Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15 İyun – Azərbaycanda Milli Qurtuluş günüdür. SİA-nın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib. Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən…

Daha çox

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar. Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar. Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.

Daha çox

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib…

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) GLOBSEC-lə birgə Praqada “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” (“The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?”) adlı panel müzakirəsi təşkil edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, TV aparıcı və jurnalist Kris Börnsün moderatorluq etdiyi panelin iştirakçıları sırasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun (ISPI) Rusiya, Qafqaz və Mərkəzi Asiya Mərkəzinin baş elmi işçisi Eleonora Tafuro Ambrosetti, həmçinin Orta Doğu Texniki Universitetinin professoru Hüseyn Bağcı yer alıb.…

Daha çox

Ceyhun Bayramov Seyid Abbas Ərağçi ilə telefonla danışıb

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil İyunun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İran İslam Respublikasının xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir Ceyhun…

Daha çox

YAP nümayəndələri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Şuşada keçiriləcək beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iyunun 15-də Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransın iştirakçıları iyunun 14-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanını ziyarət…

Daha çox

“Bu gün müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır”

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış tale yüklü əhəmiyyəti olan günlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi: “1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan…

Daha çox

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Şirvanda 80-dən çox məcburi köçkünə ödənişsiz hüquqi yardım göstərilib. Bu barədə SİA-ya Komitədən məlumat verilib. “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbirində dövlət tərəfindən təqdim edilən güzəştlər və sosial imtiyazlar, sosial müdafiə tədbirlərinin və digər aktual hüquqi məsələlər barədə ətraflı məlumat verilib. Komitənin Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov bildirib ki, tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılması və işğaldan azad edilmiş ərazilərə…

Daha çox

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib. SİA bu barədə QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.

Daha çox

Ceyhun Bayramov və Hakan Fidan İsrailin İrana hücumunu müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli Hakan Fidan arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Daha çox

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər

Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb. O qeyd edib ki, ABŞ-nin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyi müşahidə edilir: “Hazırkı ABŞ administrasiyası ilə biz ikitərəfli münasibətləri tamamilə yeni səviyyəyə çatdırmaq üçün böyük fürsət görürük və düşünürük ki, bu əlaqələri hətta strateji tərəfdaşlıq nöqtəsinə çatdırmaq imkanı var. Çox təəssüf ki, Bayden administrasiyası ilə bizim…

Daha çox