Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Ərağçi ilə telefon danışığı zamanı nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb. Bildirilib ki, Azərbaycan XİN başçısı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
Daha çoxCategory: Siyasət
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib: Bu barədə SİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir. 14 iyun 2025-ci il: * Bakı – Tel-Əviv – Bakı (J2 331/332) * Bakı – Nyu-Dehli – Bakı (J2 057/058) * Bakı – İslamabad – Bakı (J2 143/144) * Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204) * Bakı – Tehran – Bakı (J2 8017/8018) 15…
Daha çoxCeyhun Bayramov və Seyid Abbas Ərağçi İsrailin İrana hücumundan sonra yaranmış vəziyyəti müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb. Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub. Bildirilib ki, İranın xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının…
Daha çoxAzərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb
Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur: “Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq”.
Daha çox“Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi”
“Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi. Həmin illərdə ölkədə dərin bir xaos hökm sürürdü. Bu vəziyyətin formalaşmasında bir neçə mühüm amil rol oynayırdı: xarici təcavüz təhlükəsi və daxildəki siyasi anarxiya”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra hakimiyyətə gələn siyasi komanda və idarəedici strukturların təcrübəsizliyi, reallıqları nəzərə almadan verilən bəyanatlar və atılan addımlar vəziyyətin daha da gərginləşməsinə səbəb oldu: “Bu xaos həm daxili, həm də xarici təzyiqlərin təsiri ilə dərinləşdi. Lakin Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi…
Daha çoxAzərbaycanın xilası və dirçəlişinin başlanğıcı”
“15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan, dövlətçiliyimizin qorunub saxlanması və davamlı inkişaf yoluna qədəm qoymasının təməlini təşkil edən bir gündür. Bu gün, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə bağlıdır. Məhz onun qətiyyətli siyasi iradəsi, liderlik məharəti və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan vətəndaş qarşıdurmasından, siyasi xaosdan və dağılmaq təhlükəsindən xilas olmuş, sabitlik, inkişaf və tərəqqi yoluna çıxmışdır. 1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının rəhbər orqanlarından etiraz olaraq istefa verəndə, bu qərar…
Daha çoxAzərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır: “Azərbaycan əraziləri işğal altında olarkən biz bağlantını münaqişənin həlli prosesinin bir hissəsi kimi müzakirə etdik. İndi münaqişə həll olunub. Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan regional müzakirələrin və əsas nəqliyyat əlaqələrinin…
Daha çoxAzərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. H.Hacıyev vurğulayıb ki, Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır: “Çünki bizim öz investisiya imkanlarımız var və güclü əməkdaşlıqlarımız var. Türkiyə, Azərbaycan və Gürcüstan vasitəsilə Bakı-Tbilisi-Qars layihəmizə baxın. Açığı, biz bu layihəyə başlayanda Avropa və Amerika fondları bu layihənin maliyyələşdirilməsini dayandırdı. Amma biz bunu öz hesabımıza qarşılamağa qərar verdik…
Daha çoxXəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur
Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. O, Azərbaycanın Orta Dəhlizlə bağlı baxışından və onu necə gördüyündən söz açaraq bildirib ki, hər şeydən əvvəl yol Azərbaycan üçün bir mədəniyyət və sivilizasiya anlamındadır: “Azərbaycan tarixən qədim İpək Yolunda yerləşib və sivilizasiyaların dialoquna töhfə verib. İkinci komponent coğrafiyadır. Biz şərq-qərb və həmçinin şimal-cənub yollarının kəsişməsində yerləşirik. Lakin Azərbaycan müstəqillik…
Daha çoxMilli Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri
Məlum olan gerçəklik ondan ibarətdir ki, ötən əsrin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini qazansa da, onu qoruyub, saxlamağı bacarmadı. Çünki o zaman cəmiyyətdə birlik mövcud deyildi. İkincisi, hakimiyyət iddiasında olan insanların sayı kifayət qədər çox idi. Nəzərə almaq lazımdır ki, 23 aylıq AXC hakimiyyəti dövründə 5 dəfə hökumət dəyişikliyi baş vermişdir. Məhz bu cür boşluqlardan istifadə edən Rusiya çətinlik çəkmədən Azərbaycanı işğal edib, dövlətçiliyinə son qoydu. Allahımıza min dəfələrlə şükürlər olsun ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan yenidən müstəqil dövlətçiliyini bərpa etmək imkanını qazandı. Təəssüf ki, yenə də ötən əsrin əvvəllərində…
Daha çox