Hikmət Hacıyev Çexiya Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru Yaroslav Zajiçek (Jaroslav Zajíček) ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisinin həm də Çexiya xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşü olub.

Daha çox

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir”

“15 iyun 1993-cü il – Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımız tərəfindən heç zaman unudulmaz bir gündür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Kimitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, bu gün ölkəmizin və xalqımızın müqəddəratının həll olunduğu və taleyimizin üzümüzə güldüyü bir gündür. “Azərbaycan parçalanmadan, vətəndaş müharibəsindən, qardaş qırğınından, torpaqlarımızı daha geniş həcmdə işğaldan, ölkəni xaosdan, özbaşınalıqdan qurtaran bu günün dəyərini xalqımız verir və Qurtuluş günümüzlə qürur duyuruq. Çünki həmin gün xalqın təkidi və tələbi ilə Ulu…

Daha çox

“Azərbaycan Ordusu bu gün peşəkar ordu modeli istiqamətində inkişaf edir”

“Ordunun, ümumilikdə isə Silahlı Qüvvələrin inkişaf səviyyəsi birbaşa olaraq ölkənin iqtisadi potensialı və maliyyə imkanlarından asılıdır. Azərbaycan dövləti bu gün inkişafda olan bir ölkə olaraq iqtisadi potensialını və maliyyə imkanlarını dinamik şəkildə artırmaqdadır. Bu şəraitdə, təbii olaraq, Azərbaycan Ordusunun inkişafı da dövlətin ümumi iqtisadi yüksəlişi ilə paralel şəkildə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarəti altındadır: “Prezident, Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrin davamlı…

Daha çox

DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. DSX-dən SİA-ya bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışıb, bu qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu bildiriblər. Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, Ulu Öndərin uzaqgörən siyasəti və milli maraqlara əsaslanan yanaşması nəticəsində Azərbaycanın vətəndaş…

Daha çox

Vəkillər Kollegiyasının sədri vətəndaş qəbulu keçirib

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, Vəkillər Kollegiyasının binasında Bakı şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda sədr məsələlərin bir qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyini bildirib. Xatırladaq ki, Vəkillər Kollegiyasında vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri…

Daha çox

Milli Qurtuluş Günü Azərbaycanın bugünkü reallıqlarının başlanğıcı oldu

Real müstəqilliyimizin başlanğıc günü Bu gün böyük sevinclə, sonsuz qürur hissi ilə müstəqilliyimizin başlanğıc tarixi olan 15 İyun-Milli Qurtuluş Gününün 32 illiyini qeyd edirik. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə…

Daha çox

İran nüvəsindən vuruldu

İsrail əsas regional düşməni ilə müharibəyə başlayıb İyunun 15-də ABŞ-İran danışıqlarının növbəti raundu başlamazdan əvvəl İsrail İranın nüvə infrastrukturuna və ali rəhbərliyinə bir sıra hücumlara başlayıb. Yəhudi dövlətinin rəsmiləri əməliyyatı qabaqlayıcı addım adlandırıb. Hava hücumları ilə yanaşı, İsrailin Mossad kəşfiyyat agentliyi İslam Respublikasında raket inkişafı və hava hücumundan müdafiə sistemləri ilə məşğul olan obyektləri hədəf alaraq bir sıra təxribat əməliyyatları həyata keçirib. İran cavab tədbirləri görəcəyini vəd edib və hadisəyə görə ABŞ-ı məsuliyyət daşıdığını bildirib. Qərb kəşfiyyatının bir gün əvvəl proqnozlaşdırdığı kimi, iyunun 13-ü səhər İranda silsilə partlayışlar baş verib.…

Daha çox

Mürsəl İbrahimov Tovuzda vətəndaş qəbulu keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tovuzda Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Xidmətdən əmlumat verilib. Qəbulda 3 şəhid ailəsi və 9 müharibə iştirakçısı olmaqla 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar…

Daha çox

Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin ləğv edilməsi haqqında qanuna dəyişiklik qüvvəyə minib. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, ordu generalı ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən…

Daha çox