Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb

Gürcüstana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov və komitənin əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun (AADF) icraçı direktoru Əkrəm Abdullayev ,eləcə də Azərbaycan səfirliyinin məsul əməkdaşları Laqodexi rayonunun Qabal kəndinin sakinləri ilə görüşüblər. SİA xəbər verir ki, görüş “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə keçirilib. Mərkəzin rəhbəri Yavər Məmmədov “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti və görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib. Mərkəzin qarşısında duran məqsədlər və vəzifələr barədə rəy və təkliflər qeyd olunub. Vaqif Seyidbəyov çıxışında bildirib ki, səfər çərçivəsində Gürcüstanın şəhər və kəndlərində DİDK-in layihələri…

Daha çox

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, həmçinin ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. SİA xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1250-dən çox ağac əkilib. Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.

Daha çox

Gədəbəy, Ağstafa və Tovuzda “Uşaq İncəsənət Festivalı – 2025” üçün seçim turu keçirilib

Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 21-dən “Uşaq İncəsənət Festivalı – 2025″in birinci seçim turuna start verilib və qeydiyyatdan keçən iştirakçılar öz bacarıqlarını nümayiş etdirirlər. SİA xəbər verir ki, bununla bağlı aprelin 23-də Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir. Bundan başqa, aprelin…

Daha çox

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq

Azərbaycanda aprelin 27-də 29 dərəcə isti olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 %…

Daha çox

AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev 26 aprel Dünya Pilotlar Günü ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Dünya Pilotlar Günündə hava nəqliyyatının aparıcı qüvvəsi olan pilotlarımızın peşəkarlığını və əvəzsiz xidmətlərini qeyd edirik. Məhz onların sayəsində biz sərnişinlərə etibarlı və təhlükəsiz səyahət təklif etməklə beynəlxalq aviasiya sahəsində fərqlənirik. Bütün pilot heyətimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara açıq səma və uğurlu uçuşlar arzulayıram! AZAL olaraq sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin edən peşəkar komanda ilə fəxr edirik”.

Daha çox

Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3800 əlilliyi olan şəxs var

Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3800 şəxs var. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 39 il ötür. Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib: “Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların…

Daha çox

Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dəniz kənarında inşa edilən qanunsuz tikilini söküb. SİA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata…

Daha çox

Axtarışda olan 75 nəfər saxlanılıb

Aprelin 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Daha çox

Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından aprelin 25-də 20 min manatdan çox pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar”. Məlumata görə, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420,…

Daha çox