Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. DSX-dən SİA-ya bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışıb, bu qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu bildiriblər. Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, Ulu Öndərin uzaqgörən siyasəti və milli maraqlara əsaslanan yanaşması nəticəsində Azərbaycanın vətəndaş…
Daha çoxCategory: Siyasət
Vəkillər Kollegiyasının sədri vətəndaş qəbulu keçirib
Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, Vəkillər Kollegiyasının binasında Bakı şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda sədr məsələlərin bir qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyini bildirib. Xatırladaq ki, Vəkillər Kollegiyasında vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri…
Daha çoxMilli Qurtuluş Günü Azərbaycanın bugünkü reallıqlarının başlanğıcı oldu
Real müstəqilliyimizin başlanğıc günü Bu gün böyük sevinclə, sonsuz qürur hissi ilə müstəqilliyimizin başlanğıc tarixi olan 15 İyun-Milli Qurtuluş Gününün 32 illiyini qeyd edirik. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə…
Daha çoxİran nüvəsindən vuruldu
İsrail əsas regional düşməni ilə müharibəyə başlayıb İyunun 15-də ABŞ-İran danışıqlarının növbəti raundu başlamazdan əvvəl İsrail İranın nüvə infrastrukturuna və ali rəhbərliyinə bir sıra hücumlara başlayıb. Yəhudi dövlətinin rəsmiləri əməliyyatı qabaqlayıcı addım adlandırıb. Hava hücumları ilə yanaşı, İsrailin Mossad kəşfiyyat agentliyi İslam Respublikasında raket inkişafı və hava hücumundan müdafiə sistemləri ilə məşğul olan obyektləri hədəf alaraq bir sıra təxribat əməliyyatları həyata keçirib. İran cavab tədbirləri görəcəyini vəd edib və hadisəyə görə ABŞ-ı məsuliyyət daşıdığını bildirib. Qərb kəşfiyyatının bir gün əvvəl proqnozlaşdırdığı kimi, iyunun 13-ü səhər İranda silsilə partlayışlar baş verib.…
Daha çoxMilli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası iyunun 21-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib. O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
Daha çoxMürsəl İbrahimov Tovuzda vətəndaş qəbulu keçirib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tovuzda Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Xidmətdən əmlumat verilib. Qəbulda 3 şəhid ailəsi və 9 müharibə iştirakçısı olmaqla 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar…
Daha çoxBir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib
Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin ləğv edilməsi haqqında qanuna dəyişiklik qüvvəyə minib. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, ordu generalı ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən…
Daha çoxTramp Amerika üçün Qorbaçova çevrilir…
“Nə qədər etiraf etməsə də, Donald Tramp ABŞ-ı uçurumun dibinə qədər gətirib çıxarıb. İlk prezidentlik günlərindəki gurultulu bəyanat və hədələr, bir çox dünya liderlərini azarlayan hərəkətləri artıq onun köməyinə gəlmir. Onun Ağ Evə köçər-köçməz özünü dünya ağası kimi aparması artıq fiaskoya uğramış bir keçmiş kimi xatırlanır. Dünyadakı müharibələri bir neçə həftəyə bitirə biləcəyi barədəki “falçılığı” yaxşı xatırlanır. Artıq onun Vladimir Putinlə ittifaqı da keçici həvəs kimi başa çatıb. İndi sırada onun siyasətinə etiraz edən amerikalılar var. Xüsusilə D.Trampın miqrantlar əleyhinə amansız siyasəti, Meksika və Kanadaya qarşı qəbuledilməz sərt addımları, açıq…
Daha çox“Hadisələrin hər ikisi dövlətçiliyin əsas sütunlarından biri kimi qiymətləndirilməlidir”
“Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin məhz iyun ayının 15-də, Şuşa şəhərində imzalanmasının özünün xüsusi əhəmiyyəti var. Çünki 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin təməlləri atıldı və bu yol bizi Şuşanın azad olunmasına, torpaqlarımızın işğaldan azad edilməsinə qədər gətirib çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, əgər 15 iyun – Qurtuluş Günü olmasaydı, biz bu gün Şuşaya qayıda bilməzdik. Və əgər Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” siyasi tezisi olmasaydı, biz bu gün…
Daha çoxXİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırıb
İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur: “Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi [email protected] +972 54…
Daha çox