Vətəndaşların bank kartlarından aprelin 25-də 20 min manatdan çox pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar”. Məlumata görə, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420,…
Daha çoxCategory: Sosial
Araz çayında suyun səviyyəsi artıb
Araz çayının yuxarı axımında suyun səviyyəsi 41 sm artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
Daha çoxAprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib. SİA xəbər verir ki, builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Əqli mülkiyyətin ritmini hiss et” mövzusuna həsr edilib. Beynəlxalq Əqli Mülkiyyət Günü Azərbaycanda da qeyd olunur. Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə…
Daha çoxDiaspor nümayəndələri Tbilisidəki “Alyans” Gənclər Mərkəzində olublar
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov, qurumun məsul əməkdaşları və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Gürcüstana səfər çərçivəsində Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində olublar. SİA xəbər verir ki, mərkəzin sədri Leyla Əmrəhova bildirib ki, Azərbaycan dövləti tərəfindən Gürcüstanda azərbaycanlı gənclərin bir araya gəlməsi və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür, bir sıra mərkəz, dərnək və birliklər açılır. Həmçinin Azərbaycan və Gürcüstan gənclərinin bir-birlərinə daha da yaxınlaşmaları məqsədilə tədbirlər görülür. L.Əmrəhova əlavə edib ki, “Alyans” Gənclər Mərkəzində gənclərə…
Daha çoxİnsanı yetişdirən mühitdir? – PSİXOLOQ AÇIQLADI
İnsanı yetişdirən mühitdir? – PSİXOLOQ AÇIQLADI
Daha çoxXalq artisti və digər fəxri adlar verilərkən nəyə diqqət olunmalıdır?
“Bildiyiniz kimi bu fəxri ad məsələsi Azərbaycanda hər zaman müzakirə olunub. Bəzən kimlərəsə fəxri ad verilərkən mübahisələndirilir. Fəxri ad daşıyan insanların bu adlara nə qədər, nə dərəcədə haqq etməsi ilə bağlı mübahisələndirmələr olur. Təcrübə onu göstərir ki, bir sıra hallarda xalq artisti verilən şəxslər xalq artisti və ya digər fəxri adları, öz davranışları ilə, həyat tərzləri ilə, xidmətləri ilə doğrulda bilmir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, ictimaiyyət arasında haqlı müzakirələrə yol açır. Çünki xalq artisti və ya digər fəxri adlar fəaliyyət göstərdiyi sahədə, sferada…
Daha çox“Sağlam həyat tərzinin təməli düzgün, balanslaşdırılmış qidalanmadır”
“Sağlam həyat tərzinin əsas təməli düzgün və balanslaşdırılmış qidalanmadır. Qəbul edilən qidaların növü, miqdarı və qəbul saatı insanın yaşı, cinsi və gündəlik fiziki aktivliyinə uyğun şəkildə dəyişməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, 20 yaşına qədər olan şəxslərdə orqanizm inkişaf mərhələsində olduğuna görə enerji ehtiyacı daha yüksəkdir: “Bu yaş qrupuna gün ərzində 3 əsas qidalanma məsləhət görülür. Səhər yeməyi xüsusilə əhəmiyyətlidir: süd və süd məhsulları, çərəzlər və kompleks karbohidratlarla zəngin qidalarla təmin olunmalıdır. Günorta və axşam yeməkləri də həm…
Daha çox30 il yol gələn "Olaylar"
30 il yol gələn “Olaylar”
Daha çoxDaimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib
Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar pilotsuz uçuş aparatı sistemlərinin (PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir. Meyarlarla aşağıdakı coğrafi zonalar müəyyən edilib: – yaşıl coğrafi zonalar – PUAS əməliyyatlarının…
Daha çoxAnar Əliyev Ağstafada vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Daha çox