İlham Əliyev Qətər əmirinə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə məktub göndərib. SİA xəbər verir ki, bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb. Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib. Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.

Daha çox

Vilayət Eyvazov DİN-də qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 12-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 138 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə…

Daha çox

TDT 2026-cı ildə sosial xidmətlərin transformasiyası üzrə ortaq fəaliyyət planlaşdırır

“Türkiyə tərəfinin təşəbbüsü ilə təşkilat üzvləri 2026-cı ildə sosial xidmətlərin transformasiyası sahəsində ortaq fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub”. SİA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasında bildirib. O bildirib ki, bundan əvvəl, 2024-cü ildə İstanbulda baş tutan birinci görüş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ailə institutu və qadınların hüquqlarının qorunması çərçivəsində ümumi mövqenin, eləcə də ortaq planların müzakirəsinə şərait yaradıb: “TDT-yə üzv ölkələrin dövlət başçılarının göstərişlərinə əsasən, TDT-yə üzv ölkələr…

Daha çox

İlham Əliyev Filippin prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosu Müstəqillik Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Daha çox

Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi barədə hesabat verib

TÜRKPA Assambleya Şurasının iclası çərçivəsində aparılacaq fikir mübadiləsi, qəbul ediləcək qərarlar təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcək. SİA-nın məlumatına görə, bunu TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin spikeri Sahibə Qafarova Astanada iyunun 12-də TÜRKPA Assambleya Şurasının iclasında çıxış edərkən deyib. O, çıxışında Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sahibə Qafarova vurğulayıb ki, ötən dövrdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb. TÜRKPA-nın başqa beynəlxalq platformalara bənzəmədiyini, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir…

Daha çox

Azərbaycan İtaliyanın Triest şəhəri ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan İtaliyanın Triest şəhəri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə SİA-ya Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir. Azərbaycanlı diplomat bu məsələni Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşdə müzakirə edib. “Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşməkdən və bu gözəl şəhərlə Azərbaycan şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etməkdən məmnun oldum. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Triest limanı arasında artıq mövcud olan və yüksələn xətlə inkişaf edən mühüm tərəfdaşlığı ayrıca qeyd etmək istərdim”, – R.Aslanov yazıb.

Daha çox

Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir

Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması…

Daha çox

Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir. Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün…

Daha çox

Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid strateji əhəmiyyət daşıyır

Hazırda Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid olduqca vacib məsələdir. SİA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib. Onun sözlərinə görə, bu gün təkrar istehsal amili xüsusi əhəmiyyət daşıyır: “Təkrar istehsal imkanlarından istifadə etməklə tullantıların düzgün idarə olunması və digər vasitələrlə istixana qazı emissiyalarını azaltmaq mümkündür. Təbii ki, bu prosesdə müasir texnologiyalar – blokçeyn və süni intellekt mühüm rol oynaya bilər”. Y. Rəfiyev qeyd edib ki, dairəvi iqtisadiyyata keçidlə bağlı maliyyə məsələləri də diqqətdə saxlanılmalıdır: “Bu…

Daha çox