Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər. Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur. Tədbirlər zamanı…

Daha çox

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

İyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti,…

Daha çox

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb

Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, iyulun 27-si saat 9:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir. Şərq küləyi əsib və küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib. İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.

Daha çox

Bu gün 39 dərəcə isti olacaq

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi [Anchor] 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq…

Daha çox

Təbriz-Bakı aviareysi açıldı

“Təbriz-Bakı və əksinə reyslər Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanının xarici reyslərinə əlavə edilib”. SİA xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanlarının rəhbəri məlumat verib. O deyib ki, bu gündən uçuş cədvəlinə əlavə edilən bu yeni reys İran və Azərbaycan Respublikası arasında hava əlaqəsini gücləndirəcək və sərnişinlər üçün regionun bu iki mühüm şəhəri arasında gediş-gəlişi asanlaşdıracaq. “Bu reysin açılması ilə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycan arasında ticarət və turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranacaq. Bu hava yolu iki region arasında iqtisadi və mədəni mübadilənin inkişafında mühüm…

Daha çox

Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib

Azərbaycanda müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraicətində qeyd edilib. Qeyd edilib ki, FHN tərəfindən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənir: “Nəzərə almaq…

Daha çox