Xalq artisti və digər fəxri adlar verilərkən nəyə diqqət olunmalıdır?

“Bildiyiniz kimi bu fəxri ad məsələsi Azərbaycanda hər zaman müzakirə olunub. Bəzən kimlərəsə fəxri ad verilərkən mübahisələndirilir. Fəxri ad daşıyan insanların bu adlara nə qədər, nə dərəcədə haqq etməsi ilə bağlı mübahisələndirmələr olur. Təcrübə onu göstərir ki, bir sıra hallarda xalq artisti verilən şəxslər xalq artisti və ya digər fəxri adları, öz davranışları ilə, həyat tərzləri ilə, xidmətləri ilə doğrulda bilmir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, ictimaiyyət arasında haqlı müzakirələrə yol açır. Çünki xalq artisti və ya digər fəxri adlar fəaliyyət göstərdiyi sahədə, sferada…

Daha çox

“Sağlam həyat tərzinin təməli düzgün, balanslaşdırılmış qidalanmadır”

“Sağlam həyat tərzinin əsas təməli düzgün və balanslaşdırılmış qidalanmadır. Qəbul edilən qidaların növü, miqdarı və qəbul saatı insanın yaşı, cinsi və gündəlik fiziki aktivliyinə uyğun şəkildə dəyişməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, 20 yaşına qədər olan şəxslərdə orqanizm inkişaf mərhələsində olduğuna görə enerji ehtiyacı daha yüksəkdir: “Bu yaş qrupuna gün ərzində 3 əsas qidalanma məsləhət görülür. Səhər yeməyi xüsusilə əhəmiyyətlidir: süd və süd məhsulları, çərəzlər və kompleks karbohidratlarla zəngin qidalarla təmin olunmalıdır. Günorta və axşam yeməkləri də həm…

Daha çox

Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib

Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar pilotsuz uçuş aparatı sistemlərinin (PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir. Meyarlarla aşağıdakı coğrafi zonalar müəyyən edilib: – yaşıl coğrafi zonalar – PUAS əməliyyatlarının…

Daha çox

Anar Əliyev Ağstafada vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Daha çox

Hiperaktiv uşaqlar üçün valideynlər nə etməlidirlər?

“Hiperaktiv uşaqlar üçün birinci növbədə və ən əsas məsələ psixiatrın görüşüdür. Yəni psixiatr uşaqa baxıb həqiqətən də onun hiperaktiv olub-olmadığını birinci təsdiqləməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, bəzən aktiv uşaqlara belə hiperaktiv uşaq deyirlər. Lakin düşünürəm ki, bu çox yanlış bir yanaşmadır: “Bundan əlavə əgər uşaq hiperaktivdirsə onun aktivliyinin tənzimlənməsi, düzgün yönləndirilməsi üçün müxtəlif aktivitlərə getməlidir. Yəni uşaq əgər dərnəklərə getmirsə, valideynlər övladlarını dərnəklərə yazdırmalıdır, dərnəklərdə müxtəlif sahələrlə uşaq məşqul olmalıdır. Əgər ümumiyyətlə davranış pozğunluğu kimi özünü göstərirsə, belə uşaqlar həm nevroloji, həm də…

Daha çox

Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb. SİA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 fazidən çox dolub. Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Daha çox

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli…

Daha çox

Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə 25 aprel tarixi hər il Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. SİA xəbər verir ki, “Sahibkarlar Günü” ilə bağlı ölkə sahibkarları və sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra sahibkarlar Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları…

Daha çox