşüdür. Yəni psixiatr uşaqa baxıb həqiqətən də onun hiperaktiv olub-olmadığını birinci təsdiqləməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, bəzən aktiv uşaqlara belə hiperaktiv uşaq deyirlər. Lakin düşünürəm ki, bu çox yanlış bir yanaşmadır: “Bundan əlavə əgər uşaq hiperaktivdirsə onun aktivliyinin tənzimlənməsi, düzgün yönləndirilməsi üçün müxtəlif aktivitlərə getməlidir. Yəni uşaq əgər dərnəklərə getmirsə, valideynlər övladlarını dərnəklərə yazdırmalıdır, dərnəklərdə müxtəlif sahələrlə uşaq məşqul olmalıdır. Əgər ümumiyyətlə davranış pozğunluğu kimi özünü göstərirsə, belə uşaqlar həm nevroloji, həm də…
Daha çoxHəcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb. SİA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 fazidən çox dolub. Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Daha çoxSabah Azərbaycanda 32 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli…
Daha çoxSahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə 25 aprel tarixi hər il Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. SİA xəbər verir ki, “Sahibkarlar Günü” ilə bağlı ölkə sahibkarları və sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra sahibkarlar Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları…
Daha çox“Vətəndaşları sosial şəbəkələrdə belə şəxslərin fəaliyyətlərini boykot etməyə çağırırıq”
“Azərbaycan hüquqi-demokratik dövlətdir. Bu cür dövlətlərdə vətəndaşların konstitusiya hüquqları mövcuddur və bu hüquqlar dövlət tərəfindən qorunur. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş hüquqi statusu var və hüququ pozan əməllərinə görə müvafiq cəzalar tətbiq olunur. Cinayət, inzibati xəta, mülki və sair məcəllələrdə əks olunan hüquq pozuntuları ilə bağlı müvafiq tədbirlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Onun sözlərinə görə, demokratik quruluşların müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də mövcuddur: “Bu mənfilərdən biri, xüsusən, son dövrlərdə artan LGBT ideologiyasının cəmiyyətimizə təbliği və bu ideologiyanın…
Daha çoxBakının bir çox yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi…
Daha çoxRayonlarda yağış yağacaq, şimşək çaxacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi,…
Daha çoxBakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib
Aprelin 24-də Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa ayini keçirilib. SİA xəbər verir ki, Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ayinə Bakının əsas katolik məbədi olan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsində rəhbərlik edib. Yepiskop Vladimir Fekete ayin zamanı ibadət edənlərə mərhum pontifikin həyatı və xidmətləri haqqında moizə ilə müraciət edib. O, Fransiski nümunəvi dini lider kimi xarakterizə edib, onun Azərbaycana etdiyi səfəri və ölkədə Katolik Kilsəsinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult və onun ardınca baş verən “geri…
Daha çox“Ölkənin bu hissəsi çox fərqlidir, heyrətamizdir…”
Mən əslən hindistanlı olsam da Birləşmiş Krallıqda işləyirəm. Azərbaycan səfər etdiyim 57-ci ölkədir. Hindistanlılar üçün Azərbaycan çox məşhurdur. Lakin biz Azərbaycan deyəndə Bakını, onun Alov qüllələrini, fəvvarələri təsəvvür edirik. SİA-nın məlumatına görə, bunu Ağdama səfər edən hindistanlı səyyah Sravankumar Tanniru təəssüratlarını bölüşərkən deyib. Dünya səyahətçiləri ilə birgə Qarabağa səfər edən hindistanlı səyyah bu bölgənin turizm əhəmiyyətini yüksək qiymətləndirib: “Ölkənin bu hissəsi çox fərqlidir, hətta heyrətamizdir. Bunları görmək çox möhtəşəmdir. Yalnız üç ildə bu qədər inkişaf təqdirəlayiqdir. Bu ölkənin çox qədim tarixi var və bir çox turist bundan xəbərdar deyil. Biz…
Daha çox