Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”. Təqsirləndirlilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü…
Daha çoxCategory: Siyasət
İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edilib
Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib. “Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri – bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir”, – dövlətimizin başçısı vurğulayıb.
Daha çox“Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir”
Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq.
Daha çoxSahibə Qafarova Baqer Qalibafa başsağlığı verib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, parlamentin sədri məktubda İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət…
Daha çox“Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır”
Hazırda dəhlizlərin və avtomobil yollarının keçdiyi məsələlərdə, bizimlə Rusiya arasında Şimal-Cənub, həmçinin Şərq-Qərb dəhlizlərində Azərbaycan və İran, sözün əsl mənasında, bir dörd yoldur ki, bütün əlaqələri və nəqliyyat yollarını həyata keçirə bilər. AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. O qeyd edib: “Təbii olaraq Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır”.
Daha çox“Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər”
Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər. SİA xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. “Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqlarını və regionun ehtiyacı olan malları bir-birinə ötürə bilərlər. Bizim regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu bazar Azərbaycan üçündür, bu bazar İran üçündür, bu bazar Pakistan və Əfqanıstan üçündür”, – deyə Prezident Pezeşkian əlavə edib.
Daha çox“İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər”
Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik. SİA xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. Prezident İlham Əliyevə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdiklərini deyən Prezident Məsud Pezeşkian qeyd edib: “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik”.
Daha çoxTÜRKPA komissiyasının iclasında model qanun layihələri müzakirə edilib
Aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib. SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev təmsil edib. O, çıxışında TÜRKPA-ya üzv ölkələrdə ombudsman təsisatlarının dövlətlə vətəndaş arasında körpü rolunu oynayaraq hüququn və ədalətin təmininə xidmət etdiyini bildirib, Azərbaycanda ombudsman təsisatının fəaliyyəti barədə danışıb. Sonra komissiya iclasının əsas mövzusuna dair…
Daha çoxAzərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
bəyanatı -Hər şeydən əvvəl əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qarşılanma, qonaqpərvərlik və göstərdiyi münasibətə, həmçinin onun regionla, Azərbaycanla bağlı və ümumən, ikitərəfli münasibətlərimizdə atılacaq addımlar və mümkün olan bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyi əzmkarlığına görə təşəkkürümü bildirmək istərdim. Bizim münasibətlərimiz yeni başlamış münasibətlər deyil. Biz qədim dövrlərdən üzü bəri həmişə bir yerdə olmuşuq. Tarixin lap qədim dövrlərindən birlikdə, yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir, evlərin qonşuluğu kimi. Qonşuların həyəti var, evi var. Lakin onların bir-birinin arasında gediş-gəliş olur. Bir-birinə dayaq durarlar, kömək edərlər, səsinə səs…
Daha çox“Aparıcı qurumların eyni gündə Azərbaycana səfər etməsi təsadüfi deyil”
“Ötən gün həm Avropa İttifaqının nümayəndəsi, həm də ATƏT-in Baş katibi Azərbaycana səfər ediblər. Hər iki nümayəndə Azərbaycan Respublikasının Prezidenti və müvafiq dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçiriblər. Bu görüşlərdə müzakirə olunan məsələlərə nəzər saldıqda, Avropanın nüfuzlu qurumlarının Azərbaycanla münasibətlərdə yeni bir siyasi kurs götürdüyü aydın görünür”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib. Aqil Camal sözlərinə belə davam edib: “ATƏT-in Baş katibi və Avropa İttifaqının təmsilçisi ilə keçirilən müzakirələrdə əsas diqqət iqtisadi sahəyə, xüsusilə enerji və nəqliyyat məsələlərinə yönəlib. Bu isə Azərbaycanın Avropa üçün…
Daha çox